Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Meteorizm hansı sistemin xəstəliklərinin əsas simptomlarındandır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə22/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   274
Tibb bacisi test suallari

79. Meteorizm hansı sistemin xəstəliklərinin əsas simptomlarındandır? 
A) Sidik –ifrazat sistemi 
B) Tənəffüs sistemi 
C) Ürək-qan-damar sistemi 
D) Həzm sistemi
E) Cinsiyyət sistemi 
Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür, 
əsasən bağırsaq diskineziyası zamanı, enterokolit zamanı, qarın boşluğunda aparılan 
operasiyalardan sonra əmələ gəlir. Meteorizmi azaltmaq üçün xəstəyə aktivləşmiş 
kömür verilir, lazım gəldikdə qaz çıxarıcı boru qoyulur. Ədəbiyyat: N.R. Paleyevin 
redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “ Çıraq ” 2008. 
80. Nikturiya nədir? 
A) Sidiyin xüsusi çəkisinin sabit qalması 
B) Gecə sidiyinin miqdarının çox olması
C) Sidikdə qanın olması 
D) Sidikdə irinin olması 
E) Gecikmiş sidiyin xaric olması 
Nikturiya sidiyin miqdar pozğunluqlarına aid olub, sutkalıq sidiyin miqdarının 
yarısının və ya daha çox hissəsinin gecələr ifraz olunmasına deyilir, əsasən ürək –
damar çatışmazlığınin gizli formasında və böyrəklərin xroniki çatışmazlığı zamanı 
müşahidə olunur. Ədəbiyyat:C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh.224.
“Təhsil” . Bakı 1998. 
81. Tibb bacısının sərbəst fəaliyyəti nədən ibarətdir? 
A) Həkimin müalicə-diaqnostik təyinat planını yerinə yetirmək 
B) Gün ərzində xəstənin aktivliyinə, istirahətinə nəzarət etmək və məsləhətlər vermək
C) Həkimin verdiyi təyinatlara əlavələr etmək
D) Xəstənin müalicəyə göstərdiyi reaksiyanı müşahidə etmək
E) Həkimin verdiyi təyinatların vaxtını dəyişmək


24 
Tibb bacısı həkimin bütün göstərişlərinə sözsüz əməl etməlidir, lakin bundan başqa 
onun sərbəst fəaliyyəti də vardır. Onlardan biri də gün ərzində xəstələrə nəzarət, 
onların istirahətini təşkil etməkdir. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb 
bacısının məlumat kitabı”. Səh.6-7 “Azərnəşr” Bakı 1984 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin