qarın boşluğunu tamamilə tut-
muşdur.
Azərbaycan Tibb Universi-
tetinin Tədris Cərrahiyyə Kli-
nikasının
Mama-Ginekologiya
şöbəsinə müraciət edən hamilə
xanımı müayinə edən şöbə mü-
diri, uzman Turab Canbaxışo-
vun sözlərinə görə pasient kli-
nikaya müraciət edən zaman
ultrasəs müayinəsində döldə
sol böyrək kıstasının ölçüsü
88,7 mm-ə çatmışdı: “Belə ki,
dölün öz bədən uzunluğu 221
mm idi. Dölün sol böyrək kısta-
sı həm qarın boşluğundakı or-
qanları, həm də döş qəfəsindəki
ağciyər və ürəyi sıxışdıraraq,
ürək fəaliyyətini zəiflətmişdi.
Ultrasəs müayinəsində dölün
ana bətnində ürək çatışmazlı-
ğından dərialtı ödem izlənilirdi
və ağ ciyərlərin, ürəyin ətrafında
maye yığılmağa başlamışdı. Təcili
müdaxilə etməsəydik, uşaq tələf
ola bilərdi. Bu səbəbdən, dö-
lün sol böyrək kıstasına təcili
müdaxilə etdik, tək bir seans-
la təxminən 235 ml sidik (maye)
çəkildi. Kistanın ölçüsü 90 mm-
dən 21,8 mm-ə qədər kiçilmişdi
və artıq dölün həyatı üçün təhlükə
törətmirdi. Ürək, ağciyərlər və
qarın boşluğundakı orqanla-
rın fəaliyyətləri bərpa olmuşdu.
Hamilə xanım hər iki həftədən
bir müayinələrə gələrkən kis-
tanın ölçüsü qeyd olunurdu və
kistanın həcmi böyümədiyi üçün
müdaxiləyə ehtiyac olmadı.”
Hamiləliyin 40-cı həftəsində
mama-ginekologiya
kafedra-
sının dosenti Şölə İsmayılo-
va tərəfindən anaya keysəriyyə
əməliyyatı aparıldı və döl sağ-
lam şəkildə dünyaya gəldi.
Əməliyyat fəsadsız keçdi, la-
kin sol böyrək kistası hələ döl
26 həftəsindəykən çox böyük
ölçülərə çatdığı üçün göbək
dəliyinin tam sağalmamasına
səbəb olmuşdu. Ana bətnində
müdaxilə edilməsinə baxma-
yaraq, sidik kisəsi ilə göbək
dəliyinin arasında olan axacaq
tam qapanmamışdı. Nəticədə
uşaq müştərək qüsurla - perfo-
rasiya olunmuş embrional göbək
dəliyi, sidik kisəsi və göbək dəliyi
arası fistulası ilə doğulmuşdu.
Neonatologiya şöbəsinin müdi-
ri, Səadət Yaqubovanın sözlərinə
görə, belə uşaqlarda infeksiya-
laşma riski çox yüksəkdir. Bu riski
nəzərə alaraq, uşaq cərrahiyyəsi
şöbəsinin müdiri, tibb üzrə fəlsəfə
doktoru Ramiz Poluxovla konsi-
lium aparılaraq təcili əməliyyata
qərar verildi. Uşaq neonatoloji
reanimasiyada əməliyyata ha-
zırlandı və əməliyyata götürül-
dü. Əməliyyatda həm embrional
yırtıq ləğv olundu, həm də sidik
kisəsi ilə göbək dəliyi arasında
olan həddindən artıq geniş fis-
tula ayrılaraq tikildi. Əməliyyat
uğurla başa çatdı. Əməliyyatda
iştirak edən böyük briqadanın
operativliyi və profesionallığı
nəticəsində bütün risklərin qar-
şısı alındı və hər bir lazımi neo-
natoji tədbirlər görüldü.
Dostları ilə paylaş: |