131.Stasionarda müalicə alan xəstəyə narkotik maddə tətbiq etdikdə tibb bacısının səhvi hansıdır? A) Narkotikin boş ampulasını baş tibb bacısına təhvil verir
B) Narkotikin boş ampulasını zibil qabına atır
C) İstifadə olunan və olunmayan ampulaların sayını narkotik jurnalda dəqiqləşdirir
D) Narkotik maddəni tibb bacısı yalnız həkimin xəstəlik tarixçəsindəki
qeydiyyatından sonra vurur
E) Narkotikin boş ampulasını narkotik jurnaldakı dərmanlarla tutuşdurur.
Bütün istifadə edilən narkotiklərin boş ampulaları şöbənin baş tibb bacısına verilir, əvəzində yenisi alınır. Narkotik maddələrin boş ampulaları yalnız xəstəxananın baş həkiminin yaratdığı xüsusi komissiyanın iştirakı ilə məhv edilir.
39
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 128 . “ Təhsil ” Bakı 1998. 132. Stasionarda səhər növbəsini təhvil verməzdən əvvəl tibb bacısı hansı formanı doldurmalıdır? A) Forma 006/ u
B) Forma 003/u
C) Forma 001/u
D) Forma 007/u
E) Forma 1-84
Stasionarda səhər növbəni təhvil verməzdən əvvəl tibb bacısı xəstələrin hərəkəti və çarpayı fondu barədə olan vərəqi forma - 007/u doldurur. Forma 003/u qəbul şöbəsində doldurulur, xəstəlik tarixçəsinin titul vərəqidir. Forma 001/u xəstələrin daxil olma jurnalına alınan məlumatların qeyd edilməsidir. Forma 066/u “Stasionardan çıxan xəstənin statistik vərəqi” dir, tibb bacısı tərəfindən bunun pasport hissəsi və sol yarısı doldurulur. Forma 1-84 palata tibb bacısı tərəfindən bufet və mətbəx üçün yazılan tələbnamədir. Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 51 ; 34. “ Təhsil ” Bakı 1998. 133. Bədən temperaturu 1 dərəcə artanda ürək döyüntüsü necə dəyişir? A) 20 vurğu azalır
B) 10 vurğu azalır
C) 20 vurğu artır
D) 10 vurğu artır
E) Dəyişmir
Bədən temperaturu 1 dərəcə qalxanda ürək döyüntüsü 10 vurğu artır . Qızdırma zamanı ürək yığılmalarının artması və bədənin temperaturunun qalxması ilə yanaşı tənəffüs də tezləşir. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 29 “ Çıraq ” 2008.