THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
53
YÜKSƏK TƏZYİQLİ DƏRİN QAZ VƏ QAZ-KONDENSAT
QUYULARININ MƏNİMSƏNİLMƏSİ VƏ İSTİSMARI ZAMANI BAŞ
VERƏN MÜRƏKKƏBLƏŞMƏLƏR
Bəsti İsmayılova
Az
ə
rbaycan Dövl
ə
t Neft v
ə
S
ə
naye Universiteti
Bak
ı
, Az
ə
rbaycan
basti.ismayilova22@gmail.com
Elmi rəhbər: Dosent Şahin İsmayılov
Açar sözlər:
Dərin dəniz quyuları, yüksək lay təzyiqi,
mənimsəmə, istismar, lift boruları,
quyu pakeri
Dərin və yüksək təzyiqli dəniz qaz və qaz kondensat yataqlarındakı
quyuların
əsas məmimsənilməsi üsulu, quyudibinə hidrostatik təzyiq salan
yuyucu mayenin (quyuya perforasiyaya qədər doldurulmuş maye) xüsusi
çəkisi daha az olan mayelərlə (su, neft, dizel yanacağı və s.) əvəzlənməsidir.
Bir sıra hallarda aerasiya və qazlift üsullarından da istifadə edilir.
Dəniz yataqlarındakı quyuların mənimsənilməsinin, qurudakı
analoji
quyuların mənimsənilməsindən aşağıdakı spesifik xüsusiyyətləri var:
–
dəniz neft, qaz və qazkondensat yataqlarındakı quyular əsasən maili
qazılmış quyulardır və onların quyuağzı, göyərtəsinin sahəsi məhdud
olan stasionar
platformalarda yerləşdirilir;
–
yüksək təzyiqli dərin quyuların mənimsənilməsi zamanı hər hansı bir
gözlənilməz fövqəlhadisə (açıq fontan, qrifon, yanğın və s.) baş verərsə,
təhlükəsizlik və dənizin çirklənməsinin qarşısının alınması tədbirlərinin
görülməsidir. Belə ki, işçi personal dərhal təhlükəsiz yerlərə təxliyyə
olunmalıdır;
–
dəniz şəraitində quyuların mənimsənilməsi və istismarı zamanı təhlü-
kəsizliyi
təmin edən problemlər; quyuların və texnoloji qurğuların,
hidrotexniki qurğuların uzunömürlülüyü, etibarlılığı və qəzasız işləməsi
üçün bütün tədbirlərin görülməsi daimi aktualdır və bu işlər mütəmadi
olaraq görülməlidir;
–
yüksək təzyiqli dərin dəniz yataqlarındakı quyuların mənimsənilməsi və
sonrakı istismar prosesi zamanı, quyu məhsulu nəql edilərkən sualtı
boru kəmərlərində, dəniz mühitində və şəraitində tez-tez temperaturun
dəyişməsi və düşgüsü ilə əlaqədar olaraq qaz hidratlarının
yaranma-
sıdır;
–
yüksək təzyiqli quyuların normal şəraitdə mənimsənilməsini və istisma-
rını təmin etmək üçün, müxtəlif növ mürəkkəbləşmələr yaranarsa, onla-
rın qarşısının vaxtında alınması üçün stasionar platformaların üst tikililəri
tikilərkən; kimyəvi maddələrin, inhibitorların və başqa vasitələrin yerləş-