129
442. Larinqospazm hansı hallarda baş verir?
A) Yemək zamanı
B) Yüksək hərarətin təsiri zamanı
C) Hərarətin aşağı düşməsi zamanı
D) Uşaq qışqırıqla ağladıqda
E) Qusduqda
Larinqospazm spazmofiliya xəstəliyinin bir formasıdır.Bu zaman qırtlaqda səs
tellərinin spazmı olur,uşaq qışqırıb ağladıqda daha da artır.
Ədəbiyyat:ЛA.Исaeвa,Л.К.Бaжеnoвa»Детские Болезни»Mockвa1986 стр 202
443. Kəskin qastrit zamanı uşaqlarda hansı əlamətlər olur?
A) Hərarətin qalxması
B) Baş ağrısı, mədə bulanması
C) Epiqastral nahiyyədə ağrı, qusma
D) A/T (arterial təzyiqin) artması
E) A/T (arterial təzyiqin ) enməsi
Qastrit mədənin selikli qişasının iltihabıdır, uşaqlarda ən çox qidalanmanın
pozulması nəticəsində əmələ gəlir. Uşaqda epiqastral nahiyyədə ağrı, mədə
bulanması, qusma, ümumi zəiflik bəzən hərarətin qalxması olur.
Ədəbiyyat: A.A.Əyyubova, “Uşaq xəstəlikləri”, Bakı-2008, səh 85
444. Anadangəlmə ürək qüsuru ilə doğulmuş uşağın görünüşü necə olur?
A) Qıcolma
B) Huşsuzluq, A/T-in düşməsi
C) Sianoz, təngnəfəslik, göyərmə
D)
Hərarət
E) Bayılma
İlk gündən anadangəlmə ürək qüsuru ilə doğulmuş yüngül təngnəfəslik hiss edilir,
getdikcə artır. Ağız ətrafında sianoz olur, uşaq ağlayanda göyərir.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri”, Bakı- 2008, səh 218
Dostları ilə paylaş: