85. Böyrək daşı sancısı zamanı ilk yardım göstərərkən tibb bacısı xəstəyə hansı vanna tətbiq edə bilər? A) Naftalan vannası
B) Sərin vanna
C) Soyuq vanna
D) İsti vanna
E) İndifferent vanna
Böyrək daşı sancısı zamanı ilk yardım kimi isti vanna tətbiq edilə bilər.İsti vannanın təsirindən sidik axarlarının spazmı aradan götürülür və daşın xaric olması asanlaşır,xəstənin vəziyyəti yaxşılaşır. Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158. “ Çıraq ” 2008 86. Qəbizlik zamanı xəstəyə hansı qidadan istifadə etmək məsləhət görülür? A) Ağ çörək
B) Kartof
C) Pendir
D) Çuğundur
E) Yumurta
Qəbizlik-müxtəlif səbəblərdən bağırsağın boşalmasının ləngiməsidir. Qəbizliyi aradan götürmək üçün xəstəyə bitki mənşəli (çuğundur, kələm, qara gavalı və s.) qida qəbulu məsləhət görülür. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.40 “Azərnəşr” Bakı 1984 87. Stasionarda terapiya şöbəsində aşağıda göstərilən otaqlardan hansı olmur? A) Sanitariya qovşağı
B) Xəstələr üçün palata
C) Yeməkxana və bufet
D) Prosedur otağı
E) Gips otağı
Sadalanan bütün otaqlar hər bir stasionar şöbədə olan əsas otaqlardır, cərrahi şöbədə isə bunlardan əlavə gips otağı, sarğı otağı, əməliyyat otağı olur. Ədəbiyyat: C.N.Hacıyev,R.Y.Əliyev. Xəstələrə qulluq. Səh 46 “Təhsil ” Bakı 1998 88. Tibb bacısı zəliləri bankadan nə ilə götürməlidir? A) Pinsetlə
B) Kornsanq ilə
C) Şpatellə
D) Əllə
E) Çubuqla
26
Bütün zəliləri bankadan götürüb həcmi 50-100 ml olan kiçik qaba qoyurlar. Zəliləri əl ilə götürüb qoymaq lazımdır ki, onlar həm zədələnməsin, həm də ən yaxşısını seçmək mümkün olsun. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 141-142. “Maarif” 1974