Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Hansı xəstəlik zamanı arxa boyun limfatik vəziləri palpasiya edilir (əllənir)?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə126/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   122   123   124   125   126   127   128   129   ...   274
Tibb bacisi test suallari

445. Hansı xəstəlik zamanı arxa boyun limfatik vəziləri palpasiya edilir (əllənir)?
A) Qızılca 
B) Məxmərək
C) Hepatit B 
D) Pankreatit
E) Meningit 
Məxmərək səpgi ilə müşahidə olunan infeksion xəstəliklərə aiddir.Xəstəliyin əsas 
xarakter siptomu arxa boyun limfatik vəzilərinin palpasiya edilməsi yəni 
əllənməsidir. 
Ədəbiyyat: N.Tağıyev “Neontologiya” Bakı 2007 səh45 


130 
446. Uşağa oksigen hansı formada verilir? 
A) ağızdan-buruna 
B) quru oksigen 
C) ağızdan-ağıza 
D) nəmləşdirilmiş oksigen
E) təmiz oksigen 
Oksigen verərkən mütləq nəmləşdirmək lazımdır ki, uşağın yuxarı tənəffüs yolları 
qıcıqlanmasın. 
Ədəbiyyat: N. Tağıyev “Neontologiya”Bakı 2007 səh 30 
 
447. Yeni doğulmuşlarda böyük əmgək hansı sümüklərin arasında yerləşir? 
A) Ənsə və təpə sümükləri arasında 
B) Təpə və alın sümükləri arasında
C) Təpə sümükləri arasında
D) Alın və ənsə sümükləri arasında
E) Yenidoğulmuşlarda normada böyük əmgək bağlanmış olur 
Yeni doğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir. 
Ədəbiyyat: Л.A.Исaeва, Л.К.Бaжenoвa «Детские Болезни» Moсkвa 1986 , стр35 
 
448. Uşaqlarda raxit hansı vitaminin çatışmazlığı nəticəsində yaranır? 
A) A vitamini 
B) D vitamini
C) B vitamini 
D) E vitamini 
E) C vitamini 
Ultrabənövşəyi şüaların təsirindən dəridə olan vitamin D
3
 aktivləşərək D

–yə çevrilir 
və orqanzmə daxil olur. Bu vitaminin çatışmazlığı nəticəsində raxit əmələ gəlir.
Ədəbiyyat: A.A. Əyyubova , “Uşaq xəstəlikləri”, Bakı- 2008, səh 14. 
449. Uşaqlarda tərləmə, ənsə nahiyəsində tükün tökülməsi hansı xəstəlik zamanı 
baş verir? 
A) Diatez zamanı 
B) Bişməcə zamanı 
C) Dəri xəstəlikləri zamanı 
D) Spazmofiliya zamanı 
E) Raxit
Raxit xəstəliyi zamanı vegetativ sinir sisteminin pozğunluğu raxitin başlanğıc 
dövründə əmələ gəli,. Uşaq narahat olur yuxusu pozulur, çox tərləyir, başını yastığa 
sürtür, ənsə nahiyyəsinin tükü tökülür, uşaqda yüngül oyanıqlıq baş verir. 
Ədəbiyyat: A.A. Əyyubova, “Uşaq xəstəlikləri”, Bakı- 2008, səh 15 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin