109. Ağır xəstələrin yataq ağlarının nə vaxt dəyişmək lazımdır? A) Üç gündə bir dəfə
B) Həftədə bir dəfə
C) İki həftədə bir dəfə
D) Çirklənən zaman
E) Gündə iki dəfə
Ağır xəstələrin vəziyyətini daha da ağırlaşdırmamaq üçün yataq ağlarını çirklənənən zaman dəyişirlər. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 30 110. Qızdırmanın üçüncü dövründə tətbiq edilməsi vacibdir: A) Buz qovuğu
B) Sərin vitaminli içkilərin qəbulu
C) Yaş bürümə
D) Çoxlu miqdarda tünd şirin çay və ya kofe qəbulu
E) İsitqac
Temperatur yüksək olduqda orqanizm çoxlu maye itirdiyindən xəstə çoxlu miqdarda maye qəbul etməlidir. Qızdırmanın üçüncü dövründə temperatur endiyinə görə xəstədə arterial təzyiqin enməsi müşahidə edilir.Tünd şirin çayın və kofenin istifadəsi tərkibində kofeinin olmasına görə məqsədəuyğundur. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 47 111. Qızdırmanın inkişafında neçə dövr ayırd edilir? A) 5
B) 2
C) 4
D) 3
E) 1
Qızdırmanın inkişafında 3 dövr ayırd edilir. I dövr-qızdırmanın qalxan dövrü, II dövr-qızdırmanın maksimal yüksəliş dövrü, III dövr-qızdırmanın enmə dövrü. Hər dövrün öz klinik mənzərəsi vardır və xəstələrə qulluq, hər dövrdə öz xüsusiyyətləri ilə xarakterizə edilir. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 123. “Maarif” 1974 112. Hansı maddə dəri içinə yeridilir? A) Ampisillin
B) Klofellin
C) Tuberkulin
D) Kordiamin
E) No-şpa
33
Dəri daxili inyeksiyalardan diaqnostika, yerli keyitmə, sınaq və peyvənd məqsədi ilə istifadə olunur. Tuberkulinlə peyvənd aparılır. Ona görə də tuberkulin dəri daxili inyeksiya edilir. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. “Azərnəşr” Bakı 1984. Səh.56-57.