30 yanvar 2016-cı il
http://www.amu.edu.az
3
İYİRMİ YANVAR
GÜNÜ
20 Yanvar faciəsinə
ithaf olunur.
Gərək nəğmə
bəstələyəm,
Gərək dastanlar
qoşam.
Car eyləyəm dünyaya,
Eşidib bilsin bəşər.
Yetmiş illik əsarət,
Qorxu, əzab, həqarət
Axır ki sona çatdı.
Bu dəfə də uduzdu,
Bu dəfə də xeyirə şər.
Hər ana fəryadında
Azadlıq bayram edir.
Hər bacı göz yaşında
Gedənlər bu millətə
Azadlıq qoyub gedir.
Ağlamasın analar,
Sızlamasın qaboy, tar.
Qafqazın qucağında,
Zərdüştlər ocağında
Bu gün qeyrət,
ar günü.
Köləliyi dəf edib
İmza atdı qərənfil
Tarixin sinəsinə
İyirmi yanvar günü!
Elnur İRƏVANLI
A
zərbaycanda baş
verən Qanlı Yanvar
faciəsindən 26 il ötür.
Bu müddət ərzində şəhid
məzarları zamanın qan
yaddaşına köçür, xalqımızın
and yerinə çevrilərək
ehtiramla yad olunur.
Yanvarın 18-də Respub-
likamızın hər yerində ol-
duğu kimi Azərbaycan
Tibb Universitetində də
20 yanvar faciəsinin 26-cı
ildönümünə həsr olunmuş
anım mərasimi keçirilib.
Toplantı iştirakçıları ilk öncə
universitet
şəhərciyində
torpaqlarımızın bütövlüyü
uğrunda canlarından keçən
şəhid tələbələrin xatirəsinə
ucaldılmış abidəni ziyarət
edərək önünə tər çiçəklər
düzdülər.
Sonra
ATU-nun
rek-
tor əvəzi, tədris işləri
üzrə prorektoru, profes-
sor Sabir Əliyev 20 Yanvar
hadisələrinin dəhşətlərindən
söhbət açaraq həmin gün
qəhrəman
Azərbaycan
xalqı nın igid övladlarının
göstərdiyi
şücaətlərdən
danışıb. O, qeyd edib
ki, Azərbaycan xalqı öz
müstəqilliyini asan yolla
qazanmayıb, bu yol xalqı-
mıza çətinliklər və faciələr
hesabına
başa
gəlib.
S.Əliyev xalqımızın ötən
əsrin əvvəllərində, 1918-
ci ildə də böyük bir soyqı-
rımla üzləşdiyini xatırlat-
dı: “Cümhuriyyət dövründə
bu soyqırım haqda dəqiq
dəlillər təqdim olunsa da,
Avropa və dünya buna la-
qeyd yanaşdı. Bundan sonra
da Azərbaycan xalqı rep-
ressiya və deportasiyalarla
üz-üzə qalıb. Və nəhayət
sovetlər dönəminin dağıl-
ması ərəfəsində ermənilər
Qarabağ problemini yarat-
dılar”.
Sözünə
davam
edən
S.Əliyev ötən əsrin 90-cı
ilində ölkəmizin müstəqilliyi,
azadığı uğrunda küçələrə
çıxmış
vətəndaşlarımıza
qarşı insanlığa sığmayan
vəhşiliklərin
törədildiyini,
əliyalın insanlara ağır silah-
laradan atəş açıldığını, hətta
qocalara, qadınlara, uşaq-
lara belə rəhm edilmədiyini
xatırladıb. O, 20 Yanvar
hadisələri ərəfəsində Bakı-
da və Sumqayıtda yaşanan
təxribatlardan, Azərbaycanı
ələ keçirmək üçün hazır-
lanan məkirli planlardan
söhbət açıb: “Yanvarın 19-
da axşam Azərbaycana bö-
yük ordu ilə hücum olun-
du. Əvvəlcədən bilirdilər ki,
azərbaycanlılar müqavimət
göstərəcək və qırğın ola-
caq, ona görə də təcili yar-
dım maşınları da çox idi. O
dəhşətli gecədə bütün səma
atəş, güllə ilə dolu idi. So-
vet ordusu əliyalın xalqın
üstünə getdi. Dünyada çox
az xalq olar ki, onun üzərinə
ordu gəldiyini bildiyi halda,
onların qabağına əliyalın
çıxsınlar. Azərbaycan xal-
qı məhz belə bir addım
atdı və müstəqillik uğrunda
şəhidlərini verdi”. S.Əliyev
tarixə ekskurs edərək həmin
dövrdə sovet mediasının
20 yanvarla bağlı yalnış
məlumatlar yaydığını, əsil
həqiqətin isə gizlədildiyini,
çox az sayda itkilərin oldu-
ğu haqda məlumatlar verdi-
yini dedi. O, bildirdi ki, bu
hadisələrindən dərhal sonra
xalqımızın dahi oğlu, ümum-
milli lider Heydər Əliyev
həyatını təhlükə qarşısında
qoyaraq öz ailəsi ilə birlikdə
Azərbaycanın Moskvada-
kı nümayəndəliyinə gəldi
və heç nədən çəkinmədən
kəskin
bəyanatla
çıxış
edərək əsl günahkarların
cəzalandırılmasını tələb etdi.
Həmin mətbuat konfransın-
dan sonra dünyanın nüfuz-
lu xəbər agentlikləri bu faciə
haqqında verdiyi düzgün və
qərəzsiz informasiyalar bü-
tün dünyaya çatdırıldı.
Sonra ATU-nun travma-
tologiya və ortopediya ka-
fedrasının müdiri, professor
Əhməd Əhmədzadə çıxış
edərək qanlı Yanvar olay-
larının şahidi kimi həmin
gecəni xatırladı: “Yanvarın
10-dan etibarən şəhərdə
böyük təxribatlar gedir-
di. Bizi çağırıb dedilər
ki, şəhərdə böyük qırğın
gözlənilir, bütün xəstələri
evə yazın, xəstəxananı bo-
şaldın. Haradansa təzə
yataq
dəstləri
gətirib
xəstəxanaya düzdülər. Elə
bil hamı nəsə gözləyirdi. Və
belə də oldu. 19-u gecə heç
bir xəbərdarlıq olmadan Ba-
kının hər tərəfindən şəhərə
qoşunlar yeridildi. İnsanla-
rı qıra-qıra şəhərə girdilər.
Xəstəxana yaralılarla dolub
daşırdı, hətta dəhlizlər də
xəstələrlə doluydu”.
Əhməd Əhmədzadə çı-
xışında vurğuladı ki, həmin
gecə daha bir təxribat da
yaşanıb – bütün şəhərdə
işıqları söndürüblər: “Biz
xəstələrə yardım edə bil-
mirdik. Belə olanda bizim
yataqxanada qalan gənc
tələbələr qəzet yandırıb bi-
zim üçün işıq salırdılar ki,
xəstələrə yardım edə bilək
və xəstələr qanaxmadan
ölməsin. Səhər tezdən gör-
dük ki, silahlı hərbçilər bü-
tün xəstəxananın ətrafını
əhatəyə alıb və onlara 3-4
metr yaxınlaşanların hamı-
sını öldürürdülər. Orada 39
meyidi elə mən özüm say-
dım. Səhər valideynlər gəlib
öz uşaqlarının meyidini ta-
panda, onların yaşadıqla-
rını demək mümkün deyil”.
Ə.Əhmədzadə qazandığımız
müstəqilliyimizə görə məhz
həmin şəhidlərə borclu ol-
duğumuzu qeyd etdi.
Daha sonra ATU-nun I
cərrahi xəstəliklər kafed-
rasının dosenti Eldar Əliyev
də 20 yanvar hadisələrinin
canlı şahidi kimi həmin
gecə yaşanan dəhşətlərdən
söz açdı. O, 20 Yanvarın
azərbaycanlılar üçün həm
xilas, həm də eyni zaman-
da matəm günü olduğunu
bildirib: “Yaddaşlarımızdan
heç vaxt silinməyəcək bu
gecədə verdiyimiz şəhidlər
Azərbaycan
tarixində
növbəti
qəhrəmanlıq
səhifəsini yazmış oldular.
Şəhidlərimiz
azadlığımı-
zın, müstəqilliyimizin, mil-
li iradəmizin simvolu kimi
bundan sonrakı nəsillərə də
bir qürur mənbəyi olacaq”.
20 Yanvar faciəsi zama-
nı sağlamlığını itirən II qrup
əlilin oğlu, hazırda ATU-
nun müalicə profilaktika
fakültəsinin II kurs tələbəsi
Nicat Rzayev isə çıxışında
atasının hadisələrdə əlili ol-
duğunu və onunla daim fəxr
etdiyini, dövlət tərəfindən
şəhid və əlil ailələrinə
göstərilən diqqət və qayğı-
dan bəhs etdi.
Toplantını
yekunlaşdı-
ran
professor
S.Əliyev
Azərbaycanın hər bir övla-
dının bu hadisə haqqında
saatlarla danışa biləcəyini
qeyd edərək bir daha xa-
tırlatdı ki, həmin gün xalqı-
mız öz qəhrəman övladları-
nı itirsə də qazandığı azad,
müstəqil Azərbaycan dövləti
oldu. O, bu qanlı gecədə
qətlə yetirilən günahsız in-
sanların xatirəsini qədirbilən
xalqımızın daim əziz tut-
duğunu, eyni zamanda öz
ölkəsinin və millətinin azad-
lığı yolunda şəhid olanlarla
qürur duyduğunu söylədi.
* * *
Hər il 20 Yanvar
hadisələrinin 26-cı ildö-
nümünü ərəfəsində on
minlərlə insan Şəhidlər
Xiyabanını ziyarət edir.
Azərbaycan Tibb Uni-
versitetinin rəhbərliyi,
professor-müəllim
heyətinin üzvləri Şəhidlər
xiyabanını ziyarət edərək
həmin gecədə həlak olan
şəhidlərimizin məzarları
üstünə gül dəstələri
düzüblər.
Dostları ilə paylaş: