113. Dərialtı inyeksiya hansı bucaq altında aparılır? A) 35
0
B) 90
0
C) 60
0
D) 45
0
E) 70
0
Dəri altı inyeksiya 45 dərəcəli bucaq altında aparılır,çünki bu bucaq altında yeridilən iynə bilavasitə dəri altı nahiyyəyə düşür. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.57 “Azərnəşr” Bakı 1984 114. Vena daxili inyeksiyadan əvvəl turnanın düzgün qoyulmasının göstəricisi nədir? A) Turnadan aşağı hissədə dəri örtüyünün avazıması
B) Mil arteriyasında nəbzin olmaması
C) Turnadan aşağı hissədə dərinin qızarması
D) Turnadan aşağı hissədə dərinin göyərməsi
E) Turna qoyulan nahiyədə qansızmaların olması
Vena daxili inyeksiyadan əvvəl turna düzgün qoyulmalıdır. Yalnız səthi venalar sıxılmalı, arteriyada qan axını pozulmamalı, nəbz hiss olunmalıdır. Turna düzgün qoyulduqda turnadan aşağı hissədə qanın venoz axını ləngidiyinə görə dəri göyərir. Ədəbiyyat:В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 86 115. Meteorizm zamanı qaz çıxarıcı borunun yeridilmə dərinliyi nə qədər olmalıdır (sm-lə)? A) 10-12
B) 20-30
C) 2-4
D) 50
E) 10-15
Meteorizm zamanı əgər digər tədbirlər effekt vermirsə qaz çıxarıcı borudan istifadə olunur. Bu rezin boru olub, 50-sm uzunluğunda və diametri 1 sm-dir. Bir ucu vazelin sürtüldükdən sonra 20-30 sm dərinlikdə düz bağırsağa yeridilir. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 114 116. Yağ imaləsini aparmaq üçün bitki yağının miqdarı (ml-lə) nə qədər olmalıdır?
34
A) 500
B) 100
C) 10
D) 1000
E) 50
Yağ imaləsini qəbizlik zamanı qoyurlar. Bunun üçün bitki yağları: günəbaxan, zeytun, vazilin yağları istifadə olunur. Bir imalə üçün 37-38 dərəcəyə qədər qızdırılmış 100 ml yağ götürülür. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50 “Azərnəşr” Bakı 1984