http://www.amu.edu.az
30 yanvar 2016-cı il
6
Azərbaycan Respublikası ilə
həmsərhəd
dövlətlərdə ötən
ilin son aylarında epidemik
qripin yayılması ilə əlaqədar
ölkəmizdə bu xəstəliyə qarşı
artıq 2 aydan çoxdur ki, geniş
profilaktik tədbirlər həyata ke-
çirilir. Hazırda Səhiyyə Nazirliyi
bu məqsədlə həyata keçirilən
tədbirlərin icrasını gücləndirib
.
Səhiyyə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bil-
dirib lər ki, tədbirlər çər-
çivəsində ağır formalı kəskin
respirator xəstəliyə yoluxma-
sı şübhəli olanların müalicəsi,
o cümlədən, hospitallaşdırıl-
ması üçün xüsusi palataların
ayrılması, dərman ehtiyatının
yaradılması, virusa yoluxması
şübhəli olan xəstələrin labo-
rator müayinəsinin aparılması,
tibb müəssisələrində dezinfek-
siya rejiminin gücləndirilməsi
istiqamətində işlər görülüb.
Həyata keçirilən tədbirlər
çərçivəsində,
respublikanın
şəhər və rayonlarında zəruri
profilaktik, qabaqlayıcı tədbirlər
həyata keçirilib. Respublika-
nın bütün sərhəd ərazilərində
Dövlət
Gömrük
Komitəsi,
Dövlət Sərhəd Xidməti və
Fövqəladə Hallar Nazirliyi ilə
işgüzar əməkdaşlıq yaradılıb.
Sərhəd-keçid məntəqələrində
müvafiq profilaktik tədbirlər
görülmüş, xüsusi avadanlıq
qurulmuş, gündəlik nəzarət
təşkil edilmiş və aidiyyəti
mütəxəssislərə zəruri metodiki
yardım göstərilib.
Tibb işçilərinin xəstəliyə qar-
şı diqqətini və sayıqlığını artır-
maq məqsədi ilə respublikanın
bütün şəhər və rayonlarının
tibb işçilərinə epidemik qrip
xəstəliyi barədə təlimlər keçi-
rilib.
İxtisaslaşdırılmış
müəssi-
sələrdə ağır kəskin respira-
tor viruslu xəstələrin müayinə
və müalicəsi üçün lazı-
mi şərait yaradılmış, səhiyyə
müəssisələri epidemik virusa
qarşı dərman preparatları və
tibbi ləvazimatlarla təchiz olu-
nub. Yalnız yanvar ayı ərzində
bu tibb müəssisələrində 100-
dən artıq ağır formada kəskin
respirator virus infeksiyalı şəxs
müalicə olunaraq sağaldılıb.
PZR (Polimeras zəncirvari
reaksiya avadanlığı) və digər
müasir avadanlıqla təchiz edil-
miş virusoloji laboratoriya-
larda 200-dən artıq şübhəli
xəstələrdən
götürülmüş
nümunələrin müayinəsi təşkil
olunub. Laborator tədqiqatları
nəticəsində A(H1N1) virusu aş-
kar edilməmiş, dövr edən vi-
ruslar arasında isə mövsümi
qriplərdən biri olan A(H3N2)
virusu üstünlük təşkil etdiyi
müəyyən edilib.
Epidemioloji prosesə dina-
mik müşahidənin aparılması
məqsədi ilə respublikanın iri
şəhərlərində kəskin respira-
tor virus infeksiya üzərində
gündəlik monitorinq aparılır və
nəticələr təhlil edilir. Mövsümlə
əlaqədar xəstəliyin bir qədər
artmasına baxmayaraq, onun
səviyyəsi epidemioloji həddən
aşağıdır.
Lakin buna baxmayaraq,
dünyada və ələlxüsus bütün
sərhədyanı ölkələrdə gərgin
epidemioloji vəziyyətin da-
vam etməsi və hətta daha
da gərginləşməsi ölkəmiz
üçün real təhlükə yaratmaq-
la əlavə profilaktik, müalicəvi
və əksepidemik tədbirlərin
gücləndirilməsini tələb edir.
Bu məqsədlə əlavə olaraq ağır
kəskin respirator xəstələrin
müalicəsi üçün nəzərdə tutulan
müasir yüksək effektli dərman
preparatları tibb müəssisələrinə
çatdırılmış, tibb personalı üçün
qoruyucu vasitələr, əhalinin
maarifləndirilməsi üçün xüsu-
si təlimatlar göndərilmiş, de-
zinfeksiya rejimi gücləndirilib.
Tətil günlərinin başlanması ilə
əlaqədar bütün məktəblərdə
profilaktik
dezinfeksiya
tədbirləri aparılır.
Qeyd edək ki, epidemiolo-
ji stabilliyin təmin edilməsində
əhali əhəmiyyətli rol oynayır.
Əhalidən bir daha xəstəliyin
əlamətləri özünü büruzə ver-
diyi andan tibb müəssisəsinə
müraciət etmək, xüsusi qo-
ruyucu vasitələrdən istifadə
etmək, şəxsi gigiyenaya riayət
etmək xahiş olunur. İmmuniteti
zəiflədən xroniki xəstəliklərdən
əziyyət çəkən yaşlı insanlar-
dan səhhətlərinə qarşı xüsusilə
diqqətli olmaları tövsiyə olunur.
Nəzərə almaq lazımdır ki, epi-
demik qrip mövsümi qripdən
daha ağır cərəyan edir. Ha-
va-damcı yolu ilə yayılan viru-
sun intoksikasiya simptomları
- qusma, ishal, güclü baş ağ-
rısı ilə başlayır, yüksək hərarət,
tənəffüsün çətinləşməsi, təngi-
nəfəsliklə müşahidə olunur.
Mövsümi qrip zamanı ağır-
laşma 10-15 gün keçdikdən
sonra baş verdiyi halda, epi-
demik virusda xəstəliyin 2-3-
cü günlərində ağırlaşmalar
müşahidə olunur. Həmçinin
daxili orqanlar, xüsusən də ağ
ciyər zədələnir.
Ümumiyyətlə,
beynəlxalq
təcrübə göstərir ki, müt-
ləq, hətta coğrafi-iqlim pa-
ra metrlərinə görə yüksək risk
ərazisində yerləşən ölkələr,
qripə qarşı kütləvi peyvənd
tədbirləri keçirmirlər. Yayıla
biləcək virusların qabaqcadan
proqnozlaşdırılmasının müm-
künsüzlüyü, həmçinin bu gün
istehsal olunan vaksinlərin
kifayət qədər effektli olmaması
qripə qarşı kütləvi immunlaş-
dırma tədbirlərinin aparılma-
sının məqsədyönlü olmadığını
göstərir.
“
Respublikamızda
bu və digər yolu-
xucu xəstəliklərin
yayılması ilə bağlı heç
bir təhlükə yoxdur.
İndiyədək ölkəmizdə
heç kəs H1N1 virusu-
na yoluxma şübhəsi
ilə müayinələrə cəlb
o l u n m a y ı b ” - d e y ə n
baş epidemioloq ha-
zırda mövsümü qriplə
əlaqədar müayinələrin
aparıldığını bildirib.
İbadulla müəllim həmçi-
nin qeyd edib ki, “donuz
qripi”nin digər ölkələrdən
Azərbaycana
keçməsinin
qarşısını almaq üçün bü-
tün sərhəd məntəqələrində
Səhiyyə Nazirliyinin Sani-
tar Karantin Müfəttişliyi və
Dövlət Gömrük Komitəsi ilə
birlikdə nəzarət məntəqələri
fəaliyyət göstərir: “Şübhəli
şəxslərin hamısı sanitar
nəzarətindən keçir. Ehti-
yac duyularsa, həmin şəxs
anındaca təcrid olunur.
Bunun üçün Səhiyyə Na-
zirliyinin Elmi Tədqiqat
Ağciyər Xəstəlikləri İns-
titutunda, 1 saylı Kliniki
Tibbi Mərkəzdə və 7 saylı
Uşaq Yoluxucu Xəstəliklər
Xəstəxanasında xüsusi pa-
latalar təşkil olunub. Bütün
müayinələr isə Respublika
Taun Əleyhinə Stansiyada
aparılır. Əminliklə deyirəm
ki, ölkəmizdə “donuz qri-
pi” ilə əlaqədar tədbirlər
görülməsi üçün hər cür
şərait var. Əgər hansısa
bir hadisə baş verərsə, biz
buna tam hazırıq. Ona görə
vətəndaşlarımıza da tövsiyə
edirəm ki, bu məsələylə
bağlı narahat olmasın, hə-
yə canlanmasınlar”.
Baş epidemioloqun söz-
lə rinə görə, Səhiyyə Nazirliyi
tərəfindən nəinki paytaxt-
da, həmçinin regionlarda
belə istər mövsümü, istərsə
də mövsümdənkənar lazımi
tədbirlər görülür və indən
sonra da görüləcəkdir: “
Respublika Gigiyena və Epi-
demiologiya
Mərkəzinin
yerlərdə şöbələri fəaliyyət
göstərir. Səhiyyə Nazirliyinin
xüsusi təlimatlarına əsasən
rayonlarda və paytaxtda
yoluxucu xəstəliklərin ya-
yılmasının qarşısının alın-
ması məqsədilə lazımi təd-
birlər görülür. Buna görə
də hazırda respublikamı-
zın ərazısində yoluxucu
xəstəliklərlə və o cümlədən
“donuz qripi” ilə bağlı heç
bir təhlükə, əhalinin na-
rahatçılığına heç bir əsas
yoxdur.”
“Donuz qripi” ilə möv-
sümü qripi fərqləndirən
əlamətlərə toxunan baş
epidemioloq qeyd edib ki,
viruslar
bir-birlərindən
ağır lıq dərəcəsi ilə fərqlənir:
“Hər ikisində eyni əlamətlər
mövcudur. Xəstədə 39
dərəcədən yuxarı hərarət,
boğazda kəskin ağrı və
öskürək, zökəm, baş və
əzələ ağrıları, bəzən qus-
ma və ishal müşahidə olu-
nur. Amma hər hansı yo-
luxucu xəstəliyə yoluxan
şəxsə diaqnozun qoyul-
ması yalnız və yalnız labo-
ratoriya şəraitində müm-
kündür. Diaqnoz təsdiq
olunandan sonra, onun
harada və necə yoluxma-
sı müəyyənləşdirilir. Yəni
yoluxma yolları araşdırı-
lır. Amma əsas məsələ on-
dan ibarətdir ki, müalicəyə
qədər hər bir insan özünü
bu xəstəlikdən qorumalı,
gigiyenik qaydalara riayət
etməlidir”-deyən İbadul-
la müəllim “donuz qrpi”nə
yoluxanlarda zəiflik, im-
mun
sisteminin
aşağı
düşməsi, ağ ciyər iltihabı-
nın baş verməsi, pnevma-
niya ağırlaşmaları olduğu-
nu qeyd edib. Adı çəkilən
virusa yoluxmamaları üçün
qəzetimizin oxucularına bir
sıra dəyərli tövsiyyələrini
də verib: ”Yüksək hərarəti
və öskürəyi olan insanlarla
təmasda olmamaq, əllərini
tez-tez sabunla yumaq və
spirtlə tez-tez silmək, asqı-
randa və ya öskürəndə ağızı
dəsmalla tutmaq, əli ağıza
vurduqdan sonra gözə və ya
buruna toxunmamaq, icti-
mai yerlərdə olduqdan son-
ra (avtobus, metro) əlləri
spirtli dəsmalla silmək və s.
lazımdır”
İbadulla müəllim möv-
sümü qriplə bağlı Səhiyyə
Nazirliyinin tibb və qeyri-
tibb müəssisələrində cid-
di tədbirlər gördüyünü də
diqqətimizə çatdırdı. Uşaq
bağçaları, orta məktəblərin
ciddi nəzarət altında ol-
duğunu və ərazi bölgüsü
üzrə lazımi tibbi xidmət
göstərildiyini deyərək əha-
liyə narahat olmamağı
tövsiyə edib.
Dostları ilə paylaş: