Sağlam həyat sürmək ücün zəruri
olan məsələlərdən biri də sağlam
qidalanmadır. Araşdırmalar göstərir
ki, əksər xəstəliklər qeyri-düzgün
qidalanmanın nəticəsində yaranır. Nə
ilə qidalanmağımıza diqqət etdiyimiz
kimi, necə qidalanmağımıza da diqqət
etmək sağlamlığımız üçün mühüm
şərtdir.
Həzrət Peyğəmbər (s) buyurur:
“Hər
kim qarnının, dilinin şərindən qo-
runa bilsə, bütün pisliklərdən qoru-
nar”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa
yerdə buyurur: “Ümmətimin ən çox
cəhənnəmə düşməsinə səbəb olan
şey – qarnıdır”.
Həzrət Peyğəmbər (s) buyurur:
“Adəm övladı qarın kimi heç bir pis
qabı doldurmamışdır. Adəm öv-
ladına onu sağ saxlayacaq qədər
yeməyi kifayətdir. Əgər bunun-
la kifayətlənməzsə və çox yeyərsə,
mədəsinin üçdə birini yeməyə, üçdə
birini suya və üçdə birini nəfəs almaq
üçün qərar versin”.
Həzrət Peyğəmbər (s) buyurur:
“Sizlərin Allah yanında heysiyyət
cəhətdən ən yaxşısı – çoxlu ac-
lıq çəkənləriniz, əməlləri və Alla-
hın yaratdıqları haqqında təfəkkür
edənlərinizdir. Sizlərin Allah yanında
ən düşmən olanınız o kəsdir ki, çox
yatar və çox içər”.
Həzrət Peyğəmbər (s) buyurur:
“Qəlblərinizi çox yeyərək və içərək
öldürməyin, həqiqətən də ürək torpaq
kimidir, əgər çox su verilərsə, ölər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Si-
zin Allah yanında ən çox düşmən
olanınız o kəsdir ki, o qədər yesin ki,
qarnı dolsun”.
Həzrət Peyğəmbər (s) buyurur:
“Səma mələkutunun sirləri qarnı dolu
olan kəsin qəlbinə daxil olmaz”.
Loğman öz oğluna belə tövsiyə ve-
rir: “Ey oğlum! O zaman ki, qarın dolar
fikir qüvvəsi yatar. Hikmət lal olar və
bədən üzvləri ibadətdən dayanarlar”.
Həzrət Peyğəmbər (s) buyurur:
“Möminin qəlbi üçün çox yeməkdən
ən böyük ziyan yoxdur. Çox yemək
iki şeyə səbəb olar: qəlb qəsavətinə,
şəhvətə. Aclıq – ruhun qidası, qəlbin
təamı və bədənin sağlamlığıdır”.
Həzrət Peyğəmbər (s) buyurur:
“Nəfsinizlə aclıq və susuzluqla cihad
edin. Onun əcr və savabı o kəsin əcri
kimidir ki, Allah yolunda cihad edər.
Allah yanında aclıq və susuzluqdan
sevimli əməl yoxdur”.
Həzrət Peyğəmbər (s) buyurur: “Az
şey yemək ibadətdir”.
Dostları ilə paylaş: |