РЕЗЮМЕ
Магсудов Эльбеи
О путях и методах организации работы, связанной с пунктуацией, в прочессе
преподавания родного языка
В статье говорится о значении и роли пунктуации не толыко в писменной, но и
устной речи , исследуются возможности их совместного обучения , а также нашла отражение
методика организации работы по их обучению.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
- 113 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
SƏDAQƏT HƏSƏNOVA
Naxçıvan Müəllimlər İnstitutu
sedaqet_57@mail.ru
UOT:81
İLYAS ƏFƏNDİYEV VƏ ƏDƏBİ DİLİMİZ
Açar sözlər: ədəbi dil, üslub xüsusiyyətləri, elmi-nəzəri fikirlər, əsaslandırmaq.
Key words: literaru language, stylistic features, scientific- theoretical view points, to
ground.
Ключевые слова: литературный язык, стилевые особенности, научно-
теоретические мысли, обосновывать.
1930-1990-cı illər Azərbaycan bədii nəsrinin inkişafında qabiliyyətli qələmi, isti ürəyi ilə
fəal iştirak edən sənətkarlardan biri də İlyas Əfəndiyev olmuşdur. Onun Azərbaycan ədəbiyyatının
bədii-obrazlı fikir tarixində öz yeri və bu fikrin zənginləşməsində öz payı və xaslığı vardır.
Yazıçının nəsri süjet sahilləri bəlli olmayan böyük və nəhayətsiz bir ümman kimi diqqəti çəkir və
burada hər şey ölçülü-biçilidir, hər şey qaydasındadır. Amma ürəyin, hissin, duyğunun qaydasından
başqa, burada həyatın öz qanunauyğunluqları və reallıqları da mövcuddur. Onun yaradıcılığında
bütün hadisə və əhvalatlar ürəyin işığı və istisində yazıldığından səmimidir, onlar daha çox həyat
faktlarına söykəndiyindən gerçəkliklərdən ibarətdir. Onun yaradıcılığı maraqlı nitq materialları,
monoloq, dialoq və poliloqlarla zəngindir. Bəzən bunların heç birinə yer verilməsə belə, orada
sözlər danışır, dillər danışır, ürəklər, hisslər, duyğular dilə gəlib dialoqa girir. Və bu, poetik
dilçiliyimizə yeni-yeni töhfələr verir.
Üslublar içərisində qədimliyi və fəallığı ilə seçilən bədii üslub digər üslublara da
əhəmiyyətli dərəcədə təsir edir. Bu proses üslubların bir-birinə yaxınlaşması və birləşməsinə səbəb
olur. Belə ki, ədəbiyyatımızda elə əsərlər vardır ki, onların üslubunu ilk baxışda müəyyən etmək
olmur, belə ki, onlarda üslubların sintezi özünü göstərir. İlyas Əfəndiyevin əsərlərində isə ədəbi
növlər birləşir, lirikliklə epikliyin sərhədini ayırd etmək çətin olur. Əslində, Azərbaycan
ədəbiyyatına nasir kimi gələn İlyas Əfəndiyevin yaradıcılığında şair və nasir, realist və romantik
qələmləri birləşir. Hadisələrin təhkiyəsində hisslər, duyğu və düşüncələr önə keçir. Bütün bunlar
ədəbi-bədii dilimizə də öz təsirini göstərir və onun yeni faktlarla zənginləşməsində, inkişafında
müəyyən dərəcədə rol oynayır ki, bu da bir sıra dil özəlliklərinin meydana çıxmasına səbəb olur.
Sözsüz ki, hər bir sənətkar ədəbiyyatda müəyyən qədər rol oynadığı kimi, ədəbi dilimizdə də
öz sözünü deyir, onun maraqlı, zəngin faktlarından istifadə prosesində özü də bilərəkdən və ya
bilməyərəkdən sözü və ya ifadəni o vaxta qədər bəlli olmayan bir mənasında işlədir, yaxud dil
faktlarından elə məqamlarda istifadə edir ki, müəyyən yeniliklərə səbəb olur. Bununla da, ədəbi
dilimizə xidmət edir. Bu anlamda, İlyas Əfəndiyevin dil-üslub xüsusiyyətləri diqqəti çəkir.
İlyas Əfəndiyev təkcə həyat gerçəkliklərini təsvir etmir, təkcə bir insan ömrü boyunca
gördüklərini, duyduqlarını danışmır, sanki liriklik baxımdan, psixoloji cəhətdən onları təhlil edir,
bədii söz qalasına yeni-yeni daşlar qoyur, onu daha da ucaltmağa çalışır. Təsadüfi deyil ki, lirik-
psixoloji üslub deyəndə, ilk olaraq, İlyas Əfəndiyev yada düşür. İlyas Əfəndiyevin nəsri mənəvi-
əxlaqi axtarışlar ədəbiyyatıdır, canlılıq, təbiilik, reallıq, güclü hissiyyat bu yaradıcılığın mayasıdır.
Ona görə də onun dil-üslub keyfiyyətləri ədəbi dilimizdə də dərin izlər buraxmışdır. Onun duyğu və
- 114 -
düşüncələrinin dərinliyini ifadə edən nəsri hisslərin, duyğuların nəsridir, nəsrin lirikasıdır, epik
növün lirik nəğməsidir. Bu nəğməni oxuyan İlyas Əfəndiyevin özü və obrazlarıdır, onların daxili
nitqidir, düşündükləridir, özünün özü ilə danışığıdır...və nəhayət, tərənnümün təhlilidir.
İlyas Əfəndiyevin dilində diqqəti daha çox çəkən bədii təkrarlardır. Təkrarlar obrazlılığın
göstəricilərindən biri kimi əsərin bədii dilinin qüvvətlənməsində böyük rol oynayır. Məlumdur ki,
təkrarlar bədii dilin obrazlılıq keyfiyyətinin fonetik səviyyədə göstəricilərindən biridir. Onlar bədii
dildə ritmik ahənglər yaradaraq obrazlılığın səviyyəsinin yüksəlməsinə xidmət edir. Bədii üslubun
əsas göstəricisi obrazlılıq olduğundan, onu yaradan vasitələr həmişə ədəbi simaların diqqətində
olmuşdur. Bu baxımdan, İlyas Əfəndiyevin dil və üslub keyfiyyətlərindən danışarkən təkrarları da
vurğulamaq lazım gəlir. Bu anlamda, yazıçının yaradıcılığından alınmış aşağıdakı örnəklər
maraqlıdır:
Onu yüz dəfə gözümün qabağına gətirmişəm, yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə
söyləməmişəım (5, 7).
Arxada qalan bu böyük şəhərə mən vaxtilə necə səssiz-səmirsiz gəlmişdimsə, indi də bu
şəhərdən eləcə səssiz-səmirsiz çıxıb gedirdim 5(, 9).
Mən istəyirəm ki, yol uzansın, uzansın. Biz əbədi olaraq elə beləcə gedək...(5, 12).
İlyas Əfəndiyevin dil-üslub faktlarındakı özəlliklərdən biri budur ki, o, əslində, poeziyaya,
lirik növə məxsus olan xüsusiyyətləri epik növə gətirir. Ona görə də onun nəsr dili təkcə epik
xarakter daşımır, onun dilini lirik-epik dil kimi səciyyələndirmək daha düzgün və dəqiq olar. Bu
anlamda, daha çox poetik dilin özəlliklərindən biri olan təkrarlar yazıçının dilindəki lirizmi
dərinləşdirir və onun təsir və tərbiyəedici gücünə əsaslı dərəcədə təsir edir.
Birdən bu kiçik hadisə nə üçünsə xəyalımı çəkib insanların hələ Yer üzündə yaşamadığı
zamanlara apardı. Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da var idi, indi də
var(5, 10).
Mənə elə gəlirdi ki, dünyada zaman, məkan deyilən şey yoxdur, bizim ağlımızın dərk edə
bilməyəcəyi əbədi bir boşluq, bir intəhasızlıq var (5, 10).
Mən heç bir zaman ağlamamışam. Heç bir zaman öz taleyimdən inciməmişəm. Lakin heç bir
zaman özümü indiki kimi yalqız hiss etməmişdim (5, 8-9).
Örnəklərdən göründüyü kimi, belə təkrar söz və ifadələr sənətkarın dil-üslub özəlliklərinə
xidmət edən faktlardandır.
Azərbaycan ədəbiyyatında bədii üslubda yazan sənətkarlar çoxdur. “İstər tarixən qədimliyi,
istərsə də müasir mərhələdəki inkişafı baxımından bədii üslub ədəbi dilin digər funksional
üslublarından seçilir. Azərbaycan yazılı ədəbi dilinin təxminən minillik tarixi, müəyyən mənada,
bədii üslubun inkişaf tarixi deməkdir (2, 253). Buna görə də bədii üslubun ədəbi dil tarixində
aparıcı mövqe tutması realdır və təbii proseslərdən biridir.
İlyas Əfəndiyev əsərləri ilə yalnız ədəbiyyatımıza xidmət etməmişdir, o, eyni zamanda,
dilimizin də qayğısına qalmış, ona yaradıcı münasibət bəsləmişdir. “Bədii dilin gözəlliyi üçün ilkin
şərtlərdən biri onun yaradıcılıq məhsulu olmasıdır. Gözəl bədii dil ustasının səsi gərək min şairin,
min nasirin səsinin içində seçilsin” (1, 21). İlyas Əfəndiyev belə sənətkarlardandır. Onun elə bir
əsəri yoxdur ki, dil-üslub xüsusiyyətləri baxımından diqqəti çəkməsin. Bu keyfiyyət onun əsərlərini
bir əsrə yaxındır ki, oxunaqlı edib, bu əsərlər müxtəlif məclislərin müzakirə obyektinə çevrilib.
Sənətkar çoxları tərəfindən mənfi hesab edilən obrazların müsbət olduğunu qəbul edib və oxucunu
buna inandırıb. Sözsüz ki, bu prosesdə dilimizin zənginlikləri onun köməyinə gəlib.
İlyas Əfəndiyevin dilində işlənmə fəallığını itirmiş sözlərdən – arxaizmlərdən də istifadə
edilmişdir:
Mənim gəlişim kimsəni maraqlandırmadığı kimi, gedişim də qoca Ələsgər dayı ilə Güllü
xaladan başqa heç kəsi mükəddər etmədi (5, 9).
XX yüzilin 1930-1990-cı illərində ədəbi dilimizin normalarını müəyyənləşdirmək üçün İlyas
Əfəndiyevin yaradıcılıq örnəkləri müəyyən qədər material verir. Sözsüz ki, “dil normasız
informasiya mənbəyinə çevrilə bilməz” (7, 3).
Böyük sənətkarların hamısı dilə xüsusi önəm vermişlər. “Dil bir xalqın mənəvi
birləşməsində, həyat və mübarizəsini təşkil etməsində qüdrətli bir vasitə və silahdır. Ta qədim
- 115 -
zamanlardan bəri tarix göstərir ki, hər hansı bir xalq öz millət və mənəviyyatını saxlamaq üşün öz
vətəni və dövləti ilə bərabər, öz dilini də saxlamağa cəhd etmişdir. Çünki hər bir xalqın ana dili
onun milli varlığının və mənəvi aləminin ifadəsidir. Beləliklə, dil hər bir xalqın milliyyət və
varlığını bildirən və qoruyan mühüm amillərdən biridir” (8, 53).
İlyas Əfəndiyev dilimizin sözlərindən sadəcə istifadə etməmişdir, həm də onlara yaradıcı
münasibət göstərərək müxtəlif mənalı yeni söz və ifadələr də yaratmışdır. Bu anlamda, aşağıdakı
örnəklər maraqlıdır: mavi nur dənizi, nəhayətsiz sükut, muniz aydınlıq, gümüşü toran və s.
İlyas Əfəndiyevin dil-üslub keyfiyyətləri çoxdur, dilinin şirinliyi qatıdır, üslub çalarları
özünəxasdır, İlyassayağıdır. O, işlətdiyi sözlərə üslub donu geyindirir, onları bir anlamda yox, bir
çox anlamlarda işlədir. “Sözlərin üslubi mənsubiyyəti, hər şeydən əvvəl, sözlərin ifadə etdiyi məna
ilə bağlıdır. Bu isə o deməkdir ki, xüsusi sahələrlə bağlı olan sözlər və terminlər bu və ya digər sahə
məfhumlarının, bir sıra ümumişlək sözlər isə xüsusi məna çalarlıqlarının ifadəsi kimi müəyyən
üslubun leksik sisteminə mənsub ola bilir. Lakin sözün üslubi mənsubiyyəti, təkcə bu və ya digər
mənanı sadəcə ifadə etməsi ilə deyil, hər hansı bir sözün və ya ifadənin məhz müəyyən sahə ilə
əlaqədar mənanı ifadə etmək üçün daha əlverişli olması ilə ölçülür” (3, 78). Bu mənada, İlyas
Əfəndiyev sözlərdən sənətkarlıqla istifadə edən sənətkarlardandır.
İlyas Əfəndiyevin dilində sual cümlələrinin də müəyyən qədər mövqeyi vardır. Məlumdur
ki, cümlənin bu növü ekspressivliyi artıran sintaktik vahidlərdəndir. Xüsusilə də, ritorik sual
cümlələrinin, bu baxımdan, rolu böyükdür. Onlar cavab məqsədi daşımadığından məna yükü daha
çox olur:
Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə nə əlavə etdik? İndi
mənim çəkdiyim bu əziyyət, bu iztirab nə üçündür? Əgər mən olmasaydım, bu gözəl gecə nə
itirərdi? (5, 10).
Və ya “Söyüdlü arx” romanında – yazıçının ilk irihəcmli əsərində qoca Ələsgər dayının
axşamlar “sazını dınqıldadaraq” oxuduğu qədim bir mahnıdakı həzin bir kədər, qəribə bir təəssüf,
hiss, duyğu ifadə edən ritorik sul cümləsi:
Üzü bəri baxan dağlar,
Mənim sizdə nəyim qaldı? (5, 8).
İlyas Əfəndiyevin əsərlərini dil-üslub özəlliklərini araşdırarkən bir sıra varvarizmlərlə ─
dildə vətəndaşlıq hüququ qazana bilməyən təsadüfi alınmalarla da qarşılaşırıq. Məlumdur ki, hər bir
dilin lüğət tərkibinin zənginləşməsində alınma sözlər də özünəxas rola malikdir. Və dünyada, bu
baxımdan, saf dil yoxdur, yəni bütün dillərin leksikasında alınma söz tapmaq mümkündür. Dünya
xalqlarının bir-biri ilə ədəbi, mədəni, siyasi, iqtidadi və s. əlaqələri dillərə də təsir edir, onlar bir-
birindən söz alır və bir-birinə söz verir. Təbiidir ki, həmin alınmaların bəziləri işlək leksikaya daxil
olur və dildə vətəndaşlıq hüququ qazanır. Varvarizmlərisə belə bir hüquqa malik ola bilmir, onlar
təsadüfən işlənir, müəllifin dilindən deyilmir, surəti səciyyələndirmək üçün işlədilir, tez bir
zamanda passiv leksikaya keçir və sonra isə unudulub dildən çıxır. İlyas Əfəndiyevin
yaradıcılığında da belə dil faktları vardır:
Tələsik stansiya binasına girib kassanın qabağına getdim. Lakin redükülümü açanda
yerimdə donub qaldım (5, 9).
İlyas Əfəndiyevin dilində maraqlı bir ifadə var: dünyaya səssiz-səmirsiz gəlmək. Bu ifadəni
eşidəndə və ya oxuyanda elə bilirsən ki, sənətkarlar dünyaya səssiz-səmirsiz gəlsələr də, dünyadan
səssiz-səmirsiz getmirlər. Onlar adi insanlar kimi düşünsələr, yarada bilməzlər və ya yaratdıqları
sönük olar, qəlbə təsir etməz. Ürəklərin işığında yazılanlar isə həmişə zövq və şövqlə oxunurlar.
İlyas Əfəndiyevin əsərləri kimi!
Müxtəlif sənətkarların yaradıcılıq örnəklərindən alınan faktik materiallar göstərir ki,
dilimizin inkişafı üçün ona yaradıcı münasibət, yüksək qayğı, ona dərindən bələd olmaq lazım gəlir.
İlyas Əfəndiyevin dilindəki bir sıra faktlardan məlum olur ki, Azərbaycan ədəbiyyatının 1930-1990-
cı illərdəki dövründə dilimizə bu cür münasibət var idi və hətta 1950-ci illərdən başlayaraq bu, bir
qədər də fərqli və güclü idi. Çünki həmin dövr ədəbiyyat tarixində sovet dövrünün süqut mərhələsi
başlamış və müstəqil düşüncə sahiblərinin sayı çoxalmışdır. İlyas Əfəndiyev də həmin müstəqil
düşüncə sahiblərindən və təfəkkür mədəniyyəti baxımından seçkinlərdən idi. Bütün bunlar onun dil-
- 116 -
üslub yetkinliyinə öz təsirini göstərmiş, yazıçı bədii-obrazlı fikir tariximizdə lirik-psixoloji təhlillər
salnaməsi yaratmışdır.
Əslində, lirik-psixoloji məsələlər daha çox lirik növün janrlarına, poetik nümunələrə xas
cəhətlərdir. Lakin İlyas Əfəndiyevin özəlliyi ondadır ki, o, daxili aləmin incəliklərini müxtəlif taleli
adamların, hətta adi, sadə hesab etdiyimiz adamların qeyri-adi düşüncələrini, duyub hiss etdiklərini
nəsrə gətirir və onun nəsri müəllifini 1930-1990-cı illər Azərbaycan nəsrində dil-üslub
xüsusiyyətləri ilə seçilən sənətkarlardan biri kimi tanıdır. Bu anlamda, İlyas Əfəndiyevin nəsrini
“poetik nəsr”, “lirik nəsr” adlandırmaq olar.
Sözsüz ki, İlyas Əfəndiyevin nəsrinə belə fərqli gözəllikləri gətirən onun dilidir. Diqqət
etdikdə, yazıçının nəsri realist nəsrdir, lakin o qədər romantik, dərin, həssas düşüncə və
münasibətlərlə doludur ki, isti və həzin nəğmə təsiri bağışlayır. Elə bir nəğmə ki, səsi qulaqlardan,
təsiri ürəklərdən getmir və onları unutmaq asan deyil, hətta mümkünsüzdür.
İlyas Əfəndiyev dilimizin dərin mənalılığından, məcazlıq xüsusiyyətlərindən istifadə edərək
mənəvi-əxlaqi axtarışlara çıxır və yeni-yeni tapıntılatr əldə edərək uğurlar qazanır, insan
xarakterlərindəki incə, üzdən görünə bilməyən cəhətləri müəyyənləşdirir və insanın sadə, sadə
olduğu qədər də naməlum bir varlıq olaraq özəl mənəvilərini qələmə gətirir. Onun dili ilə təkcə
insan fərqlilik və gözəllikləri deyil, təbiət füsunkarlığı da sanki başqa bir don geyinir. Və çoxlarına
adi görünən təbiət örnəkləri, coğrafi məkanlar yazıçının dilində (yəqin ki, həm də ürəyində) qeyri-
adi olur və beləliklə də, İlyas Əfəndiyev Güney Qışlaq, Söyüdlü arx, Qartallı dərə kimi coğrafi
məkanlara tamamilə fərqli bir baxışla baxır. Bu baxışın istisi və işığı ilə oxucu vətənini yenidən kəşf
edir, onun təbiətini, məkanlarını, adamlarını yenicə görmüş kimi şaşır və sanki dünyanı kəşf etmiş
kimi məmnun olur. Bütün bunlara görə ana dilimizə, bu dilə yüksək və yaradıcı münasibət göstərən
yazarlarımıza borcluyuq.
ƏDƏBİYYAT
1.Axundov A. Dilin estetikası. Bakı, Yazıçı, 1995.
2. Azərbaycan ədəbi dili tarixi. Bakı, Şərq-Qərb, 2007.
3. Dəmirçizadə Ə. Azərbaycan bədii dilinin üslubiyyatı. Bakı, Azərtədrisnəşr, 1962.
4. Əfəndiyev İ. Seçilmiş əsərləri, I c. Bakı, AVRASİYA PRESS, 2005.
5. Əfəndiyev İ. Seçilmiş əsərləri, III c. Bakı, AVRASİYA PRESS, 2005.
6. Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat. Bakı, ADPU, 2005, 192 s.
7. Hüseynzadə Ç. Azərbaycan dilində morfoloji norma. Bakı, Nurlan, 2004, 280 s.
8. İbrahimov M. Ana dili - hikmət xəzinəsi. Bakı, Azərnəşr, 1991, 136 s.
9. Məmməd Cəfər. Dil və müasirlik / Həmişə bizimlə. Bakı, Yazıçı, 1980, s. 73-98.
ABSTRACT
Sadagat Hasanova
Ilyas Afandiyev and our literaru language
The article deals with the role of writer IlyasAfandiyev in literaru language. For this purpose
its language and style features are put forward. In the article scientific-theoretical view points are
grounded on real materials.
РЕЗЮМЕ
Садагат Гасанова
Иляс Эфендиев и наш литературный язык
В статье говорится о роли народного писателя Иляса Эфендиева в нашем
литературном языке. В этой статье выдвигается на передний план его языковые и стилевые
особенности. Научно-теоретические мысли, выдвигаемые в статье, обосновываются
фактическими материалами.
- 117 -
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru H.Həşimli
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
QURBAN QURBANLI
Naxçıvan Dövlət Universiteti
UOT:81
“AZƏRBAYCAN DİLİNİN İZAHLI LÜĞƏTİ”NİN SON NƏŞRİ BARƏDƏ
BƏZİ MÜLAHİZƏLƏR
Açar sözlər: Azərbaycan dili, izahlı lüğət, son nəşr, təkmilləşdirilməsi üçün təkliflər, tərtib
prinsipləri, lüğət məqalə
Key words: Azerbaijan language, explanatory dictionary, the latest publication, proposals
for improvement, principles of compiling, dictionary article
Ключевые слова: азербайджанский язык, толковый словарь, последнее издание,
принципы составления, словарная статья, предложения по совершенствованию.
XXI yüzilliyin ikinci onilliyini yaşadığımız bir zamanda, Azərbaycan lüğətcilik elminin
intensiv inkişafı dönəmində leksikoqrafiyanın nəzəriyyəsinə və təcrübəsinə yeni baxışdan yanaşmaq
zərurəti olduqca labüddür. Əslində yeni bir əlamətdar tarixi dövrə, müstəqilliyə qədəm
qoyduğumuzdan sonra Azərbaycan Respublikası hüquqi-demokratik bir dövlət kimi formalaşıb
durmadan irəliləyişlərə nail olduğundan, iqtisadiyyat, sənaye və istehsalın, habelə mədəniyyət və
elmin böyük dönüşlərə çatdığı bir dönəmdə hər bir sahədə olduğu kimi, xüsusən də dilçilik elmində
təxirəsalınmaz yeni-yeni problem və vəzifələr öz həllini gözləməkdədir.
Yüzilliklər
boyu
xalqımızın
yaddaşında,
adət-ənənələrində,
milli
mənsubiyyətində
formalaşan, nəsillərdən nəsillərə ötürülən dəyərli söz xəzinəmizin, mənəvi yatırlarımızın toplanılıb
lüğətlər şəklində gələcək nəsillərə olduğu kimi qorunub çatdırılması bu gün də çağdaş dövrümüzün
ən aktual və vacib vəzifələrindəndir. Dördcildlik “Azərbaycan dilinin izahlı lügəti”nin işıq üzü
görməsindən keçən müddətdə Azərbaycan ədəbi dilinin respublikamızın ictimai-siyasi, elmi-ədəbi,
iqtisadi və mədəni həyatında şahidi olduğumuz məlum köklü-köməcli dəyişikliklərlə bağlı çoxlu
miqdarda yeni söz, mürəkkəb adlar və ifadələr əmələ gəlmişdir. Onlar bu gün artıq həyatımıza
möhkəm daxil olmuş, dilimizin lüğət tərkibində geniş işləklik kəsb etmiş, vətəndaşlıq hüququ
qazanmış,
elmi
ədəbiyyatda,
habelə
kütləvi
informasiya
vasitələrində
intensiv
istifadə
olunmaqdadır. Yeri gəlmişkən qeyd etmək istərdik ki, son dövrlərdə Azərbaycan dilində elmin ən
yeni prioritet və habelə klassik sahələri üzrə çoxsaylı tədqiqat əsərləri, dərsliklər və başqa vəsaitlər
yazılıb nəşr edilmiş, alimlər tərəfindən bir sıra terminoloji lüğətlər tərtib olunmuş və elmi
leksikoqrafiya yaradılmış, Azərbaycan dili sözlərinin böyük bir hissəsi elmi terminologiya
səviyyəsinə qaldırılmışdır və bu gün terminoloji fondu təşkil edir.
Bəllidir ki, “Azərbaycan dilinin izahlı lüğəti” ilk dəfə 1966, 1980, 1983 və 1987-ci illərdə
dördcilddə nəşr olunmuşdur. Sonra isə Azərbaycanda latınqrafikalı əlifbaya da keçilərkən (2001-ci
ildə) bütün ədəbi-bədi ədəbiyyat, elmi-siyasi ədəbiyyat, lüğətlər, dərsliklər, klassiklərin bədii irsləri
2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hissə-hissə yeni
Azərbaycan əlifbasında nəşr olunmağa başlanıldı. Ana dilimizin izahlı lüğəti də 2006-cı ildə yeni
əlifba ilə nəşr edildi, bu nəşrdə qismən düzəlişlər, təkmilləşdirmələr aparıldı. Amma müşahidələr,
- 118 -
araşdırmalar göstərir ki, xalqımızın, dilimizin bu əvəzsiz mənəvi xəzinəsi bu günümüzün,
zamanımızın tələblərinə bütövlükdə, tam mənada cavab vermir, bu lüğət həcm və sözlükdəki lüğət
məqalələrinin sayı etibarilə lüğət fondundakı söz və ifadələri tamamilə və dolğun əks etdirmir. Daha
sonra buradakı (2006-cı ilin nəşri nəzərdə tutulur) sözlərin məna tutumu və rəngarənglikləri bütöv
halda hazırki zəmanəmizin ruhunu əhatə etmir, günümüzlə səsləşmir, yenilik baxımından tələblərə
uyğun deyil, həllini gözləyən bir sıra problemlər doğurur:
1.Lüğət məqalələrində müasir Azərbaycan ədəbi dilinin orfoqrafiya normalarına və qrafik
dəyişmələrə uyğun təkmilləşmələr aparılmalıdır. Bəllidir ki, 2004-cü ildə nəşr olunmuş
Azərbaycan dilinin orfoqrafiya lüğətində Azərbaycan dilinin orfoqrafiya qaydalarından fərqli olaraq
bəzi sözlərin (feil, feili, şeiriyyət, cəfəngiyyat, cisim, əsginas, anticisim, nəqərat, münacat, təbaşir,
qığırdaqvarı, üzükvarı, zəncirvarı, alqı-satqı və b.) yazılışı fel, feli, şeriyyət, cəfəngiyat, cism,
əsginaz, anticism, nəqarət, minacat (həm də münacat kimi iki variantda getmişdir), tabaşir,
qığırdaqvari, üzükvari, zəncirvari, alğı-satqı şəklində orfoqrafiya normalarına uyğun olmadan
verilmişdir. Bu lüğətin 2013-cü il 6-cı nəşrində artıq bu sözlərin düzgün yazılışı bərpa olunmuşdur.
Əfsuslar olsun ki, “Azərbaycan dilinin izahlı lüğəti” haqqında bu sözləri demək mümkün deyil.
Çünki son nəşr, qeyd edildiyi kimi, 2006-cı ilə aiddir.
Dostları ilə paylaş: |