20
E) Öd yollarının
Düz və siqmavari bağırsağın rektoskop adlanan cihazla müayinəsinə
rektoromanoskopiya deyilir. Latınca “rekto”, yəni düz bağırsaq sözündən götürülüb.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.215. “Təhsil” Bakı
1998.
68. Anafilaktik şok dərman preparatlarının ən çox hansı yolla yeridilməsi
zamanı baş verir?
A) Sublinqval (dilaltına)
B) Daxilə
C) İnhalyasion
D)
Parenteral
E) Xaricə (məlhəm şəklində)
Dərman maddələri parenteral yolla yeridildikdə qana daha tez daxil olur. Buna görə
də anafilaktik şok dərman preparatlarını ən çox bu yolla yeridilməsi zamanı baş
verir. Ədəbiyyat:
Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь».
Səh. 735
69.
Kolonoskopiya hansı orqanın müayinə üsuludur?
A) Qida borusunun
B) Düz bağırsağın
C) 12 barmaq bağırsağın
D) Yoğun bağırsağın
E) Öd yollarının
Yoğun bağırsağların kolonoskop vasitəsilə müayinəsi kolonoskopiya adlanır.
“Kolon” latınca yoğun bağırsaq deməkdir. Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev.
Xəstələrə qulluq . Səh.214. “Təhsil” Bakı 1998.
70.Yağ imaləsini nə vaxt aparılır?
A) Qarın boşluğunda aparılacaq əməliyyatdan qabaq
B)
Uzun sürən qəbizlikdə
C) Zəhərlənmələrdə
D)
Doğuşdan qabaq
E) Ağır xəstələri qidalandırmaq üçün
Yağlı imalələr aparıldıqda xəstədə defekasiya 10-12 saatdan sonra baş verir.
İsidilmiş 50- 100 ml yağ bağırsağa yeridilir, yağ bağırsağın divarı ilə axıb, nəcisi
bürüyür, bağırsaq əzələlərini boşaldır və nəcisin çıxmasına kömək edir, ona görə
nəcis kütlələrinin yaxşı yumşalması üçün yağ imaləsini axşam aparmaq lazımdır.
Göstərilən digər hallarda isə təmizləyici və dərman imaləsindən istifadə edilir.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.205 “Təhsil” Bakı 1998.