Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Spastik qəbizlik zamanı xəstəyə hansı imalə edilir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə39/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   274
Tibb bacisi test suallari

134. Spastik qəbizlik zamanı xəstəyə hansı imalə edilir? 
A) Sifon 
B) Adi təmizləyci
C) Yağlı
D) Hipertonik 
E) Qidalandırıcı
İmalə üçün istifadə olunan yağlar qızdırılır və axşamdan düz bağırsağa 
yeridilir.Qızdırılmış yağ məhlulu həm spazmı aradan qaldırır,həm də eyni zamanda 
bərkimiş nəcisin xaric olmasını təmin edir. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50
“Azərnəşr” Bakı 1984 


40 
135. Spirometriya hansı məqsədlə istifadə olunur? 
A) Ağciyərlərin tənəffüs həcminin ölçülməsi 
B) Boyun ölçülməsi 
C) Döş çevrəsinin ölçülməsi 
D) Əzələ gücünün ölçülməsi 
E) Bədən kütləsinin ölçülməsi 
İnsanın fiziki inkişafının: boynun, bədən kütləsinin, döş çevrəsinin, əzələ gücünün, 
tənəffüs funksiyasının təyin edilməsi ümumilikdə antropometriya adlanır. 
Spirometriya ağciyərlərin tənəffüs həcminin ölçülməsinə deyilir. Spirometriya 
vasitəsilə ağ ciyərlərin həyat tutumunu təyin edilir. Spirometriya sağlam şəxsləri, 
xüsusən idmançıları müayinə edərkən, sanatoriyalarda, ağciyər və ürək xəstəlikləri 
zamanı tətbiq edilir.Norma kişilərdə 3500-4500 sm
3
, qadınlarda 2500-3500 sm
3
–dir. 
Spirometriyanı, ümumilikdə antropometriyanı tibb bacısı aparır. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ” Səh. 8 “ 
Çıraq ” 2008 
136. Sifon imaləsini aparmaq üçün hansı məhlulu hazırlamaq lazımdır? 
A) 100 ml natrium-xlorid məhlulu
B) 1-2 litr təmiz su
C) 10 litr təmiz su
D) 100 ml natrium-hidrokarbonat məhlulu
E) 100 ml 25%-li maqnezium-sulfat məhlulu
Adi təmizləyici imalələr kömək etmədikdə zəhərlənmələrdə bağırsaqları yumaq üçün 
ən yaxşı üsül sifon imaləsidir. Sifon imaləsi üçün 10-12 litr 38
0
 C-yə qədər isidilmiş 
qaynanmış su götürülür. Bu miqdarda maye bağırsaqların zəhərli maddələrdən 
təmizlənməsini təmin edir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.49-50
“Azərnəşr” Bakı 1984 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin