частью поселены на землях помещичьих мусульманских...» (17, с. 388). Таким образом, с
переселения армян началось изменение этнического состава вышеназванных территорий.
- 94 -
Согласно материалам 1823 года из 20,000 семей населявших Карабах только 1,500 были
армянскими, что составило 7,5 %.
После переселения этнический состав резко изменился. В 1932 году азербайджанцы
составляли 64,8% всего населения Карабаха, армяне – 34,8%. Эта политика продолжилась в
целенаправленной форме. В 80-х годах XIX века 58,2% всего населения Шушинского уезда
составляли армяне, а азербайджанцы только 41,5%. Согласно переписи населения в России
за 1897 год эти цифры выглядели следующим образом: азербайджанцы – 45%, армяне 53%, в
1917-м году – 40,2% и 52,3% соответственно. Уничтожение азербайджанцев армянами в
1918–1920-х годах охватывало и Карабах. В 1923 году при учреждении Нагорно-
Карабахской Автономной Республики была допущена историческая несправедливость,
Низменная и Нагорная
части Карабаха были искусственным способом отделены друг от друга,
были созданы выгодные условия для консолидации армянского населения, демографические позиции
Азербайджана претерпели сильный удар. Согласно проведенным в 1926, 1959, 1970 и 1979-х годах
переписям населения, азербайджанское и армянское население НКАО имело следующее
соотношение – 10,1 и 89,1%, 13,8 и 84,4%, 18,1 и 80,5%, 23,0 и 75,9% соответственно (20). Как было
отмечено выше, в 1978 году армяне Нагорного Карабаха отмечали 150-летие своего переселения. В
честь юбилея они поставили особый памятник на территории села Марагашен-Ленинаван
Мардакертского-Агдаринского района, который был разрушен ими в 1988 году, как материальное
доказательство их пришлости.
Политика вытеснения азербайджанцев с их исторических земель продолжалась и в советское
время, однако коммунистическому режиму удавалось удерживать сферу межнациональных
отношений под своим контролем. Горбачевская перестройка активизировала национальные
процессы. Этот период, как известно, характеризовался обострением национального вопроса. В
феврале 1988 года начались первые митинги армян, требующих присоединения Нагорного Карабаха
к Армении. В 1988-1989-х годах более 250 тысяч азербайджанцев, живших на своих историко-
этнических землях
в бывшего Иреванского ханства, все до единого человека были
депортированы. Этим был дан толчок нагорно-карабахскому конфликту. Начатая армянами в
1988 году борьба по отторжению Нагорного Карабаха привела к разрушению сел и поселков,
убийству десятков тысяч невинных людей, изгнанию сотен тысяч азербайджанцев со своих
исторических земель. Только с 1988 до 1994 года армянами было совершено 373
террористических акта, направленных против мирного населения. Переселение армян было
связано с
политическими интересами России и Армении. Они всегда с рвением и жестокостью
исполняли роль лжецов и предателей, отведенную им лидерами России и Армении. Весьма коварные
в вопросах, касающихся экономических интересов, армяне однако не смогли извлечь нужных уроков
из трагических результатов этих политических игр. Как неоднократно заявлял на официальных
форумах и мероприятиях Президент Азербайджанской Республики Ильхам Алиев, пора понять и
армянскому народу, и его преступным государственным властям, что следует без всяких условий
освободить захваченные ими территории нашей страны и прекратить свои гнусные
подстрекательские действия в отношении нашего народа и государственности.
История убедительно свидетельствует о том, что целью Азербайджана, как и каждого его
гражданина, является восстановление исторической справедливости, возвращение захваченных
армянами земель, разоблачение преступников и предание их суду мировой общественности с
дальнейшим торжеством правды и осуждением армянского вандализма.
ЛИТЕРАТУРА
1.Андрей Турков. В бурных водах жизни // «Литературная газета», № 43-44
(6485), 5-11 ноября 2014 года.
2. Учитывая объективную реальность // «Литературная газета», № 50 (6491), 17-
23 декабря 2014 года.
3. Адыгезалов Г. Потомки Гайка: без границ и без совести (по поводу одной
армянской апологии, опубликованной в российской «Литературной газете»)
// «Литературный Азербайджан», 2010, № 4, с. 114-118.
4. Акты, собранные Кавказской Археографической Комиссией, т. II, под ред.
- 95 -
А.Берже. Тифлис, 1868, документ 1436, с. 702-705.
5. МИЭБГК, т. VII, ч. I. , с. 393.
6. Григорьев В. Статистическое описание Нахичеванской провинции. Санкт-
Петербург: СПб, 1833, 263 с.
7. Шавров Н. Новая угроза русскому делу в Закавказье. СПб, 1911, 148 с.
8. Величко В.Л. Кавказ. Русское дело и междуплеменные вопросы. Баку: Элм,
1990, 176 с.
9. Глинка С. Описание переселения армян азербайджанских в пределы
России. Баку: Элм, 1990, 145 с.
10. Грибоедов А.С. Записка о переселении армян из Персии в наши области.
Сочинения в 2-х тт., т. 2. Москва, 1971, 476 с.
11. МДТА Грузии, Ф. 2. сп. 1, дело 3859, стр. 314, л. 20.
12. Кавказский календарь 1897 г., LXIII – Елизаветская губерния. СПб, 1904.
13. Кавказский календарь Российской империи 1896 г., V отд. с.48-61.
14. Исмайлов М.А. События вокруг НКАО в кривом зеркале фальсификаторов
(сборник материалов). Институт истории Академии Наук Азербайджанской
ССР. Баку, 1989, 90 с.
15. Источники по Азербайджанской истории. Баку, Элм, 1989, 479 с.
16.
http://garabagh.net/content57ru.html#sthash.
17. Помпеев Ю. Кровавый омут Карабаха // «Литературный Азербайджан»,
1992, № 5, с. 5-19.
18. Иванов Р.Н. Нашествие. – Москва: Герои Отечества, 2009.- 448 с.
19. Грибоедов А.С. Горе от ума. Письма и записки. Баку: Маариф, 1989, 401 с.
20.
http://garabagh.net/content_50_ru.html.X3CGeoFK.
XÜLASƏ
Hüseyn Adıgözəlov
Rus ədəbi mənbələrində ermənilərin gəlmə olduqlarının sübutu
Məqalədə problem mövcud tarixi faktlar, arxiv sənədləri, internet saytları və müxtəlif dövr
rus
ədəbi
mənbələri
əsasında
araşdırılır,
A.S.Qriboyedovun,
N.Şavrovun,
S.Qlinkanın,
V.Qriqoryevin, Y.Pompeyevin, R.İvanovun və başqalarının əsərləri təhlil edilir. Müəllif ermənilərin
Qafqaza, o cümlədən Azərbaycan ərazilərinə XIX əsrin birinci yarısından başlayaraq əvvəlcə çar
Rusiyasının, sonrakı dövrlərdə isə sovet imperiyasının təcavüzkar siyasəti nəticəsində köçürülərək
yerləşdirildiklərini, xalqımıza qarşı torpaq iddialarının əsassız olduğunu elmi dəlillərlə əsaslandırır.
ABSTRACT
Huseyn Adıgozalov
In Russian literaru sources the prof of armenians beinq miqrant
The article explores the problem on the basis of present historical facts, archive documents,
internet sites and russian sources of different periods and analuses the works by A.S. Griboyedov,
N.Shavrov, S.Glinka, V.Grigoryev, Y.Pompeyev, R.Ivanov, etc. The author substantiates that the
armenians were placed in the caucasus, including Azerbaijan lands in the first half of the XIX
century as on aggressive policy of the soviet empire with scientific evidences. At also considers the
territorial claims of the armenians against our people to be groundless.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə fəlsəfə doktoru, dosent
Q.Qurbanlı
- 96 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
VÜQAR RƏHİMZADƏ
AMEA Naxçıvan Bölməsi
vuqarrehimzade@mail.ru
UOT:654.19
KİV-İN “DÖRDÜNCÜ HAKİMİYYƏT” KİMİ FUNKSİYALARI
Açar sözlər: Kütləvi informasiya vasitələri, hakimiyyət, siyasət, ictimai rəy, manipulyasiya,
siyasi sosiallaşma, ictimai şüur, siyasi institut
Keywords: mass media, government, politics, public opinion, manipulation, political
socialization, public consciousness, political institution.
Ключевые слова: средства массовой информации, власть, политика, общественное
мнение, манипуляция, политическая социализация, общественное сознание, политический
институт
İnsanların birgə mövcudluğu bütün dövrlərdə onların həyatlarının təşkilinə, fəaliyyətlərinin
idarə olunmasına ehtiyac duymuşdur, hazırda isə bu, informasiya olmadan mümkün deyil.
İnformasiyanın ötürülməsi KİV tərəfindən həyata keçirilir. Xalqın sosiallaşması cəmiyyətin siyasi
mədəniyyətinin formalaşmasında, siyasi və ictimai, eləcə də demokratik davranışı və əsas
hüquqların qorunması ilə bağlı qərarların verilməsi və obyektiv həyata keçirilməsində, gündəlik
məlumat ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır. Ona görə də kütləvi informasiya
vasitələrinin siyasi və mənəvi-əxlaqi dəyərlərə müvafiq olaraq cəmiyyətin təşkilati təsir sisteminə,
müəyyən həyat tərzinin təbliğatına birbaşa daxil olmasını bildirən funksiyasını da icra etməsi
təsadüfi deyil.
KİV-in sosial-siyasi proseslərə çox geniş təsir imkanları vardır. Yəni hər bir təşkilati
idarəetmədə sosial-siyasi güc KİV vasitəsilə informasiya mühitinə birbaşa və ya dolayısı ilə təsir
göstərərək, bu mühitdə iştirak etməyə can atır.
Bir sıra Qərb tədqiqatçılarının fikrincə, KİV-in fəaliyyətinin aktivləşməsi siyasi partiyaların
təşkilat strukturunun inteqrasiyasına səbəb olmuşdur. Siyasi proseslərin tənzimlənməsində və
həyata keçirilməsində kütləvi informasiya vasitələrinin əsas mexanizm kimi çıxış edərək, siyasi
təşkilatlanmanı əvəz etməsi barədə tezisin formalaşmasında və yayılmasında öz əksini tapmışdır.
(1, səh. 335)
Tədqiqatçılar müasir siyasi proseslərdə KİV-in informasiya texnologiyaları inqilabında xüsusi
rolunu qeyd edirlər: “Əgər klassik siyasi sistemdə siyasi bilik siyasi varlıq və siyasi mövcudluq
sferası ilə əlaqələndirilirdisə, virtual məkandan istifadə edən informasiya “inqilabı” isə yeni
informasiyanı dərhal siyasi fəaliyyət sferasına ötürür. İnformasiyanın praktikada tətbiqinin səmərəli
üsullarını tapmaq üçün ondan istifadə edilməsi – informasiya cəmiyyətində siyasi idarəetmə də
məhz budur” (2, səh. 17).
Siyasi proseslərin virtuallığı, xaotikliyi, qeyri-xəttiliyi və diskretliyi informasiya “inqilabı”nın
əsas səbəblərindəndir. Bu zaman informasiya siyasi resurs kimi siyasi sferada istifadə oluna bilən
bir sıra yeni keyfiyyətlərlə şərtlənir. Təbii ki, əmək və pul ehtiyatlarından fərqli olaraq, informasiya
istifadə olunduqca azalmır, ona görə də onun siyasi təsiri hər hansı auditoriyaya kifayət edir.
Bundan başqa, informasiya dərhal məkan boyu yayılır və ondan eyni vaxtda ən müxtəlif siyasi
aktorlar istifadə edə bilərlər. Cəmiyyətin siyasi mobilliyi nöqteyi-nəzərindən, informasiya resursu
göstərilən təsirin hər şeyi əhatə etməsi və eyni zamanda olması üstünlüyünə malikdir. Lakin
informasiya “inqilabı”na qədər bu, praktik cəhətdən mümkünsüz idi (3, səh. 17-18).
- 97 -
Yuxarıda qeyd olunanlara əsaslanaraq, müasir KİV-lər belə xarakterizə edilə bilər: müasir
cəmiyyətin vacib siyasi institutu kimi mühüm siyasi hadisələri işıqlandırır, ictimai rəy formalaşdırır
və siyasi informasiya vermək məqsədi daşıyır.
KİV-in müasir cəmiyyətin vacib siyasi institutu kimi mühüm siyasi hadisələri işıqlandırma
xüsusiyyəti cəmiyyətin siyasi həyatı ilə sıx bağlılığından irəli gəlir. KİV-in icra etdiyi bütün
funksiyalar sırasında cəmiyyətin siyasi sistemi ilə birbaşa bağlı olan səciyyəvi və siyasi xarakter
daşıyan əsas təşkilati idarəetmə, tənqid və nəzarət, inteqrasiya, siyasi sosiallaşmadır (əyləncəli və
rekreativ kimi ümumi funksiyalar da bu prosesdə iştirak edir).
Siyasət sahəsində KİV-in siyasi sosiallaşma funksiyasını izah etməzdən əvvəl siyasi
sosiallaşmaya aydınlıq gətirək. Siyasi sosiallaşma, fərdin ictimailəşməsi prosesinin bir hissəsidir.
İctimailəşmənin sayəsində fərd aid olduğu qrupun mədəniyyətini bu iki mərhələdə əldə edir: ilk
olaraq cəmiyyət tərəfindən qəbul edilən ənənəvi rol təsnifini anlayıb, özünü tanımağı və ictimai
quruluş içində digər fərdlər arasında əldə edə biləcəyi yeri anlamasını təmin edir. İkinci olaraq da,
sahib olduğu rolun vəzifələrini və davranışlarını hissləri ilə əlaqələndirməyi öyrənir.
Siyasi sosiallaşma, siyasi mədəniyyətin davamlılığını və dəyişməsini təmin edən bir öyrənmə
prosesidir. Siyasi partiyaların, seçki kampaniyaları əsnasında KİV kanalı ilə apardıqları danışıqlar,
fərdləri siyasi iştiraka və siyasi sistemlə güclü və davamlı bir əlaqə qurmağa yönəldir. Bu zaman
mətbuat namizədlərin siyasi mübarizə kürsüsünə və əsas meydanına çevrilir. KİV namizədin
seçicilərlə birbaşa ünsiyyətini nəzərdə tutan bu və ya digər tədbirlərin təşkil olunması qanunlarını
diktə edir. Bu və ya digər siyasətçinin nə qədər parlaq, dəvətli təqdim olunması, namizədin özünü
reklam etməsi üçün televiziyada ona nə qədər vaxt ayrılması, həmin şəxsin seçki kampaniyasını
hansı məlumatların müşayiət etməsi seçkilərin nəticələrinə də təsir göstərir. Bu əlaqə ilə reallaşan
qarşılıqlı təsirlənmə nəticəsində yeni mövqe və inanclar inkişaf edir, ya da mövcud olan inanclar
gücləndirilir.
Siyasət sahəsində KİV-in siyasi sosiallaşma funksiyası aşağıdakı proses zamanı yaranır.
Müəyyən elitanın fəaliyyətini qiymətləndirə və siyasətçilərin hərəkətlərinin uzaqgörənliyi və
əsaslılığı haqqında mühakimə yürüdə bilməsi üçün insanlar müəyyən bacarığa malik olmalıdırlar.
Bu isə biliklərin və informasiya tutumunun mövcudluğu, habelə vətəndaşlarda ölkədəki vəziyyət
barədə tam məlumatın olduğu hallarda mümkündür. Siyasi sosiallaşma ikitərəfli prosesdən
ibarətdir. O, bir tərəfdən, fərdə siyasi informasiya, bilik verilməsini, onun mövcud siyasi dəyər və
oriyentirlərə qoşulmasını, sosial təcrübə qazanmasını ehtiva edir. Digər tərəfdən isə, bu, sadəcə
ictimai münasibətlərin təkrarlanması deyil, həm də insanın aktiv fəaliyyəti hesabına ictimai
münasibətlərin mövcud sisteminin insan tərəfindən sonrakı inkişafıdır. Fərd anadan olandan malik
olmadığı siyasi dəyər mühakimələrini, inanclarını və mövqelərini davamlı öyrənmə prosesi ərzində
inkişaf etdirir. Bu vəziyyətə siyasi sistemlər yanaşmasından baxıldıqda, sistemlərin öz düşüncə,
dəyər mühakimələri və mövqelərini cəmiyyətdə yaymaq və fərdlərə qəbul etdirmələrini onların
mövcudluqlarını davam etdirə bilməsi böyük əhəmiyyət kəsb edir. Ona görə də siyasi sosiallaşma
insanın ictimai-siyasi və sosial fəallığı yolu ilə onun siyasi əlaqələr sisteminə daxil olmasına kömək
edir. Bunu reallaşdırmaq üçün KİV-dən sıx istifadə edilməkdədir.
Siyasət media vasitəsilə cəmiyyətə təlqin olunaraq davam etdirilir. Siyasi partiyalar bu işləri
müxtəlif KİV vasitəsilə həyata keçirir. Bu işlər üçün elektron media (televiziya, radio), çap media
(qəzetlər, jurnallar), göstərici mediası (bilboardlar, işarələr, plakatlar), fərdi təmaslar və digər
vasitələrdən (poçt, telefon) geniş şəkildə istifadə edilir .
Hal-hazırda KİV, fərdin təsirli olaraq siyasi sistemə bağlı inanc, dəyər və məlumatları
öyrənməsi və mənimsəməsi ilə siyasi-ideoloji şəxsiyyətin formalaşması məzmununda ən təsirli
vasitələrdəndir. KİV-in təsirli bir siyasi sosiallaşma vasitəsinə çevrilməsi ilə birlikdə siyasətin
düşüncə və qəbuletmə formaları, əlaqələri, aktorları və institutları dəyişikliyə məruz qalmışdır.
Siyasi porseslər çərçivəsində mətbuat siyasi aktorların nümayiş edildiyi, təqdim edildiyi, yaşadığı,
sığındığı, mübarizə etdiyi və qorunduğu arenaya çevrilmişdir. Beləliklə, siyasi ünsiyyət prob-
lemlərin ictimai sahədə müzakirəsindən siyasi aktor, proses, fakt, hadisə, mövzu və mətbuatda
əyləncə məqsədli jurnal formatında təqdimatına keçmişdir (4, səh. 1-2).
- 98 -
Məkan və zaman etibarilə geniş təsir imkanına malik olan KİV eyni zamanda bu vasitələrin
yanlış əllərdə səhv olaraq istifadə edilmə təhlükəsini də yaratmışdır. Xalq üçün indiyə qədər məqbul
hesab olunan qaydalara görə edilən təqdimatların, eləcə də siyasət və müharibə ilə bağlı xəbərlərin
daha çox auditoriya qazanmaq adına şou halına salınaraq kompyuter oyunları və filmlərdə istifadə
olunan dramatizm nümunələrinin onlarda tətbiqi halları geniş yayılmışdır.
KİV-in sosial-siyasi proseslərə təsiri vasitəsilə siyasi təfəkkürə və ictimai şüura ideoloji təsir
etmək, “səssizlik spiralı”nı, gündəmi yaratmaq və ictimai rəyi formalaşdırmaq mümkündür. Siyasi
təfəkkür KİV-in başlıca təsir obyektidir. Onun formalaşması müxtəlif - sosial gerçəkliyin praktik
anlamı, insanların duyğu təsəvvürlərinin tədrici rasionallaşması, onlarda olan informasiyanın
ümumiləşməsi, siyasi hərəkatların məqsədlərinin dərk edilməsi, siyasi davranış norma və
dəyərlərinə, ədalət və siyasi ideallara inama yaxınlaşma yolları ilə baş verir. KİV fəaliyyəti ilə
insanlara siyasi hadisələr haqqında obyektiv və adekvat mühakimə yürütmək, aldıqları məlumatları
mənimsəmək və mürəkkəb, ziddiyyətli informasiya axınında düzgün istiqamətlənmək imkanı verir.
Lakin əgər siyasi təhsil sistemli bilik qazanılmasını nəzərdə tutursa, həmçinin şəxsiyyətin idraki və
dəyər imkanlarını genişləndirirsə, siyasi sosiallaşma beynəlmiləşməni, insanlar tərəfindən siyasi
norma, dəyər və davranış nümunələrinin mənimsənilməsini bildirir. O, şəxsiyyətin sosial gerçəkliyə
uyğunlaşmasına imkan verir.
İnsanların ictimai şüuruna ideoloji təsir zamanı isə KİV gerçəkliyə hərtərəfli is-
tiqamətləndirmə yolu ilə kütlələrin təfəkkürünün yüksəlişi və inkişafına səbəb olur. Bəzən kütlələrin
məqsədyönlü təbliğatı və təşviqatı üçün onlardan istifadə edilir, bu zaman KİV ideoloji təsir vasitəsi
kimi çıxış edir. Ona görə də mətbuatın funksiyaları arasında çox zaman ideoloji funksiya fərq-
ləndirilir. O, KİV-in maarifləndirici, inteqrasiya və idarəçilik fəaliyyətinin üzvi hissəsidir və eyni
zamanda, siyasi sosiallaşma funksiyası ilə uyğun gəlir.
KİV cəmiyyətin maraqlarını ifadə etdiyindən ictimai və siyasi institutdur və onun başlıca təsir
gücü ictimai rəydir. Demokratik cəmiyyətlərdə mətbuat ictimai nəzarət funksiyasını yerinə yetirir,
baş verən və olub keçmiş hadisələrə təkcə hüquqi deyil, həmçinin əxlaqi qiymət verir. İctimai rəy,
müəyyən bir zamanda, müəyyən bir mübahisəli problem qarşısında, bu problemlə maraqlanan
insanlar qrupuna və ya qruplarına hakim olan qənaətdir və XX yüzildə ictimai rəy siyasi təbliğat və
kütlələrin idarə vasitəsi kimi göstərilir.. ". (5, səh. 34).
1990-cı illərdə şüur və siyasi idarəçilik siyasətində qanuni olmayanı qanuni göstərmək və
müəyyən maraq qruplarının xeyrinə olan qərar və addımları hamıya şamil etmə vasitəsi olaraq sıx
bir şəkildə "ictimai rəy" anlayışı işlənməyə başlanmışdır.
KİV-in ictimai rəyi yaratmaq və əks etdirmək kimi iki əhəmiyyətli funksiyası vardır. KİV-lər
verdikləri xəbərlər, etdikləri şərhlərlə əldə olunan qənaətlərin açıqlanmasına köməkçi olur, insanları
və cəmiyyəti inandırma və səfərbəretmə vəzifələrini daşıyırlar. KİV cəmiyyətdəki prosesləri
əlaqələndirir, ictimaiyyəti düşünməyə sövq edir, obyektiv məlumat axınını təmin edərək sağlam
bir ictimai rəyin meydana gəlməsində böyük rol oynayırlar.
KİV gündəmin qurulmasında mühüm rola malikdir. Belə ki, KİV məlumatları aktuallığına
görə sistemləşdirir, cəmiyyət üçün lazım olan informasiyanın mühümlüyünə qərar verir. KİV-in
gündəmi nəzərə alaraq verdiyi xəbərlər cəmiyyət tərəfindən əhəmiyyətli, digər mövzular isə
əhəmiyyətsiz hesab edilir. İnsanlar KİV-dəki xəbərləri oxuyaraq dünyada nələr baş verdiyini
anlayırlar. Mövzuların sistemləşdirilməsi KİV-in o mövzulara, harada, nə qədər və necə yer verdiyi
ilə müəyyənləşdirilir. Aktual məsələlər isə ictimaiyyət tərəfindən prioritet mövzu olaraq qəbul
edilir .
KİV-in təsiri vasitəsilə bağlı digər bir məsələ “Səssizlik spiralı (Spiral of Silence)
nəzəriyyəsidir. 1974-cü ildə Elizabet Noel-Noyman tərəfindən irəli sürülmüşdür. (6. səh. 266-267)
Bu nəzəriyyəyə görə insanlar, cəmiyyətin təzyiqlərindən qorxaraq fikirlərini aşkar
etməkdən çəkinirlər. Bu səbəblə KİV-dən istifadə edirlər. KİV fərdin müxalif fikirlərini
açıqlamaqda səssiz qalır. Bunun səbəbi ictimai qınaq qorxusudur (7, səh. 102-103). Bu qaydaya
görə, cəmiyyətin təzyiqindən uzaqlaşmaq üçün fərdin cəmiyyətlə və digər fərdlərlə inteqrasiya
olunmaq zərurəti meydana çıxır. Buna görə də cəmiyyətdə KİV tərəfindən ifadə edilən fikirlər
dolğun və əhatəli olaraq qəbul edilir.
- 99 -
KİV-in bir ictimai institut olaraq rolu vətəndaşları obyektiv informasiya ilə təmin etməkdən
və eyni zamanda ictimai nəzarəti həyata keçirməkdən ibarətdir. Vətəndaşlardan ibarət çoxluq dövlət
hakimiyyəti orqanlarının fəaliyyətini məhz KİV-dəki informasiyalar vasitəsilə müşahidə edir. KİV
eyni zamanda cəmiyyətin siyasi institutu olaraq əhaliyə siyasi proseslərdə fəal iştirak etmək imkanı
təklif edir.
Bəzən mətbuatın nəzarətçi və tənqidçi roluna əsaslanaraq, onu “dördüncü hakimiyyət” də
adlandırırlar. Bu halda mətbuat ictimaiyyətə səmərəli təsir etməyi bacarmalıdır.
Hakimiyyətlə və idarəetmə ilə bağlı siyasi funksiyalardan başqa, KİV əyləncəli və rekreativ
funksiyaları da icra edir.
KİV eyni zamanda əyləncəli xüsusiyyəti ilə sosial gərginliyin aradan qalxmasına kömək edir,
insanlara istirahət edərək öz qüvvəsini bərpa etmək imkanı verir. Lakin heç də bütün filmlər və
verilişlər müsbət emosiyaların inkişafına kömək etmir. Bəzən zorakılıq, tamahkarlıq və qəddarlığın
təbliğatı neqativ axına səbəb olur, ona görə də əyləncəli materialların düzgün seçimi zəruridir.
Əyləncəli materiallarda ideoloji məqamı da fərqləndirmək lazımdır.
Müasir şəraitdə televiziya, radio və mətbuatın məhsulları insan düşüncəsində dəqiq əks
olunur. Dünya və ətraf mühit haqqında hansısa məlumatın olmaması məhz biliksizlik kimi
qiymətləndirilir. KİV təfəkkürün xarakterinə təsir edir, bununla da onu dəyişdirir və tamamlayır.
İnformasiyanın məzmununu istehlak etmək adi zərurətə çevrilir.
Beləliklə də, informasiya cəmiyyəti sivilizasiyasının inkişafı şəraitində informasiyanın çox
böyük əhəmiyyəti var və cəmiyyətin mükəmməl inkişafı üçün informasiya mübadiləsi zəruridir.
Hazırda KİV qlobal dəyişikliklərə məruz qalır və yeni informasiya texnologiyalarından istifadə
olunması əsasında intensiv inkişaf etməkdədir və bu halda onun üçün kəmiyyət deyil, keyfiyyət
göstəriciləri vacibdir.
Lakin siyasi sahədə icazə verilənlərin sərhədlərini cəmiyyət müəyyən edir. Mühüm siyasi mə-
sələlər üzrə informasiya əldə etmək üçün KİV aparıcı dövlət və siyasi xadimlərə yetişə bilməkdə
maraqlıdır. Onlarla əlaqə bir çox kanallarla gerçəkləşdirilir. Siyasi xadimlərlə mətbuat
nümayəndələri arasındakı qarşılıqlı münasibətlərdə mətbuat konfransları institutu və ictimaiyyətlə
əlaqələr üzrə xidmətlər əhəmiyyətli rol oynayır.
KİV-in
cəmiyyətdə
və
dövlətdə
yerinə
yetirdikləri
funksiyalar
ictimaiyyətlə
kommunikasiyalaşması növlərindən asılıdır. Nəzəri tədqiqatlarda bu rol və funksiyalar U.Lippman,
Q.Tard, H.Lassuel, Q.Blumer tərəfindən verilmiş “kütlə” və “xalq” anlayışlarının dərk edilməsi ilə
müəyyən olunur. Bu anlayışlardan asılı olaraq, ictimai rəy passiv manipulyasiya obyekti və ya
siyasi münasibətlərin aktiv subyekti kimi təyin edilir.
Beləliklə, kütləvi kommunikasiyaların rolunu və funksiyalarını nəzərdən keçirən tədqiqatlar
KİV-i digər resurs növlərinə konvertasiya olunmuş hakimiyyət resursu kimi müəyyənləşdirən və
aktiv siyasi institut kimi təyin edən nəzəriyyələrə bölünür.
Hakimiyyət “piramidası”nın əsasını dövlət institutları təşkil edir. Dövlət hakimiyyəti
ümumidir, onun qərarları mütləq icra edilir. Qeyri-dövlət institutlarının hakimiyyəti isə rəhbərlik və
nəzarətin daha geniş və daha az formal sahəsidir. Əvvəla, onun məhdud fəaliyyət sahəsi var.
İkincisi, “zəifdir” – inam, nüfuzlu söz, əqidə, təhlil və s. ilə möhkəmləndirilməyə ehtiyac duyur.
Qeyri-formal təsir – qeyri-institusional hakimiyyət – “biliklərin avtoriteti”, “sözün gücü” və
“nümunənin gücü” kimi ortaya çıxan hakimiyyət, ictimai rəy hakimiyyəti (ümumiyyətlə, mənəvi
hakimiyyət) daha geniş yayılmışdır. Beləliklə, cəmiyyətdə hakimiyyətlər üç və ya dörd deyil, daha
çoxdur. KİV-in nə məcburiyyət gücü, nə də iqtisadi təzyiq imkanları vardır. Qeyri-rəsmi olan bu
hakimiyyət həyatın bütün sahələrinə ciddi təzyiq göstərir, özü də bu təzyiq iqtisadi və siyasi
hakimiyyətin təzyiqindən heç də az deyil. Belə olan halda KİV-in kimin iradəsini reallaşdırması,
kimin hakimiyyəti olması maraq doğurur. Əgər bu, həqiqətən də “xalq hakimiyyəti”dirsə, onda bu,
xalq jurnalistikasıdır. Ona görə də KİV insanları ayıran deyil, birləşdirən materiallar dərc etməlidir.
Bu səbəbdən də kütləvi informasiya vasitələri xalqın maraqları çərçivəsində, onun iqtisadi, siyasi,
sosial, mədəni ehtiyacları naminə fəaliyyət göstərən birləşdirici qüvvədir. Əgər demokratik
cəmiyyətlərdə nümayəndəli hakimiyyət seçkilər vasitəsilə legitim xarakter əldə edirsə, KİV
- 100 -
hakimiyyəti isə bu cür legitimlik formasına malik deyil. Kütləvi informasiya vasitələrinin
“dördüncü hakimiyyət” kimi xüsusiyyəti də buradandır.
KİV – birbaşa demokratiya institutlarından biridir, onun legitimlik ölçüsü də onun
mühakimələrinin, hökmlərinin, təkliflərinin dəstəklənməsində ortaya çıxan auditoriyanın ona inam
dərəcəsindən asılıdır. İctimai orqanizmin normal funksiya göstərməsi şəraitində üç dövlət
hakimiyyətinin və “dördüncü” hakimiyyətin münasibətləri bir-birini tamamlayır və ancaq bu,
tərəfdaşlıq şəklində ola bilər. Hər şeydən öncə, jurnalistika öz təbiətinə görə həyatın bütün
sahələrində hərtərəfli monitorinq aparır, cəmiyyətə mövzular, problemlər, mühakimələr külliyyatı
təqdim edir, başqa sözlə, gerçəklikdə aktual görünən hər bir şeyin hərtərəfli informasiya
mənzərəsini yaradır. Həyat təzahürlərini təqdim və müzakirə edən jurnalistlər aşkar və ya gizli
şəkildə ictimai ekspert rolunda çıxış edir, münasibət, təqdimat, rəy, baxış və cəhd formalaşdırırlar.
Bununla belə, jurnalistika vətəndaşların informasiya hüququnun reallaşması naminə geniş məsələlər
dairəsi üzrə ən müxtəlif fikirlərin tribunası rolunu oynayır.
Beləliklə, aydın olur ki, jurnalistika öz mahiyyətinə uyğun olaraq, “hakimiyyət
səlahiyyətləri”nin çoxşaxəli sisteminə malikdir. Bu isə onun barəsində həqiqətən də “dördüncü
hakimiyyət” kimi danışmağa əsas verir. Jurnalistikanın mahiyyətinin maksimum dəqiq olaraq
“dördüncü hakimiyyət” kimi başa düşülməsi birbaşa KİV-in fəaliyyətinin elə bir qaydasının
müəyyənləşməsi vəzifəsinə gətirib çıxarır ki, bu vəzifənin də reallaşması jurnalistikaya öz
vəzifələrini fəal şəkildə yerinə yetirmək imkanı verir.
Dostları ilə paylaş: |