AR ərazisində baş verə biləcək Texnogen xarakterli FH[1][1]
Qaz və neft boru kəmərləri Hal-hazırda ölkəmizdə neft və qaz sənayesi müəssisələrində, geoloji kəşfiyyat təşkilatlarında 200 min km-dən artıq magistral neft boru kəməri, təqribən 350 min km-dən çox sənaye məqsədli boru kəmərləri, 800 kompressor və neft vuran nasos stansiyaları istismar olunur. Həmin yuxarıda sadalananların böyük hissəsi keçən əsrdən işə salınıb. Ona görə də neft boru kəmərələrinin 73%-i 20 ildən artıqdır ki, qalan hissə isə 30 ildən artıq müddətə istismar olunur. Bu deyilənlərdən çıxan nəticəyə görə, mövcud neft boru kəmərləri artıq istismar müddətini bitirib və ciddi yenidənqurma tələb olunur. Boru kəmərlərində qəzaların səbəblərinin 21%-i metalların yeraltı korroziyası, 21%-i tikinti-quraşdırma işlərindəki səhlənkarlıq, boru və avadanlığın defektləri (14%), mexaniki zədələnməmələrdir (19%).
Nəqliyyat Dünyada baş verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3 hissəsi nəqliyyatda baş verən qəzalarla xarakterizə olunur. Yerdə qalan digər üçdə bir hissəni sənaye, tikinti və digər texnogen fəlakətlər təşkil edir. Müasir dövrdə nəqliyyatın hər bir növü insan həyatı və sağlamlığı üçün potensial təhlükə hesab olunur. Texniki tərəqqinin inkişafından maksimum yararlanaraq müasir nəqliyyatda son dərəcə yüksək komfort və sürət əldə edilmiş, bir sıra təhlükəsizlik tədbirləri tətbiq edilmişdir. Lakin bununla bərabər, maksimum təhlükə riski qalmaqdadır..Ən təhlükəlisi avtomobil nəqliyyatıdır. Dəmiryol nəqliyyatında insan itkisi xeyli aşağıdır. Həmçinin, qeyd etmək lazımdır ki, nəqliyyat təkcə sərnişinlər üçün deyil, həm də, çoxlu miqdarda – asan alışan, kimyəvi, radioaktiv, partlayıcı və s. xarakterli yüklər daşınan magistral nəqliyyat yollarının yaxınlığında yaşayan əhalinin həyatı və sağlamlığı üçün böyük təhlükə daşıyır. Belə maddələrin yükdaşımada həcmi 12%-dən artıqdır. Respublikamızın ərazisində 15 dəmir yol stansiyası fəaliyyət göstərir ki, burada da GTZM daşınan dəmir yol nəqliyyat vasitələrinin toplanması mümkündür. Bu cəhətdən Sumqayıt, Bakı dəmir yol yük stansiyaları, Biləcəri stansiyası xüsusən böyük təhlükəli zona hesab oluna bilər.