405. Uşaqlarda enterebiozu nə törədir?
A) Lyamblya
B) Askarid
C) Bizquyruq
D) Öküz soliteri
E) Trixosefalioz
Qurd invaziyaları içərisində uşaqlar arasında enteribioza daha çox təsadüf edilir.
Xəstəliyi bizquyruq qurdlar törədir,yaşama müddəti 3-4 həftədir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 139
406. Eksudativ – kataral diatez nədir?
A) Sağlam vəziyyətdir
119
B) Bədən quruluşunun anomaliyasıdır
C) Ayrıca xəstəlikdir
D) Sindromdur
E) Dəri allergiyasıdır
Eksudativ-kataral, diatez erkən yaşlı uşaqlar arasında rast gəlinir və 2-3 yaşa qədər
davam edir.Əsaən dəri və selikli qişalar zədələnir,belə uşaqların dili xəritəyə
bənzədiyi üçün “coğrafi dil”adlanır. EKD xəstəlik deyil sindromdur, onun əmələ
gəlməsində genetik faktor da rol oynayır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 69
407. 5 yaşlı uşağın çəkisi nə qədər olmalıdır?
A) 23 kq
B) 18 kq
C) 25 kq
D) 20 kq
E) 15 kq
5 yaşlı uşağın çəkisi 20-22 kiloqram olmalıdır. 1 yaşda uşaq10-12 kiloqram, sonra
isə hər ilə 2 kq artmalıdır.Çəki artımı 10+ 2 x n düsturuna əsasən hesablanır.
Ədəbiyyat: Л.A.Исaevа, Л.К.Baжenova “Детские Болезни”, Мoсkвa 1986 стр
38
408. 10 yaşlı uşaqda A/T (arterial təzyiq) neçə millimetr civə sütunu olmalıdır?
A) 90 mm/c.st.
B) 80 mm/ c.st.
C) 100 mm/ c.st.
D) 85 mm/ c.st.
E) 95 mm/ c.st.
A/T yeni doğulduqda 60-70 mm/cs 1 yaşda 75-80 mm/cs.10 yaşda isə 100 mm/cs-dir.
1 yaşdan sonra A/T 80+2n düsturu ilə hesablanır
Ədəbiyyat: N.Tağıyev “Neontologiya”Bakı 2007 səh 30
409. Yenidoğulmuşların asfiksiyası zamanı ilk tədbır olaraq nə etmək lazımdır ?
A) Süni tənəffüs
B) Ürəyin masajı
C) Yuxarı tənəffüs yollarının sanasiyası
D) Oksigen
E) Ağciyərlərin süni ventilyasiyası
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbləri çoxdur.Əsas səbəblərdən biri
də uşağın doğuş yollarından xaric olkarkən dölyanı mayeni udmasıdır.Bu dölyanı
120
maye tənəffüs yollarına düşdükdə boğulma-asfiksiya baş verir.İlk yardım olaraq
yuxarı tənəffüs yollarının sanasiyası (təmizlənməsi) aparılmalıdır.
N.Tağıyev Neonatologiya. Bakı 2007.səh 145
Dostları ilə paylaş: |