Tiflopsixologiyanın pedaqoji elmlər sırasında yeri Tiflopsixologiyanın predmeti, vəzifə prinsip və tədqiqat metodlar


Eşitmə,taktil-kinestetik guyğuların kompensasiya imkanları



Yüklə 138,05 Kb.
səhifə13/22
tarix08.11.2022
ölçüsü138,05 Kb.
#68057
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
görme imtahan cavabları (1)-1

20.Eşitmə,taktil-kinestetik guyğuların kompensasiya imkanları
21. Kor uşaqlarda əşya təsəvvürlərinin formalaşma mərhələləri
26.Görmə pozulması olan uşaqlarda kinetik, kinestetik, hərəkət duyğu və qavrayışının özəlliyi
Kor və ya zəif görən uşaqlarda bu və ya digər səbəblərdən görmə duyğusu və qavrayışının itirilməsi zamanı kompensator orqan kimi eşitmə duyğu və qavrayışları xüsusi rolu oynayır. Eşitmə analizatoru ətraf aləmi qavramaqda, bilik və bacarıqları mənimsəməkdə kor uşaqda aparıcı rol oynamağa başlayır. Aparılmış təcrübə və müşahidələrdən aydın olur ki, kor uşağın eşitmə duyğu və qavrayışları görənlərlə müqayisədə heç də onlardan geri qalmır. Bir sıra tədqiqatçılar kor uşaqlarda eşitmə duyğu və qavrayışlarının normaya yaxın və görənlərlə müqayisədə daha fəal və iti olduğunu göstərmişlər. Kor uşağın idrak prosesində görmə duyğularından başqa, hissi və hərəkət duyğuları da böyük rol oynayır. Hərəkət duyğuları bədənin hissələrinin hərəkətlərini, əzələlərin gərginlik dərəcəsini, eləcə də nitq orqanlarının hərəkətini bizə bildirir. Normal görmə zamanı bu duyğular, digərləri kimi o qədər də nəzərə çarpmırlar. Görmənin tam itirilməsi hərəkət analizatorlarına da mənfi təsir göstərir. Görmə analizatorunun tam fəaliyyət pozulması nəticəsində nitq hərəkətləri çox süst, ləng, anlaşılmaz və pis differensasiya edilmiş olurlar. Digər tədqiqatçılar kor uşaqlarda hərəkət duyğularının xüsusiyyətlərinə xüsusi diqqət yetirərək göstərmişlər ki, kor uşaqların əksəriyyətində hərəkətlərin diskoordinasiyası və yerişlərinin pozulması vardır. Məhz bu kor uşaqlarda çox incə koordinasiya tələb edən əmək və idman hərəkətlərinə yiyələnməkdə böyük çətinliklər törədir. Hissi duyğu və qavrayışlar biri –biri ilə qarşılıqlı əlaqədə olub əşyanı daha tam və yaxşı qavramağa kömək edirlər. Lamisə duyğuları əşyanın görmə ilə qavramasını daha da tamamlayır, xüsusilə əşyaların həcmi, məkanda yerləşməsinin və onların səthinin: hamar, kələ -kötür və s. qavranılmasında böyük rol oynayır. Tədqiqatçıların araşdırmaları göstərir ki, kiçik məktəbli yaşı dövründə təlimin ilk mərhələlərində kor uşaqlarda hissi duyğular pis inkişaf etmiş olur və onlar mühafizə edilmiş analizatərlardan istifadə etməyi bacarmırlar. Onlar əldən bütövlükdə istifadə edib, xüsusilə də barmaların uclarını əşyaya toxundurmaqla onun səthi, forması, miqdarı, temperaturu və s. haqqında geniş məlümat ala bilirlər. Kor uşaq təlim prosesində uzunmüddətli çalışmalardan sonra yeni obyekti tanımaqda və ya yeni dərs materialını mənimsəməkdə hissiyatdan düzgün istifadənı öyrənir. Qeyd etmək lazımdır ki, kor və kar–kor-lallarda hissi duyğuların fəal-laşması və itiliyi xüsusilə artmış olur və əllər demək olar ki, gözləri əvəz edir. Kor-kar-lallarda hissi duyğu və qavrayışlar ətraf aləmi qavramaqda aparaıcı rol oynayır. Kor- kar – lallar duyğuların köməyi ilə insanları tanıyır, onların əhval – ruhiyyəsini, hərəkətlərini hiss edirlər. Kor uşaqlarda taktil –vibrasiya duyğuları da öz spesifikliyi və özünəməxsusluğu ilə seçilir. Kor uşaqların, xüsusilə də kor – kar -lalların sözlü nitq təlimində taktil – vibrasiya dyğuları köməkçi vasitə kimi çox geniş istifadə edilir. Araşdırmalar göstərir ki, birinci siqnal sisteminin əsas analizatorlarının fizioloji mexanizmləriinin pozulması nəticəsində görmə və eşitmə duyğularının tam və ya qismən itməsi insanın dərk etmə bacarıqlarını məhdudlaşdırır. Lakin mərkəzi sinir sisteminin plastikliyi və kompensator imkanları o qədər böyükdür ki, hətta bu duyğuların itirilməsi zamanı belə digər analizatorların funksiyalarının fəallaşması nəticəsində insanın əqli və əxlaqi inkişaf imkanları qorunub saxlanır. Bu imkanların qalması üçün mütləq xüsusi, uyğun şərait də yaradılmalıdır. Erkən yaş dövründə görmənin itirilməsinin mənfi təsiri, xüsusilə uşaqda məkanda bələdləmə, koordinasiya və müvazinət sisteminin formalaşmasında göstərir. Belə uşaqlarda məkanda bələdləşmə, koordinasiya və müvazinət, yalnız digər qorunub saxlanmış analizatorlardan maksimal dərəcədə isifadə etməklə xüsusi təlim nəticəsində inkişaf etdirmək olar. Kor və zəif görən uşaqlarda taktil - vibrasiya duyğularının fəallaşdırılması üçün müəyyən şəraitin olması vacibdir. Kor uşaqların taktil-vibrasiya duyğu və qavramasının araşdirilmasi zamani tədqiqatçilarin gəldikləri nəticələr aşağıdakılardan ibarətdir:
1. Görmə analizatorunun tam funksiyasının itirilməsi zamanı taktil – vibrasiya duyğuları daha da fəallaşır.
2. Görmə və digər analizatorların normal fəaliyyət göstərməsi taktil - vibrasiya duyğularını ləngidir. Başqa sözlə desək, görmə və taktil – vibrasiya duyğuları biri – biri ilə əks əlaqədədir. Görmənin yaxşılaşması taktil -vibrasiya analizatorunun hissiyatını aşağı salır.
3. Uzunmüddətli çalışmaslar taktil – vibrasiya duyğularını fəallaşdırır və itiləşdirir.
Beləliklə də, aparılan tədqiqatların nəticəsində məlum oldu ki, taktil–vibrasiya duyğularından çox böyük uğurla kor uşaqların təlimində istifadə edilə bilər və onlardan istifadə sözlü nitqin anlaşıqlı olmasına təsir edə bilər. Təlim prosesində görmə qalığının iunkişaf etditilməsi ilə eyni vaxtda taktil - vibrasiya duyğularının fəallaşdırılması üzərində iş kor uşaqların ətraf aləm haqqında təsəvvürlərin formalaşdırılmasında böyük əhəmiyyət daşıyır. Lakin bunu da demək lazımdır ki, kor uşaqların ətraf aləm haqqında bilik, bacarıq və vərdişlərin formalaşdırılması üzrə pedaqoji prosesi təkcə taktil – vibrasiya duyğu və qavrayışlarının inkişaf etdirilməsi üzərində qurmaq olmaz. Korlardan fərqli olaraq normal uşaqlardakı kimi zəif görən uşaqlarda da ətraf aləmin qavranılmasının əsas vasitəsi görmədir.


  1. Yüklə 138,05 Kb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin