Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Əzələdaxili inyeksiya üçün iynənin uzunluğu necə mm olmalıdır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə15/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   274
Tibb bacisi test suallari

53.Əzələdaxili inyeksiya üçün iynənin uzunluğu necə mm olmalıdır? 
A) 50 mm 
B) 60 mm 
C) 80 – 90 mm
D) 30 mm 
E) 40 mm 


16 
Əzələ daxilinə inyeksiya etdikdə zaman iynə yaxşı inkişaf etmiş dərialtı piy qatından 
keçib əzələyə çatmalıdır, ona görə də bu inyeksiya zamanı uzunluğu böyük olan iynə 
götürülür. Əgər dərman bundan qısa iynə ilə yeridilərsə sorulması çatinləşər, bu da 
infiltrasiya, absess kimi ağırlaşmalara səbəb olar. Ədəbiyyat: N.R.Paleyevin 
redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 49 “Çıraq” 2008 
54. Mədənin yuyulmasına göstəriş hansıdır? 
A) Kəskin kolit 
B) Xroniki enterit 
C) Xroniki kolit 
D) Kəskin qastrit
E) Kəskin xolesistit
 
Kəskin qastritə səbəb zəhərli maddələrin, yararsız qidanın mədəyə düşməsidir. 
Xəstəyə yardım etmək üçün mədəyə düşmüş yararsız maddələr tez bir zamanda 
oradan çıxarılmalıdır, bunun üçün ən yaxşı üsul mədənin yuyulmasıdır. Mədəni 
adətən zondla yuyurlar, əgər zond salmaq mümkün deyilsə xəstəyə çoxlu miqdarda su 
içirir və qusmağa məcbur edirlər. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb 
bacısının məlumat kitabı”. Səh.59 “Çıraq” 2008 
55. Anafilaktik şok zamanı təxirəsalınmaz yardım harada göstərilməlidir? 
A)Prosedur otağında 
B) Palatada
C) Hadisə baş verdiyi yerdə
D) Qəbul şöbəsində
E) Təcili yardım maşınında
Anafilaktik şok sürətlə baş verən allergik reaksiyadır.Bu zaman təxirəsalınmaz 
yardım dərhal hadisə baş verən yerdə başlanmalıdır. Dərhal allergenin orqanizmə 
daxil olma yolları kəsilməlidir. (Əgər arı sancıbsa onun iynəsi pinsetlə çıxarılmalıdır, 
iynə vurulan yerdən proksimal hissədə turna qoyulmalıdır).
Ədəbiyyat:
 
Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». Səh. 
736

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin