99. Xəstənin dərman preparatına həsaslığını yoxlamaq üçün iynə hansı nahiyəyə vurulur? A) Əzələ daxilinə
B) Dəri altına
C) Dəri içinə
D) Vena daxilinə
E) Göstərilən bütün nahiyələrə
İnyeksiya zamanı orqanizmin dərmana,əsasən də antibiotiklərə reaksiyasını yoxlamaq üçün 0,01 ml dərman 15mm uzunluqlu iynə ilə dəri içinə yeridilir. Əgər xəstənin orqanizmi dərmana reaksiya verərsə həmin yer qızarır, şişir, hərarəti digər nahiyələrdən yüksək olur.Bu yerli reaksiya olduğundan ağır allergik fəsada səbəb olmur. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.48 “ Çıraq”2008. 100. Dərialtı inyeksiyadan sonra inyeksiya yeri bərkidikdə aşağıda sadalanan tədbirlərdən hansı əks- göstəriş sayılır? A) Bərkiyən nahiyəyə buz qovuğu qoymaq
B) Bərkiyən nahiyəyə isitqac qoymaq
C) Bərkiyən nahiyəyə 40 %-li spirtlə isidici kompres qoymaq
D) Bərkiyən nahiyəyə yod sürtmək
E) Bərkiyən nahiyəyə isti kompres qoymaq
İnyeksiyadan sonra həmin nahiyənin bərkiməsi və qızarması yeridilən dərmanın pis sorulması nəticəsində olur, isti proseduraların təsirindən orada olan qan damarları genişlənir və dərmanın tez sorulmasına kömək edir. Bu zaman buz qovuğunun tətbiqi damarların daralmasına və dərmanın daha da çətin sorulmasına səbəb olar, ona görə bu zaman buz qovuğu işlətmək əks-göstəriş sayılır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 48,“ Çıraq ”2008. 101. Tibb bacısının işinin məqsədi nədən ibarətdir? A) Xəstənin sağalmasına zəmanət vermək
B) Xəstəliyin diaqnostikası və müalicəsi
C) Xəstə ilə aktiv əməkdaşlıq etmək
D) Xəstəlik zamanı mümkün keyfiyyəti təmin etmək
E) Xəstəyə qulluq tədbirlərinin ardıcıllığını təmin etmək
30
Tibb bacısının vəzifələrindən biri də həkimin göstərişinə əsasən xəstəyə qulluq tədbirlərinin ardıcıllığını təmin etməkdir. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.6-8, “Azərnəşr” Bakı 1984