Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 İlk patronaj nə vaxt aparılır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə129/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   125   126   127   128   129   130   131   132   ...   274
Tibb bacisi test suallari

458. İlk patronaj nə vaxt aparılır?
A) Doğum evindən evə yazılandan 10 gün sonra 
B) Doğulan kimi
C) Doğum evindən evə yazılandan bir həftə sonra
D) Doğum evindən evə yazılandan sonra 3 gün ərzində


133 
E) Doğum evindən evə yazılandan bir ay sonra 
Uşaq doğum evindən evə yazıldıqdan sonra ilk 3 gün ərzində məsləhət üçün sahə 
tibb bacısı və həkim tərəfindən yoxlanılmalıdır. Bu ilk patronaj adlanır. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ”Bakı 2007 səh 35 
459 Xardal yaxması qoyarkən nəyə fikir verilməlidir? 
A) Vəziyyətin ağırlığına
B) Sinir sisteminin vəziyyətinə
C) Sümük sisteminin vəziyyətinə
D) Dərinin vəziyyətinə və həssaslığına
E) Vəziyyətinə və yaşına görə
Xardal iltihabı prosesin sorulmasına kömək edir.Onun təsirindən damarlar genəlir- 
qan dövranı yaxşılaşır.Xardal qoyarkən dərinin vəziyyətinə və həssaslığına fikir 
verilməlidir.
Ədəbiyyat: Л.A.Исaева, Л.К.Бaжenoвa, 
«
Детские Болезни» Мockвa 1986, 306 
460. Hipoksiyanın dölə qısa müddətli təsirindən nə qeyd olunur? 
A) Taxipnoe 
B) Bradinardiya
C) Apnoe
D) Taxikardiya
E) Bradipnoe 
Hipoksiya – yəni O
2
aclığı bətndaxili və bətnxarici ola bilər, bu zaman cift qan 
dövranı pozulur – dölün bədəninə 0
2
az daxil olur və O

aclığı baş verir. Bunun 
təsirindən dölün ürək döyüntüləri çoxalır yəni taxikardiya əmələ gəlir. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 səh 145 
461. Eksikoz dedikdə nə başa düşülür? 
A) Qan azlığı 
B) A/T (arterial təzyiqin) düşməsi 
C) İshal 
D) Qusma 
E) Susuzluq
Mədə bağırsaq infeksiyaları zamanı orqanizmin qusma və ishal nəticəsində çoxlu su 
itirməsi nəticəsində əmələ gələn susuzluğa eksikoz deyilir.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 56 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin