Yenidoğulmuşun göbək qalığı neçənci gün düşür?
A) 3-4
B) 1-2
C) 4-5
D) 6-7
E) 8-9
Uşaq doğulduqdan sonra 2 saat ərzində göbək işlənilir, sıxıcı qoyulur. Göbək qalığı quru saxlanılır. Sağalmış göbək qalığı 4-5 ci gün düşür.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 30.
Tibb bacısı poliklinikadan kənarda uşaqda larinqospazm olduğunu görərsə, nə etməlidir?
poliklinikaya göndərməli
təcili xəstəxanaya göndərməli
oksigen verməli
ürək dərmanları verməli
fizioterapevtik müalicəyə göndərməli
Larinqospazm səs yarığının daralması, qırtlağın stenozu deməkdir. Bu zaman uşaqda tənəffüsün dayanması baş verir. Belə vəziyyətdə uşağa ilk yardım göstərilməzsə, uşaq boğula bilər. Ona görə tibb bacısı uşağı təcili olaraq xəstəxanaya göndərməlidir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 201
Dostları ilə paylaş: |