kimi ölkəmizin güclənməsində əsas rol oynayan gənclərin fəaliyyətini yüksək
qiymətləndirib:
“Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm
ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər
gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalı-
yıq. Hətta sovet dövründə dilimizi, adət-ənələrimizi, bayramlarımızı qorumuşuq.
Yadımdadır, Moskvada oxuyanda Novruz bayramında bufetə şəkərbura, paxlava,
səməni gətirəndə məni orada tənqid edir, tənbeh edirdilər ki, Əliyev burada dini bay-
ramı qeyd edir. Yəni, o da olub. Amma qorumuşuq və müdafiə etmişik. Baxmayaraq
ki, Novruz bayramı dini bayram deyil, indiki şəraitdə əlbəttə, biz onu qorumalıyıq.
Çünki indi başqa risklər, başqa çağırışlar var - qloballaşma, digər kənar təsirlər.
Bəzi xarici dairələr gənclər arasında iş aparırlar və aydındır ki, bunun məqsədi
nədir. Məqsəd özləri üçün dayaq yaratmaqdır. O dayaq ki, nə vaxtsa işə salına bilər.
Amma gənclər milli ruhda böyüyəndə əlbəttə ki, xarici təsirin heç bir əhəmiyyəti
olmayacaq. Ona görə vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və biz
qoruyuruq. Əsas budur. Bugünkü Azərbaycan iqtidarı bu sahəyə çox böyük diqqət
göstərir. Elə etməliyik ki, bu, davamlı olsun. Bizdən sonra hakimiyyətə gələn nəsil
də bu amalla yaşasın - dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü
dövlət”.
Dostları ilə paylaş: |