Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Hipoqlikemik koma zamanı təxirəsalınmaz yardım vena daxilinə



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə10/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   274
Tibb bacisi test suallari

 
34. Hipoqlikemik koma zamanı təxirəsalınmaz yardım vena daxilinə....... 
yeridilməsindən ibarətdir. Nöqtələrin yerinə uyğun gələn cavabı seçin

A) İnsulin 
B) Heparin
C) Dibazol
D) Qlükoza
E) Kofein
Hipoqlikemik koma zamanı qanda qlükozanın miqdarı azaldığından, vena daxilinə 
yeridilən qlükoza məhlulu xəstənin vəziyyətini stabilləşdirir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.162
“Çıraq” 2008 
35.Yoluxmuş iynə ilə öz əlini zədələyən tibb bacısı nəyi düz etmir? 
A) Furasillinlə yaralanan yeri işləyir
B) Bir damcı qan çıxarır
C) Əllərini sabunla yuyur 
D) 70 dərəcəli spirtlə silir 
E) Yod məhlulu ilə işləyir 
Tibb bacısının bədəninə səhvən yoluxmuş iynə batarkən dezinfeksiyaedici məhlullar 
istifadə olunmalıdır. Furasillin məhlulu isə bu məqsədlə istifadə edilmir. 
 Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.56
“Azərnəşr” Bakı 1984 


11 
36. İsti vannaları hansı halda tətbiq etmək olmaz? 
A) 
Xroniki bronxit
B) Xroniki pnevmoniya 
C) Kəskin respirator xəstəlik 
D) Xroniki rinit 
E) 
Yüksək hərarət
Yüksək hərarətə qızdırmanın II-ci dövründə təsadüf edilir. Xəstənin damarları istinin 
təsirindən genəlir, istilik əmələgəlmə və istilik vermə artır, xəstə çox tərləyir, ona isti 
olur. İsti vannaların tətbiqi damargenəldici təsir göstərir.Bu da xəstədə kollapsa 
səbəb olduğundan əks-göstəriş sayılır. 
Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.105 “Təhsil” Bakı1998 
37. Uremik koma zamanı xəstənin nəfəsindən hansı iy gəlir? 
A) Lax yumurta
B) Alkoqol
C) Aseton
D) Ammonyak
E) Tütün
Uremiya-orqanizmin ağır intoksikasiyası olub, böyrəklər tərəfindən azot şlaklarının 
xaric olmasının çətinləşməsi zamanı əmələ gəlir. Uremiya zamanı qanda zülalların 
parçalanma məhsulları olan – sidik cövhəri, sidik turşusu, kreatinin toplanır və bu 
zaman xəstənin nəfəsindən ammonyak iyi gəlir.
Ədəbiyyat:
В.М.Боголюбов. 
«Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin