Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Endemik urun profilaktikası üçün hansı məhsul yodlaşdırılır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə8/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   274
Tibb bacisi test suallari

27. Endemik urun profilaktikası üçün hansı məhsul yodlaşdırılır?
 
A) Qənd, konfet 
B) Xörək duzu
C) Süd məhsulları 
D) Ət məhsulları 
E) Bitki yağları 
Xörək duzu digər məhsullardan fərqli olaraq hər gün qida rasionuna daxil edilir, ona 
görə endemik urun profilaktikasında 1kq duza 10 qr kalium yodid əlavə edilmiş 
yodlaşdırılmış duz istifadə edilir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh. 117. 
“Çıraq” 2008 
 
28
.
Qanın ümumi analizində aşağıdakılardan hansını müəyyən etmək olmur ? 
A) Leykositləri 
B) Eritrositlərin çökmə sürətini 
C) Hemoqlobini 
D) Eritrositləri 
E) Hormonları
Hormonları müəyyən etmək üçün qanın biokimyəvi analizi aparılır, bunun üçün 
venadan 20 ml qan götürülür. Sadalanan digər amilləri müəyyən etmək üçün isə 
qanın ümumi analizi aparılır və bu zaman barmağın ucundan bir neçə damcı qan 
götürülür. 



Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 
27 “Çıraq” 2008 
29. UYT (ultra yüksək tezlikli) cərəyan ilə müalicə zamanı xəstə nə hiss edir? 
A) Tirtrətmə 
B) Qarışqa gəzintisi 
C) Vibrasiya 
D) Sancma 
E) Yüngül istilik
UYT (ultra yüksək tezlikli) cərəyan ilə müalicə zamanı toxumalarda endogen istilik 
əmələ gəlir, bu da xəstədə yüngül istilik hissi yaradır. 
Ədəbiyyat: Y.İ. Pasınkov. Umumi fizioterapiya. Səh.112 “Maarif” Bakı 1980 
30.Abdominal punksiyadan sonra xəstənin qarnını nə üçün dəsmalla sıxırlar? 
A) Xəstə bayılmasın
B) Beyin qansızması baş verməsin
C) Ağciyər ödemi baş verməsin 
D) Hipertonik kriz baş verməsin 
E) Qarın boşluğuna maye yenidən yığılmasın 
Qarın boşluğundakı maye damar təzyiqinin qalxmasına səbəb olur və bu mayeni 
birdən – birə xaric edildikdə kəskin damar çatışmazlığı(kollaps) baş verər və xəstə 
bayıla bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 81-82. 
“Çıraq” 1991 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin