14
E) Tərəvəzləri
Arteriel hipertoniyalı xəstə xörək duzunu artıq istifadə etdikdə təzyiqi daha da arta
bilər. Qəbul edilən NaCl orqanizmə çoxlu maye qəbul ediməsini tələb edir, nəticədə
dövr edən qanın miqdarı artır, bu da təzyiqi daha da artırır. Ədəbiyyat: N.R.
Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.138 “Çıraq” 2008
47. Uzun müddət yataqda qaldıqda xəstənin vəziyyətini nə ağırlaşdıra bilər?
A) İştahsızlıq
B) Baş gicəllənmə
C) Kollaps
D) Arterial təzyiqin qalxması
E) Yataq yarası
Xəstə uzun müddət yataqda qaldıqda mikrosirkulyasiya pozulur və nəticədə dəri,
dərialtı və digər yumşaq toxumalarda distrofik, yaralı- nekrotik proseslər gedir, yəni
yataq yaraları əmələ gəlir.Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq.
Səh.63 “Təhsil” Bakı 1998
48. Döş sümüyünün arxasında sıxıcı ağrılar zamanı həkimə qədərki ilk yardım
hansıdır?
A) Əzələ daxilinə analgin-dimedrol qarışığını vurmaq
B) Analginin yeridilməsi
C) Morfinin yeridilməsi
D) Daxilə dimedrol
E) Dil altına Nitroqliserin qoymaq
Əksər hallarda döş sümüyünün arxasında baş verən sıxıcı ağrılara səbəb ürəyi
qidalandıran tac damarların spazmıdır. Nitroqliserinin təsirindən tac damarlar
genişlənir, ürəyin qidalanması yaxşılaşır və ağrı aradan qalxır. Ədəbiyyat:
N.Y.Paleyevin redaktəsi ilə”Tibb bacısının məlumat kitabı”. Səh. 506 “Çıraq”
2008
Dostları ilə paylaş: