Həzəc bəhri. Həzəc sözü xoşa gələn avaz, gözəl səs, cəh-cəh mənasını ifadə edir. Bu
bəhrdə yazılan şeirlərdə bir axıcılıq, rəvanlıq nəzərə çarpır. Həzəc bəhrinin növləri məfA
ʼİlün
təfiləsinin müəyyən miqdarda təkrarlanması və dəyişməsindən yaranır. Əsas qəlibi, başqa sözlə
desək, birinci növü məfaA
ʼİlün təfiləsinin dörd dəfə təkrarından əmələ gəlir. Füzuli, Sabir və başqa
şairlərimiz həzəc bəhrindən istifadə edərək gözəl şeirlər yazmışlar. Məsələn, M.Füzuli “Məni
- 74 -
candan usandırdı...” qəzəlinə bu bəhrin məfaA
ʼİlün təfiləsinin dörd dəfə təkrarından yaranan
qəlibdə, “Leyli və Məcnun” əsərini isə məf
ʼUlü məfAʼilün fəʼUlün ölçüsündə yazmışdır. M.Ə.Sabir
“Əkinçi”, “Nə işim var?”, “Bakı fəhlələrinə” şeirləri həzəc bəhrinin başqa bir ölçüsündə
yazılmışdır.
Rəməl bəhri. Rəməl sözü ləngərlənmək, dalğalanmaq, ağır-ağır, yəni ləngərlənə-ləngərlənə
yerimək mənasını bildirir. Bu bəhrdə yazılan şeirlərdə bir əzəmət, vüqar, dalğalıq özünü göstərir.
Heç təsadüfü deyildir ki, klassik şairlərimiz öz dövrlərinə qarşı narazılıqlarını, daxili iztirablarını,
qüssə və kədərlərini ifadə etmək üçün rəməl bəhrini seçmişdirlər. Məsələn, M.Füzulinin “Padişahi-
mülk...” qitəsi, “Söz”, “Heyrət. ey büt...” qəzəlləri, M.P.Vaqifin “Görmədim” müxəmməsi
müxəmməsi, M.Ə.Sabirin “Nə yazım?”, “Beynəlmiləl” şeirləri bu bəhrdə yazılmışdır. Rəməl
bəhrinin növləri fAۥilAtün təfiləsinin təkrarından və dəyişməsindən yaranır. Əsas forması fA
ʼilAtün
fA
ʼilAtün fAʼilAtün fAʼilAtün-dür.
Xəfif bəhri. Xəfif sözü yüngül, zərif, incə, mülayim mənalarını bildirir. Xəfif sözü
Azərbaycan dilində indi də fəal işlənən sözdür. Əruzda da bu ölçü ahəngcə oynaq, yüngül
bəhrlərdəndir. Bu ölçüdə yazılan şeirlər öz oynaqlığı, yüngüllüyü ilə seçilir. S.Ə. Şirvaninin “Qaz
və durna”, “Müəllimə hörmət”. “Köpəyə ehsan”, “Qafqaz müsəlmanlarına xiab”, A. Səhhətin
“İmtahan” şeirləri bu ölçüdə yazılmışdır. Xəfif bəhrinin əsas ölçüsü fA
ʼilAtün məfAʼilün fAʼilün-dür.
Səri bəhri. Səri sözünün lüğəvi mənası sürətli, cəld, tez-tez və s. deməkdir. Həmin sözün
mənasındakı əsas cəhətlər şeirin ahəngində özünü göstərir. Bu vəzndə yazılan şeirlər o qədər yüngül
oxunur ki, ilk baxışda onu heca vəznində yazılmış şeirlərdən fərqləndirmək çətin olur. Məsələn,
M.Ə.Sabirin “Ağacların bəhsi”, “Üsuli-cədid”şeirləri bu ölçüdə yazılmışdır. Səri bəhrinin ölçüsü
müftə
ʼilün müftəʼilün fAʼilün-dür.
Münsərih bəhri. Münsərih sözü axıcı mənasında işlənir. Bu bəhrdə yazılan şeirlər də axıcı
və oynaq olur, asan oxunulur. Məsələn, M.Ə.Sabirin “Oxutmuram, əl çəkin!” şeiri münsərih
bəhrində yazılmışdır. Bu bəhrin ahəngi müftə
ʼilün fAʼilün təfilələrinin təkrarından yaranır.
Münsərih bəhrinin əsas ölçüsü müftə
ʼilün fAʼilün müftəʼilün fAʼilün -dür.
Sadaladığımız bütün bu bəhrlərlə yanaşı Azərbaycan poeziyasında söz ustadları Rəcəz,
Müzare, Müqtəzəb, Müctəs, Mütəqarib, Mütədarik, Kamil bəhrlərində də şeirlər yazmışlar.
Yuxarıda izah etdiyimiz kimi, bu bəhrlərin də lüğəvi mənaları adlarına uyğundur. Onların qəlibləri
əsasən geniş izah etdiyimiz bəhrlərin qəliblərinin təkrarından əmələ gəlmişdir. Poeziyamızda bu
bəhrlərdə yazılmış şeirlər olduqca azdır və ya yox dərəcəsindədir. Məsələn, Rəcəz sözünün
terminaloji və lüğəvi mənası sürət deməkdir və bu bəhrin əsas qəlibi müstəf
ʼilün təfiləsinin altı dəfə
təkrarından ibarətdir. Müzare bəhri həzəc bəhrinə bənzədiyi üçün, ona bənzəyən mənasında olan bu
ad verilmişdir. Müzare bəhrinin əsas qəlibi aşağıdakı şəkildədir. məfA
ʼİlün fAʼilatün məfAʼİlün
məfA
ʼİlün fAʼilatün məfAʼİlün. Müqtəzəb sözünün lüğəvi mənası kəsilmiş deməkdir. Xətib Təbrizi
və Nəsirəddin Tusiyə görə, bu bəhr sanki münsərih bəhrindən kəsildiyi üçün, bu bəhrə müqtəzəb
adını vermişlər. Bu bəhrin qəlibi məf
ʼUlAtü müstəfʼilün müstəfʼilün məfʼUlAtü müstəfʼilün
müstəf
ʼilün-dür. Nəsirəddin Tusi müctəs sözünün terminaloji və lüğəvi manasını izah edərkən belə
yazıb: “Müctəz kökündən qoparılmış deməkdir. Deyilənlərə görə xəfif bəhrindən qoparıldığı üçün
ona bu adı vermişlər”. Yəni bu bəhrin əslindən kəsmişlər, yaxud kökündən qoparılmışlar. Bu bəhrin
əsas qəlibi müstəf
ʼilün fAʼilAtün fAʼilAtün müstəfʼilün fAʼilAtün fAʼilAtün-dür və s.
Əruz vəzni, vəzn olmaq etibari ilə göründüyü kimi mürəkkəb vəzndir. Bu vəzndə şeir
oxuyan və şeir yazan insanlardan xüsusi istedad tələb olunur. Çox əsrli milli dəyərlərimizdən biri
olan Azərbaycan əruzu hər bir orta və ali məktəbdə ədəbiyyatı tədris edən müəllimə, öyrənən
şagirdə və tələbəyə, aktyora, xanəndəyə, şeir qiraətçisinə, tərcüməçiyə, şairə bir sözlə adi oxucuya
belə zəruri və vacibdir. Çünki, “Bir şərqli kimi sahib olduğumuz mənəvi-estetik dəyərlərdən biri də
əruz vəznidir”. (4,3)
Əruz vəzvnli şairlərimizi - Nəsimini, Xətaini, Füzulini, Saib və Qövsi Təbrizini,
S.Ə.Şirvanini, M.Ə.Sabiri və onların əruz vəznində yazan müasirlərini səhv və qüsurlu oxumağa
haqqımız yoxdur.
- 75 -
ƏDƏBİYYAT
1.
Əkrəm Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı, 1977
2.
Ədili Şirvani. Əruz vəzninin sadələşmiş qəlibləri. Bakı, 2010
3.
Tərlan Quliyev. Əruz və qafiyəşünaslıq tarixi, Bakı, 2013
4.
Tərlan Quiyev. Əruz, Bakı, 2001
5.
Ш.А.Микаjылов.Əдəбиjjат нəзəриjjəcи. Бакы, 1986
6.
Фролов Д.В., Классический арабских стих. История и теория аруда, Москва, 1991
ABSTRACT
The word of Eruz is in Arabian. “Wide road”, “pole which is put center of tent”, is “science
about poem”. Eruz poem from was systemized by Xelil ibn Ehmed who lived in 8 th century. He
defined 15 behr of eruz. All of eruz behr was not used in Azerbaijan poem. Hazec, remel, xefif,
seri, munserih is the most used in our literature.
Words which indicate meanings of these behr’s of eruz were selected suitable for their
characters. Knowing meanings of those words helps to realize characters of behrs.
РЕЗЮМЕ
Аруд арабское словo. Переводится как «широкая дорога», «столб для палатки»,
«наука о стихотворении». Впервые аруд, как наука о стихотворных формах была открыта и
систематизирована в VIII веке со стороны Халил ибн Ахмеда. Он внёс в науку 15 видов
бахр.
В азербайджанской литературе не используются все 15 видов бахр. Больше всего в
нашей поэзии используются такие формы как хазадж, рамал, хафиф, сари, мунсарих.
Названий вышеуказанных бахр аруда по своему смыслу напоминают качества и характер
этих бахр. Поэтому, изучение бахров обязательно надо начинать с изучения смысла их
названий, что способствует усвоению этих бахров.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru H.Həşimli
- 76 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
İLHAMƏ ƏSGƏROVA
Naxçıvan Dövlət Universiteti
UOT 82: 316. 3
ƏLİ SULTANLI “KİTABİ-DƏDƏ QORQUD” HAQQINDA
Açar sözlər: Azərbaycan ədəbiyyatı, “Kitabi-Dədə Qorqud”, Əli Sultanlı
Key words: Azerbaijan literature, “The book of Dede Korkut”, Ali Sultanli
Ключевые слова: Азербайджанская литература, «Книга моего Деда
Коркуда», Али Султанлы
Filologiya elmləri doktoru, professor Əli Sultanlı (1906-1960) iyirminci əsr Azərbaycan
ədəbiyyatşünaslığının ən məşhur nümayəndələrindən biridir. Çoxşaxəli elmi fəaliyyətə malik olan
istedadlı alim respublikamızda dünya ədəbiyyatının tədqiqi və tədrisi sahəsində böyük xidmətlər
göstərməklə yanaşı, Azərbaycan dramaturgiyasının da ən mötəbər tədqiqatçılarından biri kimi
tanınmışdır. Bütün bunlarla bərabər, ustad alimin folklorşunaslıq sahəsində də ciddi xidmətləri
vardır. Xüsusən onun şifahi söz sənətimizin qiymətli incisi olan “Kitabi-Dədə Qorqud” dastanı
haqqında əhatəli araşdırmaları özünün konseptuallığı, dərin problematikası, yüksək elmi səviyyəsi
və orijinal səciyyəsi ilə diqqəti çəkir.
Dünya ədəbiyyatına dərindən bələd olan Ə.Sultanlı “Kitabi-Dədə Qorqud”u da məhz bu
kontekstdə araşdırmış, xüsusən qədim yunan dastanları ilə maraqlı müqayisələr aparmışdır.
Görkəmli alimin hələ 1946-cı ildə ayrıca kitab halında nəşr etdirdiyi “Dədə Qorqud” və yunan
eposları” adlı dəyərli araşdırması (8) bu baxımdan xüsusi önəm daşıyır. Professor bu yöndəki
tədqiqatlarını davam etdirmiş, onun 1959-cu ildə çap etdirdiyi ”Dədə Qorqud” dastanı haqqında
qeydlər” adlı silsilə elmi məqalələri (7) də böyük rezonans doğurmuşdur. Alimin dastanla bağlı
araşdırmaları onun vəfatından sonra, 1971-ci ildə çapdan çıxmış “Məqalələr” adlı kitabında da bu
başlıq altında yer almışdır (9, s. 11-100). Ustad alim Yaşar Qarayev Əli Sultanlının həmin kitabına
yazdığı “Ön söz”də haqlı olaraq vurğulayırdı: “Əli Sultanlının “Kitabi-Dədə Qorqud” dastanı
haqqında yazdığı silsilə məqalələr Azərbaycanda müasir folklorşünaslığın nailiyyəti sayıla biləcək
əsərlərdəndir” (9, s.10). Professor Əli Sultanlının “Kitabi-Dədə Qorqud” dastanı haqqındakı araşdır-
malarının elmi məziyyətləri barədə çox geniş danışmaq, əhatəli təhlillər aparmaq mümkündür. Biz
burada bir sıra əsas məqamlara diqqət yetirəcəyik.
Hər şeydən öncə, onu deyək ki, Ə.Sultanlı dastanın quruluşuna nəzər yetirmiş,
vurğulamışdır ki, əsərdəki “boylarda ideyaca bir vəhdət vardır” (9,s.12), yəni bəzi boyları
birləşdirən süjet əlaqələri ilə yanaşı, alim haqlı olaraq ideyaca bağlılığa xüsusi fikir vermişdir.
Xanlar xanı Bayandır xan obrazını da bu kontekstdə dəyərləndirən professor yazırdı: “Doğrudur,
Bayandır xanın özü heç bir qəhrəmanlıq göstərmir, əhvalatların cərəyanına istiqamət vermir, işlərə
fəal müdaxilə etmir, lakin bütün boylarda onun mənəvi hökmranlığı ...duyulmaqdadır” (9, s.12).
Dədə Qorqud obrazının mənşəyi, tarixi kökləri barədə də Ə.Sultanlının maraqlı mülahizə və
qənaətləri vardır. Hazırkı mərhələdə Dədə Qorqudun tarixi şəxsiyyət olması barədə fikir yürütmək
üçün diqqət yetirilə bilən qaynaqları alim iki qrupda birləşdirmişdir: “Qorqud Dədənin... şəxsiyyəti
haqqında müəyyən təsəvvür almaq üçün indi ancaq iki mənbəyə müraciət etmək olar:
1.Salnamələr, səyahətnamələr, ümumiyyətlə, yazılı mənbələr; 2.Xalq məsəlləri, xalq nağılları və
xalq əfsanələri, ümumiyyətlə, folklor mənbələri” (9, s.13).
Bu mənbələrin hər birinin elmi xarakteristikasını verən alim diqqəti ona yönəldirdi ki, bəzi
yazılı mənbələrdə Dədə Qorquddan tarixi şəxsiyyət kimi söz açılır, onun xan yanında vəzir,
qəbilənin məsləhətçisi, müdrik və mütəfəkkir bir adam olması bildirilir. Dastanın müqəddiməsində
- 77 -
Dədə Qorqudun Məhəmməd Peyğəmbər zamanına yaxın ömür sürməsi barədəki qeydə də
Ə.Sultanlı diqqət yetirmişdir. Tədqiqatçı onu da vurğulamışdır ki, Dədə Qorqud haqqında çoxsaylı
əfsanə və rəvayətlər yaradılmış, onun bütün varlığı, fəaliyyəti belə bir əfsanəvi örtüyə bürünmüşdür.
Fikrinin təsdiqi kimi alim Qorqud Dədə haqqındakı bəzi əfsanələrə nəzər salmış, onların müfəssəl
şərhini də vermişdir. Alimin gəldiyi nəticə belədir ki: “Dədə Qorqudun şəxsiyyəti əsatirlər pərdəsi
altında şübhələşmişdir. Hər halda, bu dumanlı pərdə arxasında qədim Azərbaycan qəbilələrinin
qüvvətli bir ozanı yaşamaqdadır” (9, s.17).
“Kitabi-Dədə Qorqud” dastanının ilkin təşəkkülü, sonrakı püxtələşməsi barədə də
Ə.Sultanlı diqqətəlayiq təhlillər aparmış, mühüm elmi qənaətlər irəli sürmüşdür. Araşdırma
sonunda alim bu nəticəyə gəlmişdir ki, dastanın mövcudiyyəti, yaranması, cilalanması ilk növbədə
üç şəxsiyyətlə bağlıdır. Bunlardan birincisi, heç şübhəsiz ki, Dədə Qorqudun özüdür. Ə.Sultanlı bu
fikri yəqinləşdirmişdir ki, “Dədə Qorqud dastanın ilk yaradıcısıdır. Onun ilk nüvəsini, nəğmələrin
rüşeymini o, qoşub söyləmişdir” (9,s.18). Alimin haqlı qənaətinə görə, dastanın müəy-
yənləşməsində ikinci amil sonralar yaşamış ozanlardır ki, zaman-zaman onlar da bu eposa müəyyən
əlavələr, dəyişikliklər etmişlər. Qəbilələr arasında dastanı nəql edən, yayan ozanlar onu həm də
süsləmiş, daha da dolğunlaşdırmışlar.
Dastanın mövcudiyyətində üeçüncü amil kimi, Ə.Sultanlı katibləri qeyd etmişdir. Görkəmli
alim haqlı olaraq bu fikirdə idi ki, dastanı yazıya alan katib, yaxud katiblər onun mətninə bir sıra
əlavələr, dəyişikliklər etmişlər. Onların da bir qismi dilə və ifadəyə, digərləri isə məzmuna və
ideyaya aiddir. “Kitabi-Dədə Qorqud”dakı mərhəm, niqab, izzət, şəmatət, təhsin və s. sözlərə diq-
qəti yönəldən alim vurğulayırdı ki. dastanın dilində işlənmiş sözlərdən yüzə qədəri ərəb, yaxud fars
dillərinə aiddir və çox güman ki, bunlar əsərə islami don geyindirmək niyyəti güdən sonrakı
katiblərin əlavələridir. Çünki dastanın əsas leksik qatı dilimizin islamiyyətdən öncəki qədim
dövrünün parlaq təzahürüdür, alınmalar burada yamaq kimi görünür. Ə.Sultanlı dastana məzmun və
ideya baxımından edilmiş əlavələrə də nəzər salmış, islami əqidələrin əsərə sonradan daxil
edildiyini nəzərə çatdırmışdır. Professorun fikrincə, “Kitabi-Dədə Qorqud”dakı “Qəhrəmanların
islam dini uğrunda vuruşa gedib, kafirləri müsəlman etdikləri, kilsələri yıxıb məscid tikdikləri,
Qurana and içmələri katibin əlavələridir” (6,s.276).
Katibin (katiblərin) əlavələrini qeyd etməklə bərabər, dastanın yazıya alınaraq qorunub
saxlanılmasında onların xidmətlərini də alim layiqincə qiymətləndirmişdir. Ə.Sultanlı bu möhtəşəm
eposun yaranması və mövcudiyyətində başda Dədə Qorqud olmaqla sadaladığımız üç qrupun
xidmətlərini vurğulamaqla yanaşı, bildirmişdir ki, dastanın bədii varlığı, ümumiyyətlə, xalq yaradı-
cılığının üzvi tərkib hissəsidir və bu mənada əsər kollektiv bədii təfəkkürün də məhsulu sayıla bilər.
Görkəmli alim təsəvvür tamlığı naminə “Kitabi-Dədə Qorqud” dastanındakı on iki boyun
hər birinin müfəssəl məzmununa nəzər salmış, onlarda ifadə olunan əsas mətləbləri
ümumiləşdirmişdir. Alimin haqlı qənaətinə görə, “Dastanın yalnız beşinci boyu fəlsəfi və ailəvidir.
Qalan boylarda ailə-məişət səhnələri olsa da, başlıca motiv qəhrəmanlıqdır” (9,s.12). Boyları
incələyən alim o məqamı bir daha diqqət mərkəzinə çəkmişdir ki, dastanın əsas ladı çox qədim
tarixə malik olub islamiyyətdən əvvələ aiddir: “Dastanda ifadə edilən dünyagörüşləri, insan
duyğuları, milli ənənələr, surətlərin mənəviyyatı, bütpərəstliyin üstünlük qazanan ünsürləri əsəri
ərəb istilasından qabaqkı tarixlə möhkəm bağlayırsa, ağ sapla tikilmiş bəzi yamaqları əsəri keçid
dövrünə gətirib çıxarır” (9, s.33). Burada “keçid dövrü” dedikdə islama keçid mərhələsi nəzərdə
tutulmuşdur.
“Kitabi-Dədə Qorqud”da təsvir olunan cəmiyyətin xarakteri barədə də Ə.Sultanlının qə-
naətləri dəqiq və inandırıcı olub əhatəli təhlillərə, elmi-ədəbi məntiqə söykənir. Dastanın
yaranmasını qəbilə quruluşunun çiçəkləndiyi dövrə aid edən tədqiqatçı əsərdəki qəbilə
birləşmələrinin mövqeyi, fəaliyyəti barədə də söz açmışdır. Qəbilələrin həyat tərzi, məişəti,
məşğuliyyəti, adət-ənənələri, idarəçilik sistemi və s. haqqında Ə.Sultanlının təhlilləri dürüst və
dolğundur.Xüsusən əsərdə patriarxal qatın üstünlüyü, matriarxal elementlərin də təzahürü barədə
deyilənlər maraq doğurur. Boyların əksəriyyətində boy verən qəhrəmanlıq leytmotivinin sosial-
mənəvi mündəricəsini də alim yetərincə açıqlamışdır.
- 78 -
“Kitabi-Dədə Qorqud”un bədii məziyyətləri barədə də Əli Sultanlı geniş araşdrma
aparmışdır. O, dastanın dilində, eləcə də obrazların təqdimində işlənmiş bədii təsvir və ifadə
vasitələrindən söz açmış, onlarda xalq duyum və deyim tərzinin xüsusi bir sistem təşkil etdiyini
nəzərə çatdırmışdır. Məsələn, Qazan, Qaraca Çoban, Qaragünə, Aruz Qoca, Əmən kimi obrazların
əhatəli təhlili zamanı Ə.Sultanlı onların əsas xarakterini incələməklə yanaşı, bədii təqdimindəki
mübaliğəni folkorun qədim ənənələri ilə əlaqəli şəkildə izah etmişdir. Bütün bunlar əsərin obrazlar
aləminin yetərincə təhlilini şərtləndirmişdir. O da təqdirəlayiqdir ki, alim əsərin obrazlarını həm
bədii təqdim üsulları, həm də sosial mühit kontekstindəki davranışları, dünyagörüşləri baxımından
diqqət mərkəzinə çəkmişdir.
Dastanda hadisələrin baş verdiyi zaman və məkanın xarakterindəki müəyyən şərtilik, eləcə
də ziddiyyətli məqamlar-axronizm və bunların səbəbləri barədə də alimin tədqiqatında əsaslı fikirlər
vardır. Görkəmli tədqiqatçı bunun ümumən qədim dastanlar üçün xarakterik bir əlamət olduğunu
bildirmişdir. Dastandakı sehr, yuxu, möcüzə, tilsim kimi komponentlər də Ə.Sultanlının elmi
qiymətləndirməsində özünə yer almış, müvafiq izahını tapmışdır.
Dastanın bədii sistemində təkrarların geniş yer tutmasından danışan Ə.Sultanlı yazırdı ki,
əksər boylarda analoji məqamlarda sabitləşmiş ifadələr işlənmişdir. Məsələn, müxtəlif boylarda
qəhrəmanların əksəriyyəti Tanrıya xitab edərkən “Ucalardan ucasan! Kimsə bilməz necəsən”
ifadəsini işlədir. Və yaxud qadınların öz ərlərinə, ərlərin qadınlarına müraciətlərinin əvvəlində
işlənən sabitləşmiş qəlib ifadələr də bu qəbildəndir. Ə.Sultanlının fikrincə, bunlar xalq yaradıcılığı
üçün səciyyəvi olan üslub əlamətidir. Bunlarla yanaşı, müxtəlif obrazların hər biri üçün xarakterik
olan təyinedici ifadələr də vardır ki, alim bunları dastan qəhrəmanlarını fərqləndirən məziyyət
kimi nəzərdən keçirmişdir. Məsələn, Qazan xan haqqında dəfələrlə işlədilən “tulu quşun yavrusu,
birə miskin ümidi, ümmət soyunun aslanı, qonur atın yiyəsi” kimi ifadələr buna misal çəkilir.
“Kitabi-Dədə Qorqud”un nəsr, yaxud nəzmlə yaradılması kimi aktual bir elmi problemə də
Ə.Sultanlının orijinal elmi yanaşmasının şahidi oluruq. Görkəmli alim yazırdı: “Dastan əsas etibarı
ilə nəsrdir, lakin burada çoxlu şeir var. Dastanın nəsri şeirə yaxın, şeiri isə nəsrə yaxındır.
Təhkiyənin bu şəkildə verilməsi daha çox xalq ədəbiyyatına xas bir cəhətdir. Bu üsul əsərin
qədimliyini göstərdiyi kimi, onun xalq yaradıcılığından nəşət etdiyinə də yaxşı bir dəlildir” (9,
s.46).
Ustad alimin tədqiqatında ən ümdə cəhətlərdən biri də “Kitabi-Dədə Qorqud” dastanını
dünya eposu ilə müqayisə kontekstində təhlilə cəlb edərək dolğun elmi nəticələrə gəlməsidir ki, bu
məqam Ə.Sultanlıdan söz açan ədəbiyyatşünaslar tərəfindən çox qısa şəkildə də olsa,
vurğulanmışdır. Məsələn, professor Yavuz Axundlu görkəmli alimə həsr etdiyi məqalədə yazır:
“Dədə Qorqud” dastanı haqqında qeydlər” adlı böyük məqalədə Ə.Sultanlı dastanın yaranması,
yazıya köçürülməsi, üzə çıxarılması barədə geniş bəhs edir, ayrı-ayrı boylarının təhlilini verir,
xüsusən xalqımızın bu qədim abidəsinin dünya ədəbiyyatı nümunələri ilə müqayisəsi yolu ilə onun
daha da qədimliyinə inam yaradır” (3,s.115). Folklorşünas alim Vaqif Vəliyev isə ali məktəblər
üçün yazdığı dərslikdə Ə.Sultanlının qorqudşünaslıqdakı xidmətlərini belə xatırlatmışdır: “Müəllif
antik yunan ədəbiyyatı, xüsusilə Homerin “Odisseya” eposu ilə “Kitabi-Dədə Qorqud” boylarının
süjeti və obrazlar aləmindən ətraflı bəhs edir” (10, s.302). Ədəbiyyatşünas Paşa Əfəndiyevin
“Azərbaycan şifahi xalq ədəbiyyatı” dərsliyində də analoji yığcam qiymətlə rastlaşırıq: “Ə.Sultanlı
dastanda olan bir sıra əhvalat və qolların qədim yunan fokloru ilə səsləşən cəhətlərini aşkara
çıxarmışdır” (4,s.314).
Belə müqayisələr isə dastanın müxtəlif rakurslardan incələnməsi prosesində geniş şəkildə
özünü göstərir. Məsələn, professor Ə.Sultanlı dastanın bəzi epizodlarında “epik təmkinliklə verilən
keyfiyyətlərə komik ünsürün daxil edilməsi” məsələsindən danışarkən 5-ci boyda Dəli Domrulun
Əzrayılla qarşılaşdığı məqamı, 11-ci boyda dustaq düşmüş Qazanın düşmənlərin başına açdığı
oyunları və s. nümunə göstərməklə bərabər, qədim yunan eposları ilə də müvafiq müqayisələr
aparmışdır. Homerin “İliada” əsərindəki Terzit surətini, “Odisseya”da Odisseyin Polifemi məs-
xərəyə qoymasını, dilənçi paltarında öz sarayına gəlməsini və s. xatırladan alim epik ciddiliyin
komikliklə əvəz olunduğu belə epizodları dünya xalqları eposunda qeydə alınan səciyyəvi əlamət
kimi dəyərləndirmişdir.
- 79 -
Alimin aşağıdakı qənaəti də “Kitabi-Dədə Qorqud”un dünya eposları ilə səsləşən
məziyyətlərinə işıq salır: “Dastanda bütün dünya dastanları üçün səciyyəvi olan ümumi, səyyar
mövzular var. Hələlik aşağıdakı ümumi mövzuları təsbit etmək olar: 1.Ata ilə oğulun vuruşu (I,
XI); 2. Qardaş ilə qardaşın üz-üzə gəlməsi (X) ; 3. Ər öz nişanlısının toyunda (III) ; 4. Qəhrəmanın
Təpəgözlə vuruşu (VIII) ; 5. Oğula ana haqqında şər atmaq (I) ; 6. Ölməli olan ərin ata-anasına
müraciəti, rədd cavabı alması, arvadı ər üçün ölümə gedir (V) ; 7.Qəhrəmana fövqəladə qüvvət
aşılamaq (IX) və s.” (9, s.53). Bəndlərdən sonra mötərizədə göstərilən rəqəmlər dastanın müvafiq
boyunun sırasını bildirir.
Bu səyyar süjetlərin ilkin vətəni barədə fərqli mülahizələr vardır. Bəziləri Şərqi, bəziləri
Qərbi əsas götürür. Bir qisim alim ilkin süjet nüvəsini Misirlə, digərləri Hindistanla, başqaları
Çinlə, bəziləri Ərəbistanla əlaqələndirirlər. Ə.Sultanlı məxsusi vurğulayırdı ki, səyyar süjetlər
arasında “ədəbi təsiri doğrulda biləcək dünya hadisələri var”, amma bir sıra oxşarlıqları təsir faktı
yox, mühitin, sosial ortamın, yaşam tərzinin xarakterindəki yaxınlıqdan irəli gələn, bir-birindən asılı
olmayan müstəqil təzahürlər kimi qiymətləndirmək daha düzgündür.
Tədqiqatın sonrakı bölümlərində Ə.Sultanlı “Kitabi-Dədə Qorqud” süjetinin yuxarıda
xatırlatdığımız özül nüvələri barədə müqayisəli araşdırmalar aparmışdır. Ata ilə oğulun vuruşu
səhnəsini dünya ədəbiyyatında çox geniş yayılmış süjet fraqmentlərindən sayan alimin təhlilləri
onun möhtəşəm elmi erudisiyasından soraq verir. Yunan əsatirində Odisseyin öz oğlu Teleqon ilə
tanımadan döyüşməsi, “Herakliada”da Heraklın öz atası Zevslə vuruşu,”Fivaida”da Edipin
bilmədən atası Layı öldürməsi barədə söz açan alim İran şairi Firdovsinin “Şahnamə”sində
Rüstəmlə Söhrabın döyüş meydanında qarşılaşması epizoduna da diqqət yönəltmişdir. Dədə
Qorqud” dastanında görtdüyümüz ata ilə oğulun tanımadan döyüşməsi səhnəsinə bənzər
məqamların Qafqaz xalqlarının qədim nağıllarında, Kelt əfsanələrində və dastanlarında müşahidə
edilməsi (Kuxulinin oğlu Koplaoxla qarşılaşması və s.) barədə də Ə.Sultanlının dəyərli fikirləri
vardır. Alman dastanlarında Hilderbrandın oğlu Hadubrandla döyüşərək onu öldürməsi, fransız
dastanlarında Millenin, rus dastanında İlyanın öz oğlu ilə qarşı-qarşıya gəlməsi barədəki süjetlərə də
Ə.Sultanlı bu aspektdə nəzər salmışdır. Araşdırma sonunda Ə.Sultanlı belə nəticəyə gəlmişdir ki,
analoji süjetlərin çoxunda ata tanımadan öz oğlunu, yaxud da oğul atasını öldürür, birinci variant
daha geniş yayılmışdır. Bəzi folklor nümunələrində isə sonluq tanınma sayəsində ölümsüz başa
çatır.
“Kitabi-Dədə Qorqud”un ilk boyunda Dirsə xanla oğlu Buğac arasındakı konflikti, atanın
oğul haqqında deyilən yalanlara uyub onu öldürtmək istəməsi, onların döyüş meydanında bir-birini
tanımadan qarşılaşması, axırda hər şeyin aşkarlanması, on birinci boyda əsirlikdə olan Qazan xanla
oğlu Uruzun cəng edəsi olması, lakin tanınma ilə hər şeyin yoluna düşməsi barədə danışan alim
bütün bu oxşar süjetləri də dünya ədəbiyyatı kontekstində əhatəli şəkildə aydınlaşdırmışdır.
Bəllidir ki, Kitabi-Dədə Qorqud”da Bamsı Beyrək illər sonra doğma yurda dönür, bu, elə
bir vaxta təsadüf edir ki, onun nişanlısı Banu Çiçəyin toyudur, qızı başqasına verirlər. Banu Çiçək
əvvəl Beyrəyi tanımır, lakin Beyrək tanınma əlamətini bildirdikdən sonra məsələ aydınlaşır.
Ə.Sultanlı rus ədəbiyyatından analoji obraz kimi Dobrınyanı yada salmış, ən səciyyəvi örnək olaraq
“Odisseya”nı xatırlatmışdır. Odissey də doğma yurda o vaxt gəlib çıxır ki, arvadı başqasına ərə
gedir. Hər iki mətni müqayisə edən alim bizim dastanla yunan eposu arasındakı ortaq məqamları
aşkarlamış, bunu səyyar süjet ənənəsi ilə əlaqəli izah etmişdir.
Ə.Sultanlının vurğuladığı kimi, dünya folklorunda, o cümlədən əsatir və dastanlarda geniş
yer tutan süjetlərdən biri insanın təbiətin qorxunc, qeyri-adi qüvvələrinə qarşı mübarizəsi ilə
əlaqədardır. Bu cəhətdən professorun “Dədə Qorqud”dakı Təpəgözlə “Odisseya”dakı siklopları,
xüsusən Polifemi müqayisə edərək bir çox mətləblərə aydınlıq gətirməsi xüsusi maraq
doğurur.Yunan əsatir və eposunda təsvir olunan siklopları mahiyyətcə dörd qrupda birləşdirən
alim “Dədə Qorqud”dakı Təpəgözlə yunan Polifemini geniş müqayisə etmiş, oxşar və fərqli
cəhətləri aşkarlamışdır. Müasir qorqudşünaslıqda da vurğulandığı kimi, Ə.Sultanlı Təpəgöz
obrazının mənşəyinə xüsusi diqqət yetirmişdir (5, s.37). Müqayisəli təhlillər yolu ilə alim belə
nəticəyə gəlmişdir ki, Təpəgöz Polifemdən asılı, onun təsiri ilə yaranmış surət deyil. Təpəgöz
təkdir, yunan epos və əsatirlərində isə Polifem bir çox təpəgözlərin içərisində yaşayır. Hətta onların
- 80 -
ayrıca yaşadığı ada var. Təpəgöz zəhmətlə məşğul olmur, insanlara əzab və ziyan verməklə
məşğuldur. Polifem isə çobandır. O, insan cəmiyyəti tanımır, Təpəgöz isə bilavasitə cəmiyyətdə
yaşayır.Təpəgöz müxtəlif silahlardan istifadə edərək vuruşa bilir, Polifemdə isə bu keyfiyyətlər
yoxdur. Basat və Odissey obrazlarının müqayisəsi də maraq doğurur. Ə.Sultanlı yazırdı ki, Odissey
daha çox şəxsi tamah naminə Polifemlə üz-üzə gəlir. Basat isə el-obanı xilas etmək üçün həyatını
təhlükəyə ataraq Təpəgözlə döyüşə girir və çətinliklə də olsa, qələbə qazanır. Yəni Ə.Sultanlının
haqlı qənaətinə görə, Odisseylə müqayisədə Basat daha xəlqi surətdir, ictimai mənafe üçün
vuruşur. Ə.Sultanlının Təpəgözü nağıllarımızdakı Kəlləgöz obrazı ilə əlaqələndirməsi də diqqəti
çəkir.
Ə.Sultanlı “Dədə Qorqud”dakı Dəli Domrulla bağlı süjeti də dünya ədəbiyyatı fonunda
araşdırmışdır. Əzrayıl Dəli Domrulun canını almaq istəyir, son nəticədə ona can əvəzinə can verib
qurtula biləcəyi deyilir. Qoca atası və anası Domruldan can əsirgəyirlər, həyat yoldaşı isə canını ona
verməyə hazır olduğunu bildirir. Belə hərəkət Tanrıya xoş gəlir və o, Domrulu bağışlayır. Bu süjeti
yunanların “Arqonavtika” dastanı ilə tutuşduran alim yazırdı ki, Yazonun silahdaşlarından olan
Admet allah Brimaya qurban verməyi yadından çıxardığı üçün ölümə məhkum edilmişdir. Apollon
onun ölümünü əvəz etdirməyə nail olur. Lakin Admetin qoca atası və anası onun yolunda
canlarından keçmək istəmirlər, arvadı Alkestra isə buna razı olur. Ölüm allahı onun canını alır.
Hadisədən xəbərdar olan Herakl Tanat ilə mübarizə apararaq dostunun qadınını qurtarır. Ə.Sultanlı
Admet və Domrul obrazlarını müqayisəli təhlil etmiş, bu zəmində yunan dramaturqu Evripidin
“Alkestra” faciəsinə də nəzər salmışdır. Alim həmin süjetlə bağlı belə nəticəyə gəlmişdi: “Haqqında
danışdığımız mövzu Azərbaycan dastanında daha qüvvətli, qəhrəmanlıq ruhuna daha uyğun şəkildə
verilmişdir” (9, s.77).
Böyük mütəfəkkir Aristotelin yunan ədəbiyyatındakı “İliada”nı patetik, “Odisseya”nı isə
etik əsər saymasını xatırladan Ə.Sultanlı “Dədə Qorqud”u bu cəhətdən qiymətləndirərək onun həm
patetik, həm də etik mahiyyət daşıması qənaətinə gəlmişdir. “Dədə Qorqud”dakı müsbət
qəhrəmanların mərdanə xarakteri, əqidə bütövlüyü, düşmənə qarşı rəhmdilliyi və s. barədə də
Ə.Sultanlının tutarlı fikirləri vardır. O, həm də bu fikirdə idi ki, bizim dastanda düşmən qütbü
təmsil edənlər müsbət obrazlarla müqayisədə fiziki baxımdan o qədər də qüvvətli deyil. Bu
cəhətdən eposumuz “İliada”dan fərqlənir. Alim ona da diqqət yetirmişdi ki, “İliada”da
qəhrəmanlara kömək edən ilahi qüvvələr adi iştirakçılar kimi verilib, tez-tez hadisələrə müdaxilə
edirlər, bizim dastanda isə belə qüvvələr arabir nəzərə çarparaq obrazlara yalnız bir neçə dəfə
yardım göstərirlər. Tədqiqatçı onu da vurğulayırdı ki, ”İliada”da rəiyyət, demək olar ki, kölgədə
qalıb. “Dədə Qorqud”da isə Qaraca Çoban kimi möhtəşəm obraz var. O da maraq doğurur ki, yunan
eposunda kişilər çoxarvadlıdır. Bizim dastanda isə ümumən təkarvadlılıq xarakterikdir. Dədə
Qorqud”dakı qadın surətlərinin yüksək mənəviyyatı, onlardan bəzilərinin hətta fiziki qüdrəti, döyüş
məharəti barədə də alim müvafiq dəyərləndirmələr aparmışdır. Ailə şərəfi, qadın namusu
dastanımızda çox yüksək tutulur. Bütün bunların sosial-mənəvi mündəricəsini Ə.Sultanlı əhatəli
təhlillər yolu ilə açıqlamışdır. “Dədə Qorqud”dakı qəhrəmanların döyüş adətləri, hərbi məharəti,
istifadə etdiyi silahlar və s. barədə də alimin maraqlı elmi fikirləri vardır.
Bütövlükdə professor Əli Sultanlının bu araşdırması mahiyyət etibarı ilə dastanın bütün
detalları ilə təhlilə cəlb olunması sahəsində ilk uğurlu addımlar sırasındadır. Heç təsadüfi deyil ki,
sonralar bu istiqamət inkişaf etdirilmiş, bir sıra dəyərli tədqiqatlar ortaya çıxmışdır (1; 2; 5 və s.).
Professor Əli Sultanlı dastan haqqında fundamental tədqiqatını bu cümlə ilə tamamlayırdı:
“Dədə Qorqud” böyük bir ədəbi abidə olmaqla bərabər, həm də mədəni-tarixi bir yadigardır” (9,
Dostları ilə paylaş: |