91) Kəskin ürək çatmamazlığı əlamətlərinə aid deyil?
A) Sapvari nəbz
B) Hipertermiya
C) Dəri örtüyünün avazıması
D) “Mərmər dəri”
E) Arterial təzyiqin enməsi
Ədəbiyyat:Н.П.Шабалов. Детские болезни, 2002
92) Aşağıdakılardan hansı məxmərək xəstəliyinə xas əlamət deyil?
A) Boyun və ənsə limfa düyünlərinin böyüməsi
B) Ləkəli səpgilər
C) Faringit və konyuktivitin olması
D) Səpgilərin başın tüklü hissəsində olması
E) Səpgilərin əsasən ətrafların açıcı səthlərində, üzdə, beldə olması
Ədəbiyyat:Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
93) Göyöskürək xəstəliyinin törədicisi hansıdır?
A) Borde-Janqu çöpləri
B) Viruslar
C) Parazitlər
D) b hemolitik streptokoklar
E) Löffler çöpləri
Ədəbiyyat:Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
94) Aşağıdakılardan hansı göyöskürək xəstəliyinə xas əlamət deyil?
A) Dəridə səpgilər
B) Kataral əlamətlər
C) Repriz
D) Tutmaşəkilli öskürək
E) Üz dərisinin sianozu
Ədəbiyyat:Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
Dostları ilə paylaş: |