579) Ağciyərdən kənar vərəm xəstəliklərinə hansı daxil deyil?
A) MSS-nin vərəmi
B) Dəri vərəmi
C) Qarın boşluğu üzvlərinin vərəmi
D) Sümük və oynaq vərəmi
E) Ocaqlı vərəm
Ədəbiyyat: M.И.Перельман. В.А. Корякин. Фтизиатрия. «Медицина» Москва 1996
580) Vərəm mikrobakteriyalarının laborator üsullarla müəyyən edilməsinə aşağıdakılardan hansı aiddir?
A) Flyüoroqrafiya
B) Bakterioskopiya, bakterioloji metod
C) Qanın analizi
D) Sidiyin müayinəsi
E) Plevral punksiya
Ədəbiyyat: M.И.Перельман. В.А. Корякин. Фтизиатрия. «Медицина» Москва 1996
581) Ilk dəfə aşkar edilmiş fibroz – kavernoz vərəmli xəstənin ailə üzvləri hansı müayinədən keçməlidir?
A) Spiroürafiya
B) Ultrasəs müayinəsi
C) Bronxoskopiya
D) Torakoskopiya
E) Flüroqrafiya
Ədəbiyyat: M.И.Перельман. В.А. Корякин. Фтизиатрия. «Медицина» Москва 1996
582) Ağciyər vərəminin kompleks müalicə metodlarına hansı aid edilmir?
A) Kollapsoterapiya
B) Dezinfeksiya
C) Müasir kimyəvi müalicə
D) Cərrahi müalicə
E) Sanator gigiyenik rejim, pəhriz
Ədəbiyyat: M.И.Перельман. В.А. Корякин. Фтизиатрия. «Медицина» Москва 1996
583) Vərəm əleyhinə aktiv preparatlara aiddir?
A) Retabolil, nerobol, prednizolon
B) Kokarboksilaza, ATF, aloe, plazmol
C) İzoniozid, etambutol, PAST, rifampisin, streptomisin
D) Askorbin turşusu, riboflavin, sianokobolamin
E) İnsulin
Ədəbiyyat: M.И.Перельман. В.А. Корякин. Фтизиатрия. «Медицина» Москва 1996
584) Aşağıdakı allergik reaksiyaların hansında asfiksiya xəstənin ölümünə səbəb olur?
A) Zərdab xəstəliyi
B) Kvinke ödemi
C) Allerqotoksidermiya
D) Məxmərək
E) Pollinoz
Ədəbiyyat: Е.И. Чазов. Неотложные состояния и экстренная медицинская помощь. «Медицина». Москва, 1990
Dostları ilə paylaş: |