Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə202/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   198   199   200   201   202   203   204   205   ...   493
BHOS Tezisler 2022 17x24sm

2. GPS naviqasiya sistemi 
GPS ən geniş yayılmış naviqasiya sistemi olaraq təkcə PUA-larda deyil 
həmçinin maşınlarda, gəmilərdə, smartfonlarda və s. istifadə olunur. GPS 
qəbuledicisindən istifadə edən vasitələr peyk tərəfindən göndərilən siqnal-
ların əsasında xüsusi hesablamalar apararaq mövqeyini müəyyən edir. GPS 
naviqasiya sisteminin ən müsbət cəhətlərindən biri onun dəqiqliyinin yüksək 
olmasıdır. Lakin bu naviqasiya sisteminə xüsusi radiocihazlardan istifadə 
etməklə kiberhücumlar etmək mümkündür. Məsələn, buna PUA-ya saxta 
GPS siqnallar göndərərək onu yanıltmağı göstərmək olar. Belə kiberhücum-


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
210
larla mübarizədə siqnalın emal olunaraq anomaliyaların aşkarlanması, siqnalın 
gəliş istiqamətinin müəyyən edilməsi və s. kimi metodlar mövcuddur [1]. Lakin 
kifayət qədər təcrübəli bir hücumçu bu metodlara qarşı öz tədbirini ala bilər. 
3. Ətalət ölçü cihazı 
Ətalət ölçü cihazı xüsusi bir avadanlıq olub PUA-ların naviqasiyasının 
təmin olunmasında istifadə oluna bilinir. Bu cihaz əsasən 3 komponentdən 
ibarət olur. Bunlar akselerometr, giroskop və maqnitometrdir. Ətalət ölçü 
cihazı GPS-dən fərqli olaraq naviqasiyanın təmin olunması üçün yalnız 
sadalanan komponentlərdən istifadə edir. Beləliklə xarici amillərdən asılı 
olmaması onu kiberhücumlara qarşı təhlükəsiz edir. Lakin yalnız daxili kom-
ponentlərdən istifadə özlüyündə bəzi problemləri aktual edir. Bunlardan ən 
vacibi isə cihazda toplanan xətalardır. Bu xətalar əvvəlcə az olsa da müəy-
yən vaxt keçdikcə artaraq mövqenin müəyyən edilməsinə mənfi təsir edir. 
Məhz buna görədir ki, ətalət ölçü cihazı çox vaxt digər sistemlər ilə birlikdə 
işləyir və lazım gəldikdə xətalara düzəliş olunur. 

Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin