ƏDƏBİYYAT
1.
Behbudova A. Müasir tipli kitabxana informasiya dünyasına açılan qapıdır. İki sahil, 2008,
23 iyun.
2.
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanası-40. NDU, “Qeyrət”, 2009
3.
Naxçıvan Dövlət Universitetində kitabxana işinin tarixi və inkişaf yolu. Naxçıvan jurnalı,
2007, səh.96-103
ABSTRACT
Сh. Huseynova
ELECTRONIC LIBRARY AS A PRIORITY DIRECTION OF THE DEVELOPMENT OF
SCIENCE AND EDUCATION
In the article is shined an activity of SL of NDU for 2014 in all its basic directions:
acquisition of scientific funds, literature cataloguing, including creation of the electronic catalog,
bibliographic, scientific and information work, traditional and electronic service of readers, safety,
preservation and propagation of the funds, expansion of the international book-exchange and
information and etc.
РЕЗЮМЕ
Ч. Гусейнова
НАУКА И ОБРАЗОВАНИЕ В КАЧЕСТВЕ ПРИОРИТЕТА РАЗВИТИЯ
ЭЛЕКТРОННОЙ БИБЛИОТЕКИ
- 257 -
В статье освещается деятельность НБ НДУ Нахчыване за 2014 год во всех основных ее
направлениях : комплектование научных фондов, каталогизация литературы, создание
электронного каталога, библиографическая и научно-информационная деятельность,
традиционное и электронное обслуживание читателей, сохранность, консервация и
пропаганда фондов, расширение международного книгообмена и информации и т.д.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
V.Rzayev
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
TALEH XƏLİLOV
Naxçıvan Dövlət Universiteti
x.taleh@gmail.com
UOT:373
XIX ƏSRİN SONU XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ NAXÇIVANDA ANA DİLİ VƏ
DÜNYƏVİ MƏKTƏBLƏRİN YARANMASI
Açar sözlər: Məktəb, təhsil, sinif, şagird, ana dili
Keywords: School, education, class, student, mother tongue
Ключевые слова: Школа, образование, класс, студент, родной язык
Zaqafqaziya məktəbləri üçün 1829-cu il avqust ayının 2-də təsdiq edilmiş nizamnamədən
sonra Azərbaycanın bir çox şəhərlərində olduğu kimi Naxçıvan qəzasında və Ordubad şəhərində də
ana dili məktəblərinin açılması haqqında qərar qəbul edildi. Əslində çar Rusiyası bu məktəbləri
açmaqla rus dilinidə təbliğ etmiş olurdu.
Bir tərəfdən də yeni üsullu məktəblərin açılması üçün münasib şərait yetişmişdi. Ona görə
ki, artıq köhnə məktəb və mədrəsələr yeni maarifçi mühitinin formalaşmasına nail ola bilməzdi. Bu
səbəbdən də Naxçıvanın maarifpərvər ziyalılarının qarşısında çətin və şərəfli bir vəzifə dururdu ki,
bu da yeni dövrün maraq və tələblərinə cavab verə biləcək yeni üsula uyğun məktəblər yaradılması
idi. Tarix elmləri doktoru Xəqani Məmmədov “Azərbaycanda maarifçilik və milli hərakat”
mövzusunda yazdığı doktorluq dissertasiyasında yazır: “XX əsrin əvvəllərində, xüsusilə 1911-1914-
cü illərdə Azərbaycan xalq maarifi sahəsində müəyyən canlanmanın əmələ gəlməsinə səbəb olurdu.
İllərdən bəri köhnəliyə, sxolastik təlim üsullarına qarşı mübarizə aparan üsuli-cədid tərəfdarları
Azərbaycanda dünyəvi məktəbin yaradılmasına və inkişafına get-gedə nail olurdular” (11, s. 18).
- 258 -
XIX əsrin sonu XX əsrin əvvəllərində meydana gələn yeni məkəblərə münasibət bildirən
professor Misir Mərdanov yazır: “XIX əsrin II yarısında genişlənməkdə olan “dünyəvi məktəb”
problemi maarifçiliyin “avropalaşma” ideyası ilə bilavasitə bağlı idi” (14, c.1, s. 48).
Qeyd edək ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvan şəhərində də yeni üsullu
məktəblər fəaliyyətə başlamışdı.
Mənbələrə istinadən deyə bilərik ki, 1835-ci il nizamnaməsi əsasında Naxçıvanda ilk yeni
üsullu qəza məktəbi Ehsan xanın oğullarının (Kapitan İsmayıl və praporşik Kəlbəli xan (18, v. 11)
evində 1837-ci il mart ayının 15-də açılmışdı (16, s. 22-23). Üç sinifdən ibarət olan bu məktəb ilk
dəfə iyirmi nəfər uşaq qəbul etmişdi. Onu da qeyd edək ki, Naxçıvan sakinləri bu binanın
istifadəsinə 12 il pul ödəməyiblər. Ancaq hadisələrin sonrakı gedişatı göstərdi ki, 1860-cı ildə
Naxçıvan şəhərində İrəvan məktəbləri direksiyasına tabe olan ilk yeni üsullu qəza məktəbi açıldı.
Bu məktəbə müxtəlif dövrlərdə A. Qriqoryev, İ. Yelizarov, İ. Sanakov, A. Sergeyev və B.
Naxçıvanski rəhbərlik etmişdi. Tanınmış Naxçıvan ziyalılarından Mirzə Sadıq Qulubəyov, Nəsrulla
Hacı Mirzə Əli oğlu, Ələkbər Süleymanov, Abbas Qədimov, Hacı Əliqulu Novruzov və başqaları
bu məktəbin məzunları olmuşdu. Mənbələrdə Naxçıvan qəza məktəbinin 1868-ci ildə üç sinifli
Naxçıvan şəhər məktəbinə çevrildi (4, s. 32). Demək olar ki, məktəbə əsasən 7 və 14 yaşlı uşaqlar
qəbul olunurdu. Burada təhsil müddəti hər sinifdə iki il olmaqla altı il idi.
Arxiv materialların araşdırılmasından aydın olur ki, məktəbdə aşağıdakı fənlər tədris
edilirdi:
1. Ana dilində oxu və yazı
2. Rus dili
3. Hesab
4. Rəsmxətt
5. Nəğmə
6. Gimnastika
7. Coğrafiya
8. Tarix
9. Təbiətşünaslıq
10. Latın dili
11. Alman dili
12. Fransız dili (20, v. 1).
Onu da qeyd edək ki, Naxçıvanda fəaliyyət göstərən üç sinifli bu şəhər məktəbi latın, alman
və fransız dilləri tədris olunan yeganə məktəb idi. Tədqiqatçılara görə, bu məktəb ilk əvvəl İsmayıl
və Kalbalı xanın şəxsi evində (indiki Cəmşid Naxçıvanski adına muzeydə), daha sonralar isə C.
Məmmədquluzadə adına küçədə tikilmiş 11 №-li yaşayış binasının yerində, ondan sonra isə keçmiş
4 №-li orta məktəbdə fəaliyyət göstərmişdi (17, s. 7). XIX əsrin sonu XX ərin əvvəllərində
Naxçıvan şəhərində yeni üsullu məktəblərdən biri də 1894-cü ildə Məmməd Tağı Sidqi tərəfindən
açılmışdır. Dörd sinifli bu məktəbə M. T. Sidqi «Məktəbi-tərbiyə» («Tərbiyə») adı vermişdir (8, s.
20). Naxçıvan əhalisi üçün «Məktəbi-tərbiyə»nin (Tərbiyə) açılması çox böyük yenilik idi. Çünki
XIX əsrin sonunda Naxçıvanın demokratik fikirli ziyalılarını öz ətrafında sıx birləşdirən bu
məktəb birinci və yeganə milli məktəb rolunu oynayırdı. Ona görə ki, o vaxta qədər mövcud olan
bütün şəhər məktəbləri ana dilinin tədris olunduğu rus məktəbləri kimi fəaliyyət göstərmişdir. Buna
səbəb həmin məktəblərdə rus çarizminin özünə sadiq şagirdlər formalaşdırmaq vəzifəsini həyata
keçirməsi idi. Amma belə məktəblərdən fərqli olaraq Sidqinin məktəbində rus dili xarici dili kimi
ayrıca tədris olunmuşdur. Digər fənlər isə ana dilində keçirilmiş və dünyəvi elmlərin tədrisinə də
ciddi fikir verilmişdir. «Məktəbi-tərbiyə» Azərbaycan məktəb tarixində ilk yeni üsullu milli
məktəblərdən biri olmuşdur ki, burada tərcümə dərsləri də təşkil olunmuşdur. Məhz məktəbin bu
cəhəti Cəlil Məmmədquluzadənin xüsusi ilə diqqətini cəlb etmişdir. O, Sidqinin Tərbiyə məktəbini
yaratdığı zamanlarda belə faydalı məktəbin nəinki İrəvanda, hətta Qafqazın böyük müsəlman
şəhərlərinin çoxunda olmadığını qeyd etmişdir (6, s. 257-258).
«Məktəbi-Tərbiyə» Sidqinin səyi nəticəsində ədəbi-mədəni fikrin əsas mərkəzlərindən birinə
çevrilmişdir. Burada C. Məmmədquluzadə, Q. Şərifzadə, C. Sultanov, M. Əmirov və Ə. Sultanov
kimi görkəmli şəxsiyyətlər Sidqinin elmi-ədəbi söhbətlərinə qulaq asmış və şerlərini dinləyib
- 259 -
müzakirələr etmişlər. Həmçinin onlar bu məktəbin vasitəçiliyi ilə Rusiya, Qafqaz və Şərq
mətbuatını da mütaliə etmək imkanı qazanmışlar. Həmçinin məktəbdə qabaqcıl ziyalıların iştirakı
və təşəbbüsü ilə bir neçə dəfə teatr da göstərilmişdir. Həm də bu məktəbdə ədəbi müsabiqələr,
müzakirələr və görkəmli şəxsiyyətlərin yubiley gecələri də təşkil olunmuşdur. Buna görə də Cəlil
Məmmədquluzadə «Məktəbi-Tərbiyə»ni yeniyetmə müəllim və ədiblər üçün «darülürfan» kimi
qiymət vermişdir (13, c.1, s. 260-262). Tanınmış yazıçı və şair Hüseyn Cavid məktublarının birində
isə Sidqiyə, «böyük ustad və cəllalı atamız» (7, c.5, s. 42) deyə müraciət etmişdir. Qürur hissi ilə
qeyd edə bilərik ki, yeniyetmə və maarifçi gəncliyin böyük bir dəstəsi “Məktəbi-tərbiyə” dən
çıxmışdır. Ona görə ki, S. M. Qənizadə, F. Köçərli, R. Əfəndiyev, Ə. Axundzadə və Ə. Cəfərzadə
kimi Azərbaycanın görkəmli maarifçi ziyalıları bu məktəbin fəaliyyəti ilə gündəlik maraqlanmış və
elmi-pedaqoji
tövsiyələr
vermişlər.=“Məktəbi-tərbiyə”nin
şagirdləri
arasında,
Azərbaycanın
görkəmli şair, alim, publisist və aktyorları kimi tanınmış bir çox ziyalılar çıxmışdır. Həmin
ziyalılardan Hüseyn Cavidin, Əziz Şərifin, Əliqulu Qəmküsarın, Rza Təhmasibin, Ələkbər
Abbasovun və Məmmədəli Səfərovun adlarını çəkmək olar (12, s. 6-8). «Əxtər» məktəbində olduğu
kimi “Məktəbi-tərbiyə”də də dünyəvi fənlər tədris olunmuşdur. Bu məktəbin tədris planına
Azərbaycan, rus, ərəb və fars dilləri ilə yanaşı tarix, coğrafiya və hesab kimi dünyəvi fənlər də daxil
edilmiş və sinif-dərs sistemi tətbiq edilmişdir. Bu isə o,deməkdir ki, artıq siniflərdə şagirdlər həsir
üstündə deyil partalarda otururublar. Dərslərdə müəllim coğrafi xəritə, qlobus və yazı taxtasından
da istifadə etmişdir və fiziki cəza qəti qadağan olunmuşdur. Əksinə “Məktəbi-tərbiyə” də Sidqi
tərəfindən tərtib edilmiş və bu günə qədər qorunub saxlanılmış «Ədəb qaydaları» tətbiq edilmişdir.
Bu qaydaları şagirdlər yaxşı qavraması üçün “Məktəbi-tərbiyə” şagirdlərinə tapşırıqlar başlığı
altında verilirmiş. 22 maddədən ibarət olan bu ədəb qaydalarında şagirdlərin dərsə davamiyyətindən
başlayaraq məktəb və məktəbdən azad olunana qədərki dövrü əhatə edir. Hətta bu maddələrdə
şagirdlərin məktəbdən azad olduqdan sonrakı vaxtlarda da onların əxlaq və davranış qaydaları
haqqında məlumat verilmiş və şagirdlərə öz dərslərini yaxşı oxumaları da tövsiyə edilmişdir.
Bundan başqa “Məktəbi-tərbiyə”nin şagirdləri üçün 20 bənddən ibarət olan yaddaş kitabçası
da tərtib edilmişdir. Burada isə məktəbə daxil olmağın üstünlükləri göstərilmişdir. Bunlarla yanaşı
məktəbin tədris planına etika dərsləridə daxil edilmişdir. Etika dərsləri məktəbin III sinfində həftədə
üç saat olmaqla keçirilirdi. Yuxarıda adlarını çəkdiyimiz bu müsbət cəhətlər görkəmli pedaqoq və
qayğıkeş müəllim Sidqiyə böyük şöhrət qazandırmışdır.
“Məktəbi-tərbiyə”nin tədris proqramına “elmi-ilahi” başlığı altında tərtib olunmuş «Qurani-
Kərim»dən olan surə və ayələrin izahı da şagirdlərə öyrədilirdi. Bununla yanaşı şagirdlərə ərəb
ayları, cəlali ayları, rumi ayları, on iki bürclər və rus ayları haqqındada məlumat verilirdi. Həmçinin
məktəbdə şagirdlərə şer və imla dərsləri də keçirilirdi. Bu məktəbin nailiyyətləri haqqında İrəvan
qubernatoru 1895-ci ilə aid hesabatında qeyd etmişdir ki, «son vaxtlar müsəlmanlar arasında
düzgün təşkil edilmiş məktəb açmaq sahəsində dönüş hesab edilir» (23, s. 24).
Ona görə ki, o dövrdə istər Ordubad, istərsə də Naxçıvanda bu məktəblərin meydana
gəlməsi məscid məktəblərinə böyük ziyan vurmuşdur. Təkcə bir maraqlı faktı qeyd edək ki, ilk dəfə
olaraq “Məktəbi-tərbiyə” yə 100-ə qədər şagird qəbul edilmişdi. Bu isə öz növbəsində məscid
nəzdindəki mədrəsə şagirdlərinin sayının kəskin şəkildə azalmasına səbəb olurdu (5, s. 309).
Məktəbdə Sidqinin özü ana dili, fars dili və ərəb dillərini tədris etmişdir. Yerdə qalan
fənnləri Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş Ələkbər Süleymanov, şəriət dərslərini isə
Hacı Ələsgər Kərimov tədris etmişdir (19, v. 7). Məktəbin şagirdlərinin sayının artması və binanın
köhnəlməsi təlimi çətinləşdirirdi. Buna görə də məktəb 1896-cı ildə təzə binaya köçürülmüş və
normal şəraitdə isə başlamışdır. Yenə burada da Sidqinin tərtib etdiyi tədris planından istifadə
edilirdi. Həmçinin məktəbdə Azərbaycan, rus, fars, ərəb dilləri ilə yanaşı tarix, coğrafiya və hesab
kimi dünyəvi fənnlər də öyrədilirdi. “Məktəbi-tərbiyə” yə müdürlük həmin məktəbin müəllimi
Sidqinin birbaşa özü rəhbərlik etmişdir.
“Məktəbi-tərbiyənin” uğurları və Naxçıvanda demokratik fikirli ziyalıların formalaşması o
dövrdəki hakimiyyətin diqqətini xeyli cəlb etmişdir. Buna görə də ruslar bu məktəb ilə yaxından
maraqlanmış və tədricən həmin məktəbi rus-müsəlman məktəbinə çevirmişlər. Bundan sonra
«Məktəbi-tərbiyə» dövlətin ixtiyarına keçmişdir. Ona görə də məktəb 1896-cı il may ayının 14-dən
- 260 -
rus-Azərbaycan məktəbi olaraq İrəvan quberniyasının xalq məktəblərinin tərkibinə daxil edilmişdir
(8, s. 14). Bu zaman Sidqinin rəsmi müəllimlik şəhadətnaməsi olmadığından və rus dilini yaxşı
bilmədiyindən məktəbin müdürlüyündən azad edilir və Sidqi məktəbdə ana dili müəllimi
vəzifəsində saxlanılır. Onun yerinə isə həmin məktəbin rus dili müəllimi Ələkbər Süleymanov təyin
edilir. Yeri gəlmişkən qeyd edək ki, Ə. Süleymanovun nə vaxtdan “Məktəbi-tərbiyə” nin müdüri
təyin edilməsi ilə əlaqədar bəzi məsələləri aydınlaşdırmağı lazım bilirik. 1862-ci ildə Nehrəm
kəndində anadan olan Ələkbər Molla Süleyman oğlu Süleymanov 1882-ci ildə Zaqafqaziya
Müəllimlər Seminariyasını bitirərək kənd ictimaiyyət məktəbinə müdir təyin edilmişdir. 1890-cı
ildən Baş Noraşen ikisinifli zemstvo məktəbində müəllimlik etmiş və 1894-cü ildə öz ərizəsi ilə
azad olunmuşdur. Sidqi tərəfindən Naxçıvanda “Məktəbi-tərbiyə” təsis edilərkən şəhər ictimaiyyəti
tərəfindən həmin məktəbə rus dili müəllimi vəzifəsinə dəvət edilmişdir. Bir sıra rəsmi sənədlərdə Ə.
Süleymanovun “Məktəbi-tərbiyə” yə müdir təyin edilməsi tarixi 1895, 1896, 1897 və nəhayət 1898-
ci ilə aid edilir (2, v. 7). Təəssüf ki, onun məktəb müdirliyinə keçməsinə aid heç bir rəsmi sənəd
olmamışdır. Ə. Süleymanov 1906-cı ilədək “Məktəbi-tərbiyə” ni idarə etmişdir. Daha sonra isə
vəzifəsini Abbasov soyadlı bir nəfərə verərək özü şəhər məktəbində Azərbaycan dili müəllimi
vəzifəsinə keçmişdir. 1910-cu ildə 3-cü dərəcəli Stanislav ordeni ilə təltif edilmişdir (5, s. 25-29).
Beləliklə, müəyyən vaxtdan sonra məktəbdən ərəb və fars dilləri də tamamilə götürüldü,
tədris planında Azərbaycan dilinə verilən saatlar xeyli azadıldı. Bu isə rusların Azərbaycan xalqına
və dilinə qarşı növbəti antiazərbaycan planlarından biri idi. Ancaq rusların əməlləri Azərbaycan
xalqının əzmini qıra bilmədi. On görə ki, həm Sidqi həm də “Məktəbi-tərbiyə” əhalinin dərin
hörmətini qazanmışdır. Elə buna görə də məktəbin şagirdlərinin sayı Naxçıvanın istər dövlət istərsə
də ruhani məktəblərinin sayından əsaslı surətdə fərqlənimişdir. Təkcə bir faktı qeyd etmək olar ki,
buradakı şagirdlərin sayı 80 ilə 120 arasında olmuşdu (15, s. 22- 23).
Bununla yanaşı M. T. Sidqinin əsərlərindəki bir sıra müddəalar və “Məktəbi-tərbiyə”nin
şagirdləri üçün tərtib etdiyi nizamnamə öz dövründə olduğu kimi bu gündə öz əhəmiyyətini
saxlamaqdadır. O, bu nizamnamənin tərtibində Komenski, Slavanetski və Yankoviç kimi dünya
pedaqogikasının
görkəmli
nümayəndələrinin
fikirlərindən istifadə etmişdi. Dövrümüzə qədər
əlyazma şəklində gəlib çıxan bu nizamnamə Azərbaycan məktəb tarixində ilk tərtib olunmuş
məktəb nizamnaməsidir.
Beləliklə, XIX əsrin sonu XX əsrin əvvəllərində Ordubadda da yeni üsullu məktəb açmaq
qərarı qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindəki sənədlərdən məlum olur
ki, XIX əsrin 80-cı illərində Ordubad şəhərində açılması nəzərdə tutulan ibtidai məktəb orada
yaşayan əhalin say tərkibinin kifayyət qədər olmaması bir səbəb kimi götürülmüşdür (3, v. 9).
Başqa bir mənbədə isə göstərilən dövrdə Zaqafqaziyanın baş hakimi olmuş Rozen Ordubadda
məktəbin açılmasının təxirə salınmasının səbəbini belə izah etmişdi: “Zat-alilərinə bildirmək
istəyirəm ki, Ordubad şəhərinin sakinləri az olduğundan hal-hazırda orda məktəb açmaq heç bir
mənfəət verməz” (9, s. 91).
Yuxarıda sadaladığımız “maneə”lərə baxmayaraq 1854-cü il noyabr ayının 24-də Ordubad
şəhərində yeni üsullu ilk ibtidai məktəb açıldı (5, s. 26). Bu məktəbə qəbulda bilik səviyyəsi
yoxlanılmırdı. Həmçinin şagirdlərdən aylıq təhsil haqqı da alınmırdı. Məktəblərə qəbulda aşağı və
yuxarı təbəqələrin uşaqları da qəbul olunurdu.
Mənbələrdə başda məktəbin müəllimləri olmaqla bütün işçilərin Rusiyadan gəldiyi
göstərilmişdi (12, s. 7). Həmçinin əsərdə məktəbin elm-ilahi müəllimi Mir Yəhya Mir Məhəmməd
oğlu olduğu qeyd olunur.
Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində saxlanılan Ordubad məktəbinin
fəaliyyətini əks etdirən sənədin 23 №-li protokolunda bu məktəbə ilk daxil olanlardan aşağıdakı altı
müsəlman uşağının adları çəkilir:
1. Ağarəzi oğlu Mirzə Mehdi
2. Soltan bəy Abbasqulu bəy oğlu
3. Mirzə Sadıq
4. Mənsur ağa
5. Baba Soltan Kəngərli
- 261 -
6. Rzaqulu Hacı Məmmədhüseyn oğlu (21, v. 33).
Həmin sənədin 32 №-li protokolunda Əhməd İsmayılovun, Hüseyn Mirzə Xəlil
Salehzadənin, Soltan Hacıbəyzadənin və Əsgər Hüseynzadənin adları göstərilir (20, v. 14). Nəhayət
bu da əlavə olunmalıdır ki, 1870-ci ildən etibarən ibtidai məktəblərdə təhsil haqqı tətbiq olunmağa
başladı. Məsələn, Ordubad şəhərində fəaliyyət göstərən ibtidai məktəblərdə oxuyan şagirdlərdən
1877-ci ildə adambaşına 3 manat təhsil haqqı toplanmışdır (5, s. 108-109). XIX əsrin sonu XX əsrin
əvvəllərində Ordubadda yeni üsullu məktəblərin açılmasında Məhəmməd Tağı Sidqinin böyük
xidmətləri olmuşdur. Görkəmli pedaqoq qeyd etmişdir ki, “Məktəb cəhalət dərdinin dərmanı,
mərifət bağının xiyabanıdır... Məktəb də bir cismə bənzər ki, onun ruhu müəllimdir” (18, s. 14-15).
M. T. Sidqi Ordubad şəhərində ilk məktəbini 1892-ci ildə Hüseyn Sultan Kəngərlinin
köməyi ilə açmışdır. Bəzi mənbələrdə isə «Əxtər» («Ulduz») məktəbinin Məhəmməd Tağı Sidqi
tərəfindən 1890-cı ildə açılması göstərilmişdir (23, s. 33-34). AMEA-nın M. Fizuli adına
Əlyazmalar İnstitunun Arxiv materiallarında «Əxtər» məktəbinin 1892-ci ildə açılması
göstərilmişdir (22, v. 5-7). O, bu məktəbə «Əxtər» yəni «Ulduz» adını vermişdir. Onun bu məktəbi
Zahirüddövlə İbrahim xan tərəfindən inşa edilmiş mədrəsəsinin üst qatında yerləşmişdir. Sidqinin
bu məktəbi o vaxt nəinki Ordubadda, bütünlüklə Naxçıvan mühitində çox mühüm bir pedaqoji
hadisə olmuşdur. Onun bu məktəbi Ordubad şəhərində camaat arasında «Xeyriyə» məktəbi kimi
tanınır və onun uğurları haqqında çox danışılırdı (1, v. 3-4). Çox keçmədi ki, Sidqinin bu
məktəbinin sədası bütün quberniyaya yayıldı. Buna səbəb uşaqların savadlanmasının yüksək olması
idi. Heç təsadüfi deyil ki, İrəvan qubernatoru 1892-ci ilə aid quberniyanın hesabatına əlavə olunan
icmalda məktəb haqqında deyilirdi: “Ucqar qəzalardan biri olan Ordubadda “Əxtər” adında yeni bir
müsəlman məktəbi açılmışdır. Məktəbi Mirzə Tağı adlı bir şəxs təsis etmişdir. Yerli əhali məktəbə
o, qədər rəğbət bəsləyir ki, onlar öz uşaqlarını dini məktəblərdən çəkindirib “Əxtər”ə qoyurlar” (23,
s. 19) . M. T. Sidqi məqalələrində məktəbinin üçüncü sinif şagirdləri və onların dərəcələri haqqında
geniş məlumat vermişdir. O, bu burada sinifin birinci dərəcəyə mənsub olan şagirdlərinin heca və
hürufatı, yazmağı və qiraət ədəbiyyəni öyrəndiklərini, üçüncü dərəcəyə mənsub olanların isə hesab
və coğrafiya elmlərini daha kamil bilmələrini və xəritə üzərində sərbəst işlədiklərini bildirmişdir
(15, s. 71). Həmçinin Sidqi şagirdlərin fars dilinin qayda-qanunlarını mənimsədiklərini böyük
sevinc hissi ilə qeyd etmişdir. Başqa bir arxiv materialında isə məktəbdə şəriət fənnindən savayı ana
dili, hesab, coğrafiya dərslərinin ana dilində keçirilməsi və səmərəli məktəbdarlıq işlərinin olması
haqqında da məlumat verilmişdir (3, v. 21-25). Demək olar ki, Ordubadda açılan bu ibtidai məktəb
əhalinin hökumət dairələrinə 500 adamın imzaladığı xahiş məktubundan sonra 1894-cü ildə
ikisinifli məktəbə çevrildi. Bu məktəbdə 33 nəfəri azərbaycanlı olmaqla 56 şagird təhsil alırdı.
Lakin çox keçmədən bu məktəb beş ildən sonra, 1902-ci ildə üçsinifli ali ibtidai məktəblə əvəz
olundu. Bununla yanaşı qeyd edilməlidir ki, məktəbdə təhsil alan azərbaycanlı tələbələrin sayında
da artım olmuşdur. Belə ki, 1914-cü ildə məktəbdə oxuyan 181 şagirdin 144 nəfəri
azərbaycanlılardan ibarət idi (10, s. 106).
Bu məktəblərdə tədris olunan fənnləri şərti olaraq
aşağıdakı şəkildə qruplaşdıra bilərik:
1. Əsas fənnlər - Şəriət, oxu və yazı, rus dili
2. Köməkçi fənnlər – Hesab, təcrübi həndəsə, coğrafiya, tarix, fizika, rəsm və rəsmxət
Qeyd edək ki, Ordubadda açılan bu ibtidai məktəbin nəzdində kitabxana da fəaliyyət
göstərmişdir. Bu kitabxanadakı kitabların sayı haqqında Akademik Hüseyn Əhmədov yazırdı
“1865-ci ildə Ordubad ibtidai məktəbinin kitabxanasında 133 adda 56 nüsxə kitab saxlanılırdı” (5,
s. 27). Dövrə aid yazılmış əsərlərin araşdırılması göstərir ki, 1900-cü ildə Ordubad əhalisi öz
aralarında maddi vəsait toplayaraq yeni üsullu ilk rus-Azərbaycan məktəbi açmaq istəsələr də
cahilpərəst dövlət məmurları və din xadimləri buna imkan vermədilər.
Aparılan tədqiqat zamanı məlum olur ki, yerli əhalinin bütün səylərindən sonra Ordubad
şəhərində ilk rus-Azərbaycan məktəbinin 1901-ci ildə açılmasına müvəffəq ola bilmişlər.
Professor Misir Mərdanov “Azərbaycan təhsil tarixi” kitabında yazır: “1914-1915-ci tədris
ilində Ordubad şəhərində bir ali ibtidai məktəb fəaliyyət göstərmişdir (14, c.1, s. 114).
XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvan bölgəsinin Şərur-Dərələyəz qəzasında
açılmış yeni üsullu məktəblərdən biri də Yengicə kənd məktəbi olmuşdur. Arxiv sənədlərindən ay-
- 262 -
dın olur ki, Yengicə kəndində ilk məktəb 1884-cü ildə 11 şagirdlə fəaliyyətə başlamışdı (3, v. 3).
Əvvəl bir dərəcəli məktəb kimi fəaliyyət göstərən bu məktəb, 1887-ci ildən ikidərəcəli məktəbə
çevrilmişdi. Qeyd olunmlalıdır ki, bu məktəbin formalaşmasında Mirzə Sadıq Xəlilovun çox böyük
rolu olmuşdur. M. S. Xəlilov bu məktəbdə ilk öncə müəllim, 1885-ci ildə isə müdir (direktor)
işləmişdir. Yengicə kəndinin yaşlı insanlarının söhbətlərindən aydın olur ki, M. S. Xəlilov Yengicə
kənd məktəbində müəllim işlədiyi dövrdə şəriət fənnindən başqa yerdə qalan bütün fənlərdən dərs
demişdir.
Bununla yanaşı maarifpərvər ziyalı Mirzə Cəlil Şürbi (Mirzəyev) də Yengicə məktəbində
çalışmış, məktəbin sayılıb seçilən adlı sanlı müəllimlərindən biri kimi tanınmışdı. Əvvəla onu qeyd
edək ki, bu məktəb iki otaqlı şəxsi binada fəaliyyətə başlamış, ilk məzunları Mirzə Rəhim Rəhimov,
Məşədi İsmayıl İsmayılov, Mamoş İsmayılov, Muxtar Zeynalov, Sülüyman Əliyev, Cəlil Tağıyev
və Hüseyn İsmayılov olmuşdur (6, s. 75).
XX əsrin əvvəllərinə aid mənbələrin birində deyilir ki, Yengicə məktəbində Cənubi
Azərbaycandan gəlmiş Məşədi Həsən Şükürzadə, Mirmehdi Makulu və Vedili Əli Zeynalov
müəllim işləmişdir (16, s. 12).
XIX əsrin sonu XX əsrin əvvəllərində yeni üsullu məktəblərdən biri də Şərur-Dərələyəz
qəzasının Baş Noraşen kəndində 1885-ci il sentyabr ayının 22-də iki sinifli zemstvo məktəbi
açılmışdır (6, s. 48). Tədqiqatlardan məlum olur ki, Baş Noraşen məktəbi yenicə fəaliyyətə başlayan
zaman üç müəllimi, cinsi tərkibi hamısı oğlanlardan ibarət olan əlli şagirdi olmuşdur. Məktəbin ilk
müdiri (direktoru) isə görkəmli maarif xadimi Mirzə Əliməmməd Xəlilov olmuşdu.
Xüsusilə qeyd edək ki, Baş Noraşen məktəbinin yeni üsullu bir məktəb kimi
formalaşmasında
Məmməd
bəy
Qazıyevin,
Fərzəli
bəy
Fərzəlibəyovun
və
Cəlil
Məmmədquluzadənin rolu çox böyük olmuşdur.
C. Məmmədquzadə 1887-ci il dekabr ayının 25-də Uluxanlı məktəbindən dəyişdirilərək Baş
Noraşen kənd məktəbinə ikinci müəllim vəzifəsinə təyin edilmişdir. Bu məktəbdə o, 1890-cı ilin
yanvar ayının 15-ə kimi işləyir. Akademik İsa Həbibbəyli C. Məmmdəquluzadənin maarifçilik
fəaliyyəti
haqqında yazır: “C. Məmmədquluzadə yeni üsullu məktəbləri təbliğ etməklə
kifayyətlənmir, həm də yəlim sistemini yaxşılaşdırmaq qayğısına qalır, vətən övladlarından elmi
dünyagörüşə malik saf mənəviyyatlı, vətəninin, xalqının azad gələcəini düşünən inkişaf etmiş
şəxslər yetirməyi arzu edirdi (6, s. 120).
Qeyd edək ki, bu məktəbin məzunları sonralar Qori və İrəvan müəllimlər Seminariyasında
təhsil almış, Naxçıvanda elmin, maarifin və mədəniyyətin inkişafında böyük xidmətləri olmuşdur.
Təhsil sahəsində aparılan islahatlardan sonra XX əsrin əvvəllərində Baş Noraşen məktəbi ali
beş sinifli ibtidai məktəbə çevrilir. Qeyd olunmalıdır ki, bu məktəb Şərur bölgəsində savadsızlığın
ləğvində önəmli rol oynamışdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Baş Noraşen məktəbinin
fəaliyyətində
məktəbin
müəllimlərindən
Əsgər
Süleymanovun,
Həsənalı
Əliyevin,
Əli
Həsənzadənin,
İlya Səfiyevin, Zərri Səfiyevanın Əli Əliyevin, Asya Rzayevanın, Həbib
Məmmədovun, Sona Qasımovanın və Yusif Həsənovanın əvəzsiz xidmətləri olmuşdur.
Bəhs olunan dövrdə açılmış yeni üsullu məktəblərdən biri də 1888-ci il sentyabr ayının 3-də
Şahtaxtı kəndində varlı kənd sakini xeyriyyəçi maarifpərvər İbrahim ağa Şahtaxtınskinin şəxsi
evində fəaliyyətə başlamışdı (16, s. 23). Məktəb tariximizin araşdırmaçılarından biri olan akademik
Hüseyn Əhmədov “XIX əsr Azərbaycan məktəbi” əsərində yazır: “1891-ci ildə Aleksandropolsk
şəhərində həvəskarlar tamaşası təkil edən Əbülfət ağa Şahtaxtınski toplanan yüz üç manat pulu
doğma kəndindəki məktəbin ehtiyacına vermişdir” (5, s. 212).
XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda bölgəsində fəaliyyət göstərən
məktəblərdən biri də 1896-cı ildə açılan Sədərək kənd məktəbi idi (17, s. 8). Əvvəllər dini təhsil
- 263 -
verən Sədərək məktəbi kəndin imkanlı şəxslərindən olan Rza Məşəvəli oğlunun şəxsi evində ilk
fəaliyyətinə başlamış və daha sonralar isə fəaliyyətini kəndin digər bir varlı sakini Həsən
Şahverdiyevin evində davam etdirmişdi.
Akademik Hüseyn Əhmədov “XIX əsr Azərbaycan məktəbi” əsərində Sədərək kəndinin ilk
şagirlərindən Mirzə Ələkbərin, Mirzə Hüseynin, Şeyx Əbülqasımın və Şeyx Rzanın adları çəkilir
(5, s. 114). XIX əsrin sonu XX əsrin əvvəllərində inzibati ərazi bölgüsü üzrə Naxçıvan qəzasının
Şahbuz uyezdində ilk məktəb binası Dövlət Dumasının qərarı ilə 1896-cı ildə kənd Şahbuzda
(indiki Şahbuzkənd) ilk üç sinifli yeni üsullu rus-Azərbaycan məktəbi fəaliyyətinə başlamışdı (17, s.
7-8). Əsərdə məktəbin ilk müdirinin (direktoru) Mirzə Məhəmməd Zamanov olduğu qeyd olunur.
Qeyd edək ki, bu məktəbə daha sonralar Mirzə Sadıq Xəlil oğlu Xəlilov və Mirzə Nəsrulla
Xudaverdi oğlu Quliyev rəhbərlik etmişdir.
Bəhs olunan dövrdə Naxçıvan bölgəsində yeni üsullu məktəblərdən biri də 1894-cü ildə iki
sinifli ilk məktəb açılmışdı (12, s. 21). Bu məktəbdə əsasən ana dili, tarix, şəriət fənləri və dünyəvi
fənlər tədris edilirdi.
Araşdırmalardan məlum olur ki, məktəbdə ərəb dilini və şəriəti Molla Əli və Molla Kərim
Əliyev əmioğulları tədris etmişdir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvan
bölgəsində yeni üsullu məktəblərin açılışı davam edirdi. Belə yeni üsullu məktəblərdən biri 1889-cu
ildə Bənəniyar kəndində, digər başqa biri isə 1896-cı ildə Yaycı kəndində ilk fəaliyyətlərinə
başlamışdır (21, v. 7).
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Hacı Rəhimağa Qaibovun, Hacı Kərim
Rzaquliyevin, Məmməd bəy Şəfibəyovun və Hacı Əli Hüseyn oğlunun fəaliyyət göstərdikləri
Naxçıvanın Cəhri kənd məktəbi (1885, 67 oğ, 7 qız,) Molla Əli Eynalı oğlunun çalışdığı Nehrəm
kənd orta məktəbi (1885, 26 ş.) Cəlil Məmmədquluzadənin, Molla Məmmədqulu Abdülhəsən
oğlunun, Sadıx Xəlilovun və Abbas Kərbəlayi Orucəli oğlunun fəaliyyət göstərdiyi Aşağı Göyləsər
kənd məktəbi (1877, 1 sinifli, 83 şagird), Ələkbər Süleymanovun, Zeynalabdin Qurbanbəyovun və
Abdulla Kəngərlinskinin çalışdıqları Şərur-Dərələyəz kənd məktəbi (1882, 20 şagird), Naxçıvan
qəzasının Qulubənd (Qulubəyli) kənd məktəbi (1882, 40 ş.), Qarxun kənd məktəbi (1882, 15 ş) və
Naxçıvan qəzasının özündə fəaliyyət göstərən üç sinifli (1879, 57 ş.), yeni üsullu dünyəvi məktəblər
yaradılmışdır (16, s. 21-23). Araşdırmalardan görünür ki, 1895-ci ildən etibarən Naxçıvan
qəzasının Bilyav (8 noyabr 1896-cı il), Yamxana (İndiki Babək rayonu, 1895-ci il), Mahmudabad,
Vənənd (1896-cı il), Mahmudov (8 noyabr 1896-cı il), Milax (1896-cı il), Güzənüb (1897-ci il),
Almalı (1898-ci il) və Əbrəqunus (6 sentyabr 1895-ci il) kəndlərində də yeni üsullu xalq (kənd)
məktəblərinin fəaliyyətə göstərmişdi (14, c.1, s. 102-103). Sonda onu qeyd edək ki, XIX əsrin sonu
XX əsrin əvvəllərində Naxçıvanda ictimai-siyasi və elmi fikrin inkişafında müəyyən dəyişikliklər
olduğu kimi, məktəbşünaslığın, məktəb təhsilinin təşəkkülü və formalaşması istiqamətində də
nəzərə çarpacaq dəyişikliklər baş verirdi. Buna həmin dövrdə Naxçıvan bölgəsində ana dili
məktəblərinin açılması bu istiqamətdə aparılan çox mühüm tədbirlərdən biri idi.
Dostları ilə paylaş: |