Tibb Universitetinin ictimaiyyəti “20 yanvar” şəhidlərini yad etdi



Yüklə 8,71 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix02.01.2022
ölçüsü8,71 Mb.
#2516
1   ...   11   12   13   14   15   16   17   18   19
Sağlam qidalanma – sağlam həyat 

deməkdir 

Sağlam  qidalanmanın  bəzi  əsas 

şərtlərini nəzərinizə çatdırırıq.

1.  İnsan  gün  ərzində  orta  hesabla 

2  litrə  qədər  adi  su  qəbul  etməlidir. 

Əsasən səhər yataqdan qalxarkən ac-

qarına su içmək məsləhət görülür. Bu 

zaman su içmək insanı böyrək duzla-

rından və bağırsaq şlaklarından azad 

edir.


2.  Zehni  və  fiziki  fəaliyyət  zamanı, 

yorğun  vəziyyətlərdə,  qızdırma  ha-

lında qida qəbul etməyin. Bu hallarda 

qidadan imtina etmək daha faydalıdır.

3. Yalnız aclıq hiss olunduqda qida-

lanmaq  lazımdır.  Hər  qidalanmadan 

15-20  dəqiqə  əvvəl  bir  stəkan  (200 

ml) su için.

4.  Yeməkdən  dərhal  əvvəl,  yemək 

anında və yeməkdən dərhal sonra su 

içməyin. Su 10 dəqiqə ərzində mədəni 

tərk  edir  və  özü  ilə  birlikdə  mədə 

şirəsini  də  yuyub  aparır.  Nəticədə 

mədədə həzm prosesi cətinləşir.

5. Çox soyuq və çox isti qidalardan 

və içəcəklərdən istifadə etməyin.

6.  Əsasən  çiy  və  təbii  qidalardan 

istifadə  edin.  Meyvə  və  terəvəzləri 

bişirilməmiş  halda  qəbul  edin. 

Muxtəlif 

konservantlar, 

boyaq 


maddələri, dadvericilər və s. qatılmış 

qidalardan çəkinin.

7.  Xörəkləri  qarışdırmayın.  Bir 

neçə qidanı eyni anda istifadə etmək 

məsləhət görülmür.

8. Səhər yeməyinə şirəli meyvələrlə 

başlayın.  Qış  vaxtı  quru  meyvələrə 

üstünlük verin.

9. Qidanı tam çeynəməmiş udmayın. 

Əks halda həzm çətinləşir və qidanın 

həzminə böyük enerji sərf olunur.

10. Çox yeməyin. Süfrədən doyma-

mış halda durun. Az, amma səmərəli 

qidalanın.  Tibb  elmi  sübut  edir  ki, 

bir  çox  xəstəliklərin  səbəbi  –  çox 

yeməkdir.

Biz, Azərbaycanda təhsil alan iranlı tələbələrin 

Elmi-mədəni və İdman Birliyi bildiririk ki,  1990-cı il 

yanvarın 19-dan 20-nə keçən gecədən 26 il ötməsinə 

baxmayaraq, Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı 

törətdiyi dəhşətli qırğını heç bir zaman unutmayacağıq. 

Həmin gecə Ermənistanın işğalçı iddialarına qarşı çıxan 

qardaş Azərbaycan xalqı Bakının küçə və meydanlarına 

çıxaraq öz haqqını tələb edirdi.  

A z ə r b a y c a n 

xalqının qəhrəman 

oğul və qızları bir 

nəfər kimi öz etiraz 

səsini qaldıraraq 

dinc  vasitələrlə 

h ü   q u q l a r ı n ı n 

qorunmasını istə-

yir dilər. Ancaq So-

vet rəhbərliyinin 

bir başa 

göstərişi 

ilə xalqın bu dinc mübarizəsinə qarşı yeridilən qoşun 

Bakıda misli görünməmiş qanlı faciəyə səbəb oldu. 

Belə ki, Sovet qoşunlarının törətdiyi qırğın nəticəsində 

Bakıda 134 dinc vətəndaş öldürüldü, 600-dən çox insan 

yaralandı, 800-dən çox adam isə haqsız yerə həbs edildi. 

Qətlə yetirilənlər arasında beş millətin nümayəndələri, 

o cümlədən uşaqlar, qocalar, qadınlar və əlillər də var 

idi. 


Sovet qoşunlarının Azərbaycanın paytaxtı Bakı 

şəhərində törətdikləri bu qanlı faciə bəşəriyyətin büt-

ün mütərəqqi xalqları tərəfindən də anılır və bu kimi 

halların bir daha təkrarlanmamasını istəyirlər.   

 Bəli, artıq  26  ildir ki, dünya,  o cümlədən də 

İran xalqı qanlı 20 Yanvar faciəsini Azərbaycan xalqı-

nın Ümumxalq hüzn günü kimi qeyd edir. Biz bu 

münasibətlə müxtəlif tədbirlər, o cümlədən kon-

franslar, sərgilər təşkil etməklə Azərbaycana həmdərd 

olduğumuzu nümayiş etdiririk. Biz, iranlı tələbələrin 

Azərbaycandakı birliyi olaraq 20 Yanvar faciəsinin 

xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı 

törədilən hər növ bütün cinayətləri pisləyirik.


Yüklə 8,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin