Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Göstərilənlərdən hansı ambulator tipli müalicə müəssisəsinə aiddir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə25/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   274
Tibb bacisi test suallari

89. Göstərilənlərdən hansı ambulator tipli müalicə müəssisəsinə aiddir? 
A) Sanatoriya 
B) Hərbi Hospital 
C) Klinika 
D) Poliklinika
E) Xəstəxana 
Ambulatoriya tipli müalicə müəssisələrində müraciət edən xəstələr müalicə olunur, 
bu baxımdan poliklinika ambulator tipli müalicə müəssisələrinə aiddir. Poliklinikada 
müvafiq : cərrahlıq, terapiya, nevrologiya, urologiya, endokrinologiya və s. həkim 
kabinetləri olur 
 Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 19 . “ Təhsil ” Bakı 
1998. 
90. Müalicə müəssisələrinin ümumi rejiminə nə aiddir? 
A) Xəstələrin və tibbi heyətin şəxsi gigiyenası 
B) Sanitariya rejimi 
C) Göstərilənlərin hamısı
D) Daxili intizam qaydaları 
E) Xəstənin fərdi rejimi 
Sadalanan amillərin hamısı xəstəxananın ümumi rejiminə aiddir. Bu rejimin məqsədi 
xəstələri müalicə etmək, vaxtında və düzgün qidalandırmaqla yanaşı, onlar üçün 
lazımi sanitariya-gigiyenik şərait yaratmaqdır. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 21. “ Təhsil ” Bakı
1998. 
 
91. Göstərilənlərdən hansı stasionar tipli müalicə müəssisəsidir? 
A) Qadın məsləhətxanası 
B) Poliklinika 
C) Təcili yardım stansiyası 
D) Xəstəxana
E) Həkim məntəqəsi 
Stasionar tipli müalicə müəssisələrində müalicə xəstə həmin müəssisədə yatdıqda 
aparılır, bu baxımdan xəstəxana stasionar tipli müalicə müəssisəsi hesab edilir. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 19. “ Təhsil ” 
Bakı 1998. 
92. Xəstəxanada palatanın havası neçə saatdan bir dəyişdirilməlidir? 


27 
A) Hər 3 saatdan 
B) Yalnız səhər 
C) Hər bir saatdan
D) Səhər,axşam 
E) Gündə 3 dəfə 
Palatada havanın miqdarının gigiyenik normasına riayət olunmalıdır. Palatada bir 
xəstəyə düşən hava norması 25.m
3
olmalı və hər bir saatdan bu hava 
dəyişdirilməlidir. Palatada havanı nəfəsliyi açmaqla və ya kondisioner vasitəsilə 
təmizləyirlər.
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 23 . “ Təhsil ” Bakı 
1998. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin