http://www.amu.edu.az
30 yanvar 2016-cı il
4
Hər il olduğu kimi,
Milli Onkologiya
Mərkəzi tərəfindən
4 fevral - Dünya
Xərçənglə Mübarizə
Günü ilə bağlı çox-
saylı maarifləndirmə
tədbirləri həyata keçi-
rilir.
Mərkəzdən AZƏRTAC-a bildiriblər
ki, fevralın 4-dək Bakıda və ölkənin
digər yerlərində xərçəng xəstəlikləri,
onların profilaktikası, diaqnostika-
sı və müalicəsi sahəsində əhalinin
məlumatlılığının artırılması məqsədi ilə
bir çox tədbirlərin keçirilməsi nəzərdə
tutulub.
Həmin müddət ərzində müxtəlif
ticarət və əyləncə mərkəzlərində, tib-
bi müəssisələrində Azərbaycanda ge-
niş yayılmış xərçəng xəstəliklərinə
dair vətəndaşlara faydalı məlumatlar
veriləcək, bukletlər paylanacaqdır. Bakı-
nın iri ticarət mərkəzlərində isə təcrübəli
onkoloqlar tərəfindən vətəndaşların
onkoloji xəstəliklərə dair bütün sualları
cavablandırılacaq, sağlamlıqlarını qo-
rumaq üçün müvafiq faydalı tövsiyələr
veriləcəkdir.
Qeyd edək ki, Dünya Xərçənglə
Mübarizə Günü 2005-ci ildə Xərçəng
Əleyhinə Beynəlxalq İttifaq tərəfindən
təsis edilib. Əsas məqsəd dünya
ölkələrinin diqqətini bu qlobal problemə
yönəltmək, onun nə dərəcədə təhlükəli
olduğunu və mübarizənin yalnız birlikdə
aparıldıqda effektiv olmasını bir daha
dünya ictimaiyyətinə xatırlatmaqdır.
Dostları ilə paylaş: