THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader
of Azerbaijan Heydar Aliyev
210
larla mübarizədə siqnalın emal olunaraq anomaliyaların aşkarlanması, siqnalın
gəliş istiqamətinin müəyyən edilməsi və s. kimi metodlar mövcuddur [1]. Lakin
kifayət qədər təcrübəli bir hücumçu bu metodlara qarşı öz tədbirini ala bilər.
3. Ətalət ölçü cihazı
Ətalət ölçü cihazı xüsusi bir avadanlıq olub PUA-ların naviqasiyasının
təmin olunmasında istifadə oluna bilinir. Bu cihaz əsasən 3 komponentdən
ibarət olur.
Bunlar akselerometr, giroskop və maqnitometrdir.
Ətalət ölçü
cihazı GPS-dən fərqli olaraq naviqasiyanın təmin olunması üçün yalnız
sadalanan komponentlərdən istifadə edir. Beləliklə xarici amillərdən asılı
olmaması onu kiberhücumlara qarşı təhlükəsiz edir. Lakin yalnız daxili kom-
ponentlərdən istifadə özlüyündə bəzi problemləri aktual edir. Bunlardan ən
vacibi isə cihazda toplanan xətalardır. Bu xətalar əvvəlcə az olsa da müəy-
yən vaxt keçdikcə artaraq mövqenin müəyyən edilməsinə mənfi təsir edir.
Məhz buna görədir ki, ətalət ölçü cihazı çox vaxt digər sistemlər ilə birlikdə
işləyir və lazım gəldikdə xətalara düzəliş olunur.
Dostları ilə paylaş: