921) Ənsə gəlişi ön görkəmdə aparıcı nöqtə hansıdır?
A) Kiçik əmgək
B) Ənsəaltı qabar
C) Ənsəaltı çuxur
D) Promontorium
E) Böyük əmgək
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
922) Doğuşun ikinci dövrü nə vaxt başlayır?
A) Uşaqlıq boynu tam acıldıqdan sonra
B) Qanaxma olduqda
C) Gücvermə olmadıqda
D) Sancılar 5 dəqiqədən bir və 40 saniyə müddətində olduqda
E) Dölyani mayenin axması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
923) Nə vaxt doğan qadın güc verməməlidir?
A) Çiyinlər doğularkən
B) Döl başının xarici fırlanması zamanı
C) Döl başı ənse doğulandan sonra
D) Ciftin ayrılma əlamətləri müsbət olduqda
E) Təpə qabarları doğularkən
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
924) Şreder üsulu ilə ciftin ayrılma əlamətini yoxlamaq üçün nə etmək lazımdır?
A) Qadına nəfəs almasını təklif etmək
B) Qadına gücənmək təklif etmək
C) Göbək ciyəsinin pulsasiyasını yoxlamaq
D) Uşaqlıq dibinin hündürdə durma səviyyəsinin dəyişilməsini müəyyən etmək
E) Qasıq üzərindən ovucun kənarı ilə bir qədər basmaq
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
925) Doğan qadının çəkisi 80 kq olduqda, doğuş zamanı fizioloji qan itirmənin yuxarı sərhəddi qadının çəkisinin neçə faizini təşkil edir?
A) 1%
B) 2%
C) 0,3%
D) 5%
E) 0,7%
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
926) Sancıların agrısını azaltmaq üçün nədən istifadə edilir?
A) Sidikqovucular
B) Spazmolitiklər
C) Antibiotiklər
D) Uterotoniklər
E) Trankvilizatorlar
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
Dostları ilə paylaş: |