30 yanvar 2016-cı il
http://www.amu.edu.az
5
Dərsə davamiyyəti qənaətbəxş ol-
mayan tələbələrin problemlərinin
müvafiq dekanlıqlar və kafed-
ra müdirləri ilə mütəmadi olaraq
müzakirə edildiyini, xarici tələbələr
dekanlığının bu barədə Türkiyə,
İran, İraq, Fələstin, Sudan və s.
ölkələrin səfirlikləri və səfirliklərin
nümayəndələri ilə görüşlərdə onla-
ra şifahi və yazılı olaraq məlumatlar
verdiyini deyən R.Qabulova, kollek-
tiv qarşıda duran vəzifələr üzərində
xüsusi dayandı. Qeyd etdi ki, “xari-
ci ölkə səfirlikləri, nümayəndəlikləri,
universitetləri, hökümət və qeyri-
hökümət təşkilatları ilə əməkdaşlığı
genişləndirmək, daha çox əcnəbi
tələbənin təhsil ocağına cəlb olunması
məqsədilə ATU-nun beynəlxalq miq-
yasda geniş təşviqat kampaniyasını
aparmaq əsas hədəflərimizdən biri-
dir”. Eyni zamanda beynəlxalq qrant
layihələrində, mübadilə proqramla-
rında universitetin müəllim və tələbə
heyətinin daha aktiv iştirakını təmin
etməyin vacibliyini önə çəkən pro-
rektor universitetdə təhsil alan xari-
ci vətəndaşların təlim-tərbiyə işlərini
gücləndirmək, mövcud Əsasnamə və
Qaydaların icrasına nəzarət etməyin
də qarşıda duran əsas vəzifələrdən
olduğunu dedi.
Müvafiq dekanlıqlar və kafedralar
ilə bərabər xarici dili bilən kafedra
əməkdaşlarından ibarət “Beynəlxalq
əlaqələr
şəbəkəsi”nin
yaradıla-
cağını söyləyən prorektor, ingilis
dilində dərs deyən müəllimlərin dil
biliklərinin təkmilləşdirilməsi və uni-
versitetin Əsaslı kitabxanasının tədris
üçün zəruri olan ingilisdilli dərsliklər
və dərs vəsaitləri ilə təmin olunması-
nın vacibliyini vurğuladı.
İxtisasartırma, magistratura, rezi-
dentura və doktorantura pillələrində
təhsil alan əcnəbi vətəndaşlara uni-
versitetin müvafiq klinika və ba-
zalarında maksimum şərait yarat-
maq, xarici tələbələrin yaşadıqları
yataqxanalarda oxu zalı və internet
şəbəkəsinin yaradılması, tələbələrin
asudə vaxtının səmərəli təşkili də
universitet kollektivi qarşısında duran
mühüm vəzifələrdəndir.
Məruzə ətrafında çıxış edən Tədris
Terapevtik Klinikanın direktoru,
professor Surxay Musayev, Tədris
Cərrahiyyə Klinikanın direktoru,
AMEA-nın müxbir üzvü, profes-
sor Nuru Bayramov, psixiatriya ka-
fedrasının müdiri, professor Gəray
Gəraybəyli, tədris-metodik innovasi-
yalar şöbəsinin müdiri, professor Akif
Qurbanov və xarici tələbələrlə iş üzrə
dekan, dosent İsmayıl Əfəndiyev he-
sabatı qənaətbəxş qiymətləndirərək
universitetin xarici əlaqələri ilə
bağlı fikirlərini söylədilər, mövcud
problemlərdən danışaraq təkliflərini
irəli sürdülər.
Müzakirələrə yekun vuran profes-
sor S.Əliyev diqqəti ingilis bölümündə
təhsil alan əcnəbi tələbələrin
problemlərinə yönəldərək, onla-
rın xarici dildə mühazirə material-
larına, kitablara, dərs vəsaitlərinə
ehtiyac
duyduqlarını
vurğuladı:
“Bu da həqiqətdir. Ancaq bir real-
lıq da var. Hər bir kafedra 3 dildə
mühazirənin mətnini hazırlamalı,
həmin mühazirələr lazım gəldikdə
cildlənib tələbələrə paylanmalıdır.
Buna nəzarət də xarici tələbələrin de-
kanlığı, beynəlxalq prorektorluq və
müvafiq dekanlıqlar tərəfindən apa-
rılmalıdır. Çox təəssüf ki, bu işlərimiz
hələ qaydasında deyil. Ona görə də
bu məsələ üzərində hər bir kafedra
düşünməlidir”.
Xarici tələbələrlə işləyən müəllimlərin
seçimi zamanı diqqətli olmağı tövsiyə
edən S.Əliyev bildirdi ki, seçilən
müəllimlərin bütün cəhətləri - intel-
lektual səviyyəsi, mədəniyyəti, dav-
ranışı, savadı və dil bilikləri nəzərə
alınmalıdır. Artıq 10 ildən çoxdur ki,
bu məsələ üzərində işləyirik. Hər bir
kafedrada indiyədək ingilis dili bö-
lümü üçün ən azı 6-7 müəllim ha-
zırlanmalıydı. Əgər hazırlanmayıbsa,
günah həmin kafedraların özündədir”.
Bəzi müəllimlərin xarici tələbələrlə
kobud rəftarından təəssüfləndiyini
vurğulayan S.Əliyev bu cür halla-
rın universitetimizin nüfuzuna xələl
gətirdiyini söylədi. O, dünya təhsil
sisteminə
inteqrasiya
etməyin,
beynəlxalq aləmdəki yeniliklərin
universitetimizə gətirilməsinin vacib-
liyini önə çəkdi.
Əməkdaşlara universitet tərəfindən
verilən əlavə əmək haqqının daxili
imkanlar hesabına müəyyən miqdar-
da artırılmasına razılıq verən Böyük
Elmi Şura müsabiqə məsələlərini həll
etməklə öz işini yekunlaşdırdı
.
Dostları ilə paylaş: