Tibb bacısı Pediatriya Üzrə Test Tapşiriqlar 1 Skarlatina zamanı İlk əsas klinik əlamət hansıdır?


) Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil?



Yüklə 307,83 Kb.
səhifə70/343
tarix02.01.2022
ölçüsü307,83 Kb.
#39248
1   ...   66   67   68   69   70   71   72   73   ...   343
2021-03-03 15-24-30

237) Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil?

1) Kompres

2) Toz şəklində səpmək

3) Damcı şəklində dəri səthindəki yaraya damılatmaq

4) Dilin altına qoymaq

5) Yaranın üzərinə sürtmək

6) Dəri içinə yeritmək
A) 4, 6

B) 2, 6


C) 3, 5

D) 2, 4


E) 1, 4
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 131 . “ Təhsil ” Bakı 1998 .

238) Hansı halda tibb bacısı xəstəyə qızdırıcı kompres qoymalıdır?
A) Yüksək qızdırma olduqda

B) Dəridə allergik səpgilər olduqda

C) İrinli proses olduqda

D) İnyeksiyadan sonra yerli infiltrat olduqda

E) Dərinin tamlığı pozulduqda
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 118 . “ Təhsil ” Bakı 1998 .

239) Xəstəyə xardal yaxması qoyarkən tibb bacısı aşağıda göstərilənlərdən hansını düz etmir?
A) Xardal kağızını götürdükdən sonra dərini ilıq suda isladılmış dəsmalla silir

B) Xardal qoyulacaq nahiyənin üstünü açır

C) Xardal kağızını 5 - 15 dəqiqə xəstənin bədənində saxlayır

D) Xardal kağızının üstünü dəsmalla örtüb, xəstəni yorğana bürüyür

E) Tibb bacısı xardal kağızını soyuq suda isladıb, xəstənin bədəninə qoyur
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 115 . “ Təhsil ” Bakı 1998.

240) Aşağıda göstərilən vəziyyətlərdən hansında tibb bacısı xəstəyə buz qovuğu tətbiq edə bilməz?
A) Əzilmələr zamanı 3-cü gün

B) Böyrək sancılarında

C) Daxili qanaxmalar olduqda

D) Kəskin appendisit zamanı

E) Yüksək qızdırma olduqda
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 122. “ Təhsil ” Bakı 1998.

241) Stasionarda müalicə alan xəstəyə narkotik maddə tətbiq etdikdə tibb bacısının səhvi hansıdır?
A) Narkotik maddənin boş ampulunu baş tibb bacısına təhvil verir

B) Yalnız həkimin xəstəlik tarixindəki qeydiyyatından sonra narkotik maddəni yeridir

C) Narkotikin maddənin boş ampulunu zibil qabına atır

D) Narkotik maddənin boş ampulunu narkotik jurnaldakı dərmanlarla tutuşdurur

E) İstifadə olunan və olunmayan ampulların sayını narkotik jurnalda dəqiqləşdirir
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 128 . “ Təhsil ” Bakı 1998.

242) Stasionarda səhər növbəni təhvil verməzdən əvvəl tibb bacısı hansı formanı doldurmalıdır?
A) Forma 007/ azs

B) Forma 003/ azs

C) Forma 1 - 84/ azs

D) Forma 006/ azs

E) Forma 001/ azs
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 51 ; 34. “ Təhsil ” Bakı 1998.


Yüklə 307,83 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   343




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin