38. Hansı halda masaj etmək olmaz? A) Piylənmə zamanı
B) Oynaq xəstəlikləri zamanı
C) Limfa düyünləri şişdikdə
D) Bağların dartınması zamanı
E) Spastik iflicdə
Limfanın mühafizə rolunu nəzərə alaraq, bədənə keçən mikroorqanizmləri tutub özündə saxlaması nəticəsində şişmiş limfa düyünlərinin massajı əks-göstərişdir. Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.272. “Maarif” Bakı 1980 39.Bunlardan hansı masajın əsas metodu deyil? A) Kəsmələmə
B) Sürtmə
C) Sığallama
D) Basmalama
E) Döyəcləmə
12
Basmalama masajın əsas metodlarından biri olan kəsmələmə masajının bir növüdür. Əlin masajı zamanı ağrı və ödem olduqda basmalama tətbiq edilir. Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya .Səh.274 “Maarif” Bakı 1980 40. Tənəffüsün xüsusiyyətlərinə hansılar aiddir? A) Yüksəklik
B) Tonus
C) Dolğunluq
D) Gərginlik
E) Tezlik
Ədəbiyyat: Tənəffüs sərbəst nəfəsalma və nəfəsvermə hərəkətlərinin ritmik növbələşməsidir. Normada bir dəqiqə ərzində böyüklərdə 16-20 tənəffüs hərəkəti qeydə alınır. Bu göstəricinin artıb-azalması tənəffüsün tezliyinin dəyişməsi deməkdir. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 190. “Maarif” 1974 41. Hirudoterapiya nədir? A) Zəli ilə müalicə
B) Su ilə müalicə
C) İqlimlə müalicə
D) İşıqla müalicə
E) Qanburaxma
Latınca zəli “Hirudenia “ adlanır və zəlinin tüpürcəyinin tərkibində hirudin adlanan, laxtalanmanı azaldan maddə vardır, ona görə də zəli ilə müalicə hirudoterapiya adlanır. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.39 “Çıraq” 2008