18
C) Qida qəbulundan asılı olmayaraq
D) Ac qarına, səhər
E) Qida qəbulundan 30 dəqiqə sonra
Biokimyəvi müayinə üçün qan səhər saat 7-9 arasında acqarına götürülür, analizə
təsir göstərə biləcək dərmanlar analiz götürməkdən 2-3 gün əvvəl saxlanılır, çünki
qəbul edilən qida və dərman analizin göstəricisini dəyişə bilər. Ədəbiyyat:
N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.27 “Çıraq” 2008
61. QİÇS-in (qazanılmış immun çatışmazlıq sidromu) mümkün olan yoluxma
yolu hansıdır?
A) Hava damcı yolu
B) Eyni qabdan qida qəbulu
C)
Əl ilə təmas
D) Həşəratların dişləməsi
E) Yoluxmuş qanın köçürülməsi
QİÇS xəstəliyinin törədicisi xəstə insanın qanında olur.Həmin virusla infeksiyalaşmış
qan və onun fraksiyaları sağlam adama köçürüldükdə, infeksiyalaşmış alətlər
vasitəsilə, xəstə anadan körpəyə və cinsi yolla yoluxma baş verir. Ədəbiyyat:
«Справочник терапевта». Г.П.Матвейков. Минск «Беларусь» 2000. Səh. 672
62. BCJ vaksininin yararlılıq müddəti nə qədərdir?
A)
3 ay
B) 6 ay
C) 1 il
D)
2 il
E) 1 il 6 ay
Vaksinin yararlılıq müddəti control nömrə vurulduqdan sonrakı gündən başlayaraq
2 ildir. Vaksini işıq düşməyən yerdə +8 dərəcə Selsi temperaturda saxlamaq
lazımdır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısınn məlumat kitabı”.
Səh. 167 “ Çıraq” 2008.
63. Plevral punksiya üçün tibb bacısı nəyi hazırlamalıdır?
A) Uzunluğu 8-10 sm olan iynə
B) Troakar
C) Kassirski iynəsi
D) Mikuliç sıxıcısı
E) Arterial sıxıcı
Uzunluğu 8-10 sm olan iynə əksər hallarda bu manipulyasiyalarda (punksiyalarda)
istifadə olunur. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 199.
“Maarif” 1974
Dostları ilə paylaş: