190) Öd kisəsinin rentgen müayinəsi üçün göstərilən maddələrdən hansı istifadə edilmir? A) Biliqnost
B) Xolevid
C) Biliqrafin
D) Bilitrast
E) Barium +
191) Hansı vitamin suda həll olur? A) K
B) A
C) D
D) C +
E) E
192) Hansı vitamin çatışmadıqda xəstədə "gecə və ya toyuq korluğu "olur? A) C
B) A +
C) D
D) E
E) K
193) Hansı duz sümüklərin normal inkişafı üçün əsas əhəmiyyət daşıyır? A) Kalium
B) Natrium
C) Barrium
D) Maqnezium
E) Kalsium +
195) Nikturiya nədir? A) Gecikmiş sidiyin xaric olması
B) Gecə sidiyinin miqdarının çox olması +
C) Sidikdə irinin olması
D) Sidikdə qanın olması
E) Sidiyin xüsusi çəkisinin sabit qalması
196) Tibb bacısının sərbəst fəaliyyəti nədən ibarətdir? A) Həkimin verdiyi təyinatlara əlavələr etmək
B) Həkimin verdiyi təyinatların vaxtını dəyişmək
C) Gün ərzində xəstənin aktivliyinə, istirahətinə nəzarət etmək və məsləhətlər vermək +
D) Xəstənin müalicəyə göstərdiyi reaksiyanı müşahidə etmək
E) Həkimin müalicə - diaqnostik təyinat planını yerinə yetirmək
197) Sidikdə şəkərin miqdarını təyin etmək üçün sidik necə toplanır? A) Steril sınaq şüşəsinə 10 ml sidik yığılır
B) Səhər yuxudan durduqdan sonra 100 - 200 ml toplanır
C) Yalnız gecə saat 22°° - dan səhərə qədər ifraz etdiyi sidik toplanır°°
D) Xəstəyə acqarına 1, 5 l maye içirdikdən sonra ilk 4 saat ərzində toplanır
E) Bir sutka ərzində toplanır +
198) Zimnitski sınağı aparmaq üçün sidik neçə payda yığılır? A) 2
B) 6
C) 4
D) 3
E) 8 +