Lazer rezonatorlar qurğuya daxil olmuş şüanı gücləndirilmiş mediumda müxtəlif istiqamətlərdə hərəkət etdirərək onların öz-özünə həyəcanlanmasını təmin etmək üçün tətbiq edilirlər. Rezonatorsuz qurğudan yalnız vurulmuş şüanı gücləndirici kimi istifadə etmək olur. Lazer rezonatorunda əsasən iki güzgüdən istifadə edilir. Məcburi şüalanma - həyəcanlanmış atomların onların üzərinə düşən işığın təsiri altında şüalanmasıdır. Məcburi şüalanma zamanı meydana çıxan işıq dalğası tezliyinə, fazasına və polyarlaşmasına görə atomun üzərinı düşən dalğadan fərqlənmir. Bu güzgülər vurulan işıq şüasını yol boyu refleksiya etdirir və beləliklə şüanın yolu böyüyür. Bununla foton stimulyasiya olunmuş emmissiyaya uğradılır. Rezonatorda yalnız Rezonans şərtlərini ödəyən müəyyən tezliklər gücləndirilir:
Maye – məsələn, lazer rəngləyicilər. Bunlar kimyəvi rəngləyicilərin həll olunması üçün tətbiq olunan etanol, metanol, etilenqlikol kimi maddələrdən ibarətdir. Molekulun konfiqurasiyası dalğa uzunluğuna təsir edir.
Qaz – məsələn, helium-neon lazerlərində istifadə edilən karbon, arqon, kripton qaz qarışıqları. Belə lazer çox vaxt elektrik zərrəcikləri ilə yüklənirlər. Bu lazerlərin kimyəvi üsulla alınan qazlarla işləyən xüsusi növü vardır. Yükləmə aktiv mühitdə gedən kimyəvi reaksiya nəticəsində baş verir. Qaz reaksiyadan sonra tam istifadə edilir və bununla bir dəfə istifadə oluna bilir. Kimyəvi lazerlər yüksək güclü lazerlərə aiddir və yalnız hərbi məqsədlər üçün tətbiq edilir. Misal kimi HCl-Lazer və İod-Lazerini göstərmək olar.
Bərk cismlər – məsələn, kristal və ya şüşələr. Bütöv material adətən xrom, neodium, erbium və titanla örtülürlər. Tipik istifadə edilən kristallara aluminium-ittrium qranatı (YAG), litium-ittrium ftorid (YLF), sapfir və silikat şüşəsidir. Ən geniş yayılmışı Nd:YAG, titan-sapfir, xrom-sapfir, legirlənmiş xrom stronsium-litium-aluminium (Cr:LiSAF), Er:YLF və Nd:glass(neodiumli şüşə)-dir.