Yüksək kalorili və güclü qidalanma hansı xəstəlik zamanı təyin edilir?
Kəskin qastrit
Ürəyin işemik xəstəliyi
Kəskin pielonefrit
Ağciyər vərəmi
Hepatit B
Vərəm xəstəliyi zamanı qida rasionunda zülalların ,mineral maddələrin və vitaminlərin miqdarı artırılır, xəstə gündə 5 dəfə qidalanır, xəstəyə 11 № li pəhriz təyin edilir.Bu, xəstənin immunitetini artırmaqla yanaşı eyni zamanda vərəm əleyhi müalicənin effektini də artırır.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 88. “ Təhsil” Bakı 1998
Sıfır pəhriz nə zaman təyin olunur?
Şəkərli diabetdə
Piylənmə zamanı
Mədə və 12 barmaq bağırsaq əməliyyatlarından sonrakı ilk günlərdə
Podaqra zamanı
Hepatit zamanı
Sıfır pəhrizi stolları həzm traktı orqanlarında cərrahi əməliyyat keçirmiş xəstələrə tətbiq edilir. Pəhrizin məqsədi bağırsağın köpməsini azaltmaq ,həzm üzvlərinin üzərinə düşən yükü azaltmaq , adi qidalanmaya əks-göstəriş olduğu hallarda xəstənin qidalanmasını təmin etməkdir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 90. “ Təhsil” Bakı 1998
Dostları ilə paylaş: |