132
A) Qanın müayinəsinə
B) Sidiyin müayinəsinə
C) Nəcisin ümumi müayinəsinə
D) Nəcisin bakterialoji müayinəsinə
E) Qanın biokimyəvi müayinəsinə
Helmintozun diaqnozu nəcisin ümumi müayinəsinə əsasən qoyulur.
Ədəbiyyat: A.A. Əyyubova, “Uşaq xəstəlikləri”, Bakı -2008, səh 138
455. Uşaq bayılarkən nə etmək lazımdır?
A) Vitaminlər yeritməli
B) Qlükoza , sulfanilamid preparatlar verməli
C) Antibiotiklər yeritməli
D) Naşatır iylətməli , kofein ,mezaton, kardiamin verməli
E) Antihistamin preparatlar yeritməli
Bayılmada ilkin yardım olaraq xəstəni uzandırmaq, ayaqlarını yuxarı qaldırmaq, onu
sıxıcı paltardan azad etmək,naşatr iylətmək, hava gəlməsini təmin etmək, üzünə,
sinəsinə soyuq su çiləmək lazımdır.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı
456. Doğulduqdan sonra Hepatit B-yə qarşı ilk peyvənd nə vaxt vurulur?
A) İlk 12 saat ərzində
B) 3 gündən sonra
C) İlk 24 saat ərzində
D) Bir gündən sonra
E) İki gün sonra
Yenidoğulmuşlar arasında hepatit B-yə yoluxma hallarının qarşısını almaq üçün
uşaq doğulduqdan sonra 12 saat ərzində bu xəstəliyə qarşı peyvənd vurulur.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Modul 2. Bakı 2010 ,səh 10
457. Yenidoğulmuşa gigiyenik vanna nə vaxt təyin olunur?
A) İlk patronajdan sonra
B) Doğulan kimi
C) Doğulandan 8 saat sonra
D) Göbək yarası sağaldıqdan sonra
E) Göbək yarası sağalmamış
Gigiyenik vannalar uşağın dərisini təmizləyir və sağlamlaşdırılması üçün aparılır.
Gigiyenik vannalar göbək ciyəsi düşəndən 1-2 gün sonra aparılmalıdır.
Ədəbiyyat: N.Tağıyev, “Neonatologiya”, Bakı 2007 , səh 34
Dostları ilə paylaş: