Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Şəkərli diabeti olan xəstələrin dispanser müşahidəsi zamanı sadalananlardan



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə12/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   274
Tibb bacisi test suallari

42. Şəkərli diabeti olan xəstələrin dispanser müşahidəsi zamanı sadalananlardan 
hansı tibb bacısının vəzifəsidir? 
A) 15 gündə bir dəfə qan analizi verməyə çağırmaq 
B) Xəstəni növbəti müayinəyə çağırmaq 
C) 15 gündə bir dəfə sidiyin analizini gətirtmək 
D) Sadalananların hamısı
E) Xəstə özünə iynə vura bilmədikdə hər gün müəyyən saatlarda ona insulin vurmaq. 
Şəkərli diabeti olan xəstələr endokrinoloqun və tibb bacısının dispanser müşahidəsi 
altında olurlar. Tibb bacısı xəstənin dispanser yoxlamasından keçirilməsində və 
müalicəsində fəal iştirak edir və yuxarıda sadalananların hamısı onun vəzifəsinə 
aiddir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.159
“Çıraq” 2008. 


13 
43.Plevral punksiya zamanı aşağıda göstərilənlərdən hansı tibb bacısının 
funksiyasına aid deyil? 
A) Xəstənin dəri örtüklərinə və nəbzinə nəzarət etmək 
B) Lazım gəldikdə xəstəyə naşatır spirti iylətmək 
C) Punksiya yerinə yod sürtmək 
D) Əlaltına zəruri ürək dərmanlarını qoymaq 
E) Plevral punksiyanı aparmaq
Plevral punksiya aparmaq həkimin funksiyasına, göstərilən digər funksiyalar isə tibb 
bacısının funksiyasına aiddir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 74 
“Çıraq” 2008 
44. Göstərilənlərdən hansı nəbzin xüsusiyyətlərindən biridir? 
A) Atoniya 
B) Hipotoniya
C) Hipertoniya 
D) Taxipnoe 
E) Ritm
Nəbz-(pulsus latın sözü olub, zərbə, təkan deməkdir) qanın sistolik dalğasının təsiri 
ilə arteriya divarının titrəməsidir. Normada nəbzin ritmi ürəyin fəaliyyətinə müvafiq 
olaraq düzgün ola bilər, bu zaman bütün nəbz dalğaları eyni olur.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin