Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Aşağıdakı hansı dərman forması orqanizmə enteral yolla qəbul edilmir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə35/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   274
Tibb bacisi test suallari

123. Aşağıdakı hansı dərman forması orqanizmə enteral yolla qəbul edilmir? 


36 
A) Draje 
B) Tablet 
C) Məlhəm
D) Kapsul 
E) Mikstura 
Dərmanların mədə-bağırsaq traktından orqanizmə yeridilməsi enteral yolla
yeridilmə adlanır. Dərmanlar enteral olaraq üç yolla yeridilir: dilin altına qoymaqla, 
ağızdan(peros) və düz bağırsaqdan yeritməklə. Məlhəmlər isə dərmanların xaricə 
tətbiqinə aiddir. Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 135. “ 
Təhsil ”Bakı 1998. 
 
124. Stasionarda A və B siyahısına daxil olan, xüsusi seyflərdə saxlanılan
dərmanlar hansılardır? 
A) Narkotik analgetiklər, trankvilizatorlar 
B) Antibiotiklər 
C) Zərdablar 
D) Hipotenziv dərmanlar 
E) Vaksinlər 
Stasionarda A (narkotik analgetik preparatlar) və B (yuxu dərmanları, kodein və s.) 
siyahısına daxil olan dərmanlar xüsusi seyflərdə saxlanılır. Seyfin qapısının daxili 
tərəfində saxlanılan dərmanların siyahısı asılır və bu dərmanların maksimal 
birdəfəlik və sutkalıq dozaları göstərilir. Şöbədə narkotik dərmanlar 5 günlük, digər 
güclü təsirli dərmanlar isə 10 günlük tələbatı ödəyəcək miqdarda saxlanılır. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 127. “ Təhsil ”Bakı
1998. 
125. Stasionarda xəstələrə dərman paylayarkən sadalananlardan hansı tibb 
bacısının səlahiyyətinə aid deyil? 
A) Dərmanları yalnız xəstənin çarpayısının yanında vermək 
B) Təyinat vərəqi ilə dərmanın etiketini tutuşdurmaq 
C) Həkimin təyin etdiyi dərmanları özbaşına dəyişmək
D) “Acqarına”qəbul edilməli preparatları səhər yeməyindən 20-30 dəqiqə əvvəl 
vermək. 
E) Dərmanı xəstəyə mütləq öz yanında qəbul etdirmək. 
Stasionarda dərman paylayarkən yuxarıda sadalananlardan bir cavab istisna 
olmaqla, digər bütün cavablar tibb bacısının səlahiyyətinə aiddir. Tibb bacısı 
özbaşına həkimin təyin etdiyi dərmanı dəyişə, ləğv edə və ya yeni dərmanla əvəz edə 
bilməz, əgər buna təcili zərurət varsa o mütləq həkimi xəbərdar etməlidir. 
Ədəbiyyat: C.N. Əliyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 129 . “ Təhsil ”Bakı
1998. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin