Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


%-li kalsium-xlorid vena daxilinə düzgün yeridilmədikdə hansı yerli



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə13/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   274
Tibb bacisi test suallari

45. 10 %-li kalsium-xlorid vena daxilinə düzgün yeridilmədikdə hansı yerli
fəsad verir? 
A) Abses 
B) Kvinke ödemi 
C) Yağ emboliyası 
D) Yumşaq toxumanın nekrozu
E) Anafilaktik şok 
10 %-li kalsium xlorid güclü qıcıqlandırıcıdır, o səhvən dərialtına vurulduqda 
yumşaq toxumanın yerli ölümü- nekroz baş verir. Bu hal baş verdikdə yeridilən 
maddənin konsentrasiyasını azaltmaq məqsədilə həmin nahiyəyə fizioloji məhlul 
yeridərək, soyuq qoyulur.Novokain blokadası aparılır. 
 Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160 “Təhsil” Bakı1998 

46. Arterial hipertenziyalı xəstələr qida rasionunda nəyi azaltmalıdır? 
A) Şəkəri 
B) Un məmulatlarını
C) Xörək duzunu
D) Zülalları


14 
E) Tərəvəzləri 
Arteriel hipertoniyalı xəstə xörək duzunu artıq istifadə etdikdə təzyiqi daha da arta 
bilər. Qəbul edilən NaCl orqanizmə çoxlu maye qəbul ediməsini tələb edir, nəticədə 
dövr edən qanın miqdarı artır, bu da təzyiqi daha da artırır. Ədəbiyyat: N.R. 
Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.138 “Çıraq” 2008 
47. Uzun müddət yataqda qaldıqda xəstənin vəziyyətini nə ağırlaşdıra bilər? 
A) İştahsızlıq 
B) Baş gicəllənmə 
C) Kollaps 
D) Arterial təzyiqin qalxması 
E) Yataq yarası
Xəstə uzun müddət yataqda qaldıqda mikrosirkulyasiya pozulur və nəticədə dəri, 
dərialtı və digər yumşaq toxumalarda distrofik, yaralı- nekrotik proseslər gedir, yəni 
 yataq yaraları əmələ gəlir.Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. 
Səh.63 “Təhsil” Bakı 1998 
48. Döş sümüyünün arxasında sıxıcı ağrılar zamanı həkimə qədərki ilk yardım 
hansıdır? 
A) Əzələ daxilinə analgin-dimedrol qarışığını vurmaq 
B) Analginin yeridilməsi
C) Morfinin yeridilməsi 
D) Daxilə dimedrol 
E) Dil altına Nitroqliserin qoymaq
 
Əksər hallarda döş sümüyünün arxasında baş verən sıxıcı ağrılara səbəb ürəyi 
qidalandıran tac damarların spazmıdır. Nitroqliserinin təsirindən tac damarlar 
genişlənir, ürəyin qidalanması yaxşılaşır və ağrı aradan qalxır. Ədəbiyyat: 
N.Y.Paleyevin redaktəsi ilə”Tibb bacısının məlumat kitabı”. Səh. 506 “Çıraq” 
2008 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin