134
Hipotrofiya xroniki qida pozğunluğudur. Səbəbi xroniki xəstəliklər, ana südünün az
olması – hipoqalaktiya və südün keyfiyyətsiz olması nəticəsində qidanın həzmi
pozulur, uşağın çəkisi artmır, hətta azalır – hipotrofiya əmələ gəlir.
Ədəbiyyat:A.A. Əyyubova .“Uşaq xəstəlikləri .”Bakı 2008
463. Süd yarasının törədicisi nədir ?
A)
Viruslar
B) Kokklar
C)
Göbələklər
D) Stafilakoklar
E) Strepfokoklar
Süd yarasını törədicisi kandida cinsinə aid maya göbələklərdir.
Ədəbiyyat: A.A.Əyyubova. “Uşaq xəstəlikləri .“Bakı-2008, səh 90
464. Uşaqlarda yalançı inaq tutması zamanı hansı əlamətlər baş verir?
A) Qusma, ishal
B)
Hərarət
C) Hürücü öskürək, boğulma, tənəffüsün çətinləşməsi
D)
Sianoz
E) Baş ağrısı
Yalançı inaq kəskin larinqotraxeit zamanı əmələ gəlir. Səs telləri şişir, səs yarığı
daralır, nəticədə uşaqda tənəffüs çətinləşir, hürücü öskürək və boğulma olur.
Ədəbiyyat: A.A.Əyyubova .“Uşaq xəstəlikləri.” Bakı.2008,səh 205
465.
Uşaq üçün duodenal zondun uzunluğu necə təyin ounur?
A)
Dişdən göbəyə qədər
B) Dildən göbəyə qədər
C)
Döş sümüyündən göbəyə qədər
D) Qaş arasından göbəyə qədər
E) Burundan göbəyə qədər
Duodenal zondlama həm diaqnostika həm də müalicə məqsədilə aparılır,xəstəliklər
zamanı diaqnostika məqsədi ilə aparılır. Bunun üçün əvvəl zondun uzunluğu təyin
edilməlidir. Bu qaş arasından göbəyə qədər olan məsafə ilə təyin edilir.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri. ”Bakı. 2008 ,səh 108
Dostları ilə paylaş: