Görmənin psixi inkişaf qanunauyğunluqları və onların pozulmaları
Görmə qüsurlu uşaqların psixi inkişaf qanunauyğunluqları normal uşaq psixologiyasına müvafiqdir. Bu psixologiyaya görə görmə qüsurlu uşaqların psixi inkişafının iki tipi fərqləndirilir: Formalaşmış və formalaşmamış. Formalaşmış psixi inkişaf tip dedikdə inkişafın müəyyən gedişi ərzində əvvəldən müəyyənləşmiş qanunauyğunluqların məsələn, uşağın bətndaxili - prednatal mərhləsində formalaşması başa düşülür. Formalaşmamış psixi inkişaf tipi isə, cəmiyyətin inkişaf səviyyəsi və uşağın mövcud olduğu yaxın sosial əhatəsi ilə müəyyənləşir. Görmə qüsurlu uşaqlar da inkişaf əsasən formalaşmamış tip kimi özünü göstərir. L.V.Vıqotski psixi inkişafın bir sıra qanunauyğunluqlarını aşağıdakı kimi şərh edir: 1. İnkişafın dövrülülüyü- mərhələləyi qanunu. Bu psixi inkişaf qanunu müxtəlif yaş dövrlərində psixi inkişafın ritm və sürətinin dəyişməsi ilə xarakterizə olunur. Bu qanun psixikanın bütövlükdə və ayrı -ayrı psixi funksiyalarının inkişafına məxsusdur. 2. Psixi inkişafın qeyri -bərabər inkişafı qanunu. Bu qanuna görə psixi inkişaf qeyri-bərabər, qeyri-mütənasib gedir. 3. Təkamül və qeyri -təkamül inkişafın birgəliyi qanunu. Bu qanuna görə psixikada proqressiv inkişaf müəyyən ləngidici dəyişikliklərlə özünü göstərir. 4. Ali psixi funksiyaların inkişafı qanunu. Bu qanuna əsasən ali psixi funksiyalar əvvəlcə uşaqda davranışın kollektiv, böyüklərlə əməkdaşlıq forması kimi meydana çıxır, sonra yalnız uşağın fərdi funksiya və bacarıqları kimi formalaşır.
Görmə pozulmaları olan uşaqlarda psixi inkişaf təlim prosesində daha da sürətlənir Təlim - uşağın öz yaşına uyğun nail olmalı psixi inkişaf üçün ideal bir forma olub, ətaraf mühitlə təşkil edilmiş qarşılıqlı fəaliyyətidir. L.S.Vıqotski yaxın inkişaf zonasını uşağın aktual inkişaf səviyyəsi ilə, onun böyüklərin iştirakı və köməyi sayəsində inkişaf potensialı arasında bir məsafə kimi göstərirdi. Yəni əvvəlki mərhələdə uşağın böyüklərin köməyi ilə yerinə yetirdiyi işi sönralar, müstəqil yerinə yetirməlidir. Görmə qüsurlu uşaqların psixi inkişafının spesifik xüsusiyyətlərini müəyyən edən əsas amil görmənin pozulmasıdır. Məhz görmənin pozulması uşaqlarda psixi inkişafın özünəməxsusluğunu meydana gətirir. Onlarda duyğu və qavrayış, idrak fəaliyyəti, şəxsiyyətin formalaşmasının inkişafı normaldan bir sıra xüsusiyyətləri ilə fərqlənir. Görmənin pozulması birincili qüsur kimi uşağın inkişafında ikincili çatışmazlıqların meydana çıxmasına səbəb olur. Erkən dövrdə ikincili qüsurlar uşaqlarda özünəməxsus hərəkətlərin: başın, əllərin steriotip hərəkətlərin və tutma aktının inkişafsızlığının yaranmasına səbəb olur. Lakin bu ikincili çatışmazlıqlar görmə qüsurlu uşaqların hamısında özünü göstərmir. Psixi inkişaf üşün düzgün, münbit şərait bu çatışmazlıqların yaranmasının qarşısını alır. Qeyd etdiyimiz kimi görmə qüsurlu uşaqların özünəməxsus inkişafı görmə pozulmaları ilə bağlı psixi inkişafda özünü göstərən çatışmazlıqlarını kompensasiyaya ehtiyacını yaradır. Artıq altı ayında uşaq hərəkət sahəsinə, eşitmə və digər duyğulara istinad edərək bu çatışmazlıqları kompensasiya etməyə başlayır. Görmə əşyalarla fəaliyyəti daha qısa zamanda, düzgün və istiqamətli yerinə yetirməyə, əllərin hərəkətini koordinasiya etməyə, kiçik manipulyasiyaların inkişafına imkan verir. Böyüklərin hərəkətini görmə ilə yamsılama meydana çıxır. Yerişin formalaşması zamanı görmə ilə bələdləşmə məkana yiyələnməyə kömək edir və məkan, təsəvvür və qavrayışların formalaşmasında iştirak edir. Lakin bu yaşda görmənin olmaması və ya pozulması uşağın inkişafına elə bir zərbə vurur ki, o nə məktəbəqədər yaşdan əvvəl nə də məktəbəqədər yaş dövründə kompensasiya edilə bilmir. Ağır görmə qüsurlu uşağın psixi inkişafındakı ciddi və dərin ləngimələr, onlarda ətraf aləm haqqında təsəvvür və biliklərin çox kiçik həcmdə olması, sözlərin məhdud başa düşülməsi, hərəkətlərin az inkişafı, məkanda zəif bələdləşmə və məhdud mobilliyi ilə xarakterizə olunur. İnkişafdakı bu çatışmazlıqların aradan qaldırılma çətinliyi erkən yaş dövründə uşaqda onların kompensasiya imkanlarının məhdudluğu ilə izah edilir. Tədqiqatçılar məktəbəqədər yaşlı kor uşaqda əşya fəaliyyətinin təhlil edərək, üç qavrayış səviyyəsini fərqləndirirmişlər: a) əşyanın ayrı-ayrı keyfiyyətlərinin seçilməsi və differensasiyası; b) iki-üç əlamətlərə görə elementlərin birləşdirilməsi və onların tanış əçyalarla müqayisəsinin meydana çıxması; Praktik fəaliyyətə yiyələnmə prosesində kor uşağın əşyalar haqqında bilikləri mənimsəməsini və onların sözdə möhkəmlənməsini təmin edən nitqin inkişafı böyük rol oynayır. Görmənin erkən və ya bətndaxili pozulmaları fəallığın aşağı olmasını və idrak fəaliyyəti inkişafının çatışmazlığını yaradaraq ümimi inkişaf ləngliyinə gətirib çıxarır. Hərəkətin məhdudluğu və bələdləşmə fəaliyyətinin zəifliyi kor uşağın emosional-iradi sahəsinə də böyük təsir göstərərək, məkanda hərəkət qorxusu yaradır ki, bu da öz növbəsində hərəkət və bələdləşmənin inkişafını ləngidir. Bu psixi inkişaf çatışmazlıqlarının aradan qaldırılması üçün kor uşaqda onun yerinə yetirəcəyi fəaliyyətə müsbət emosonal münasibət yaratmaqdır. Buna görə də kor uşaqların məktəb təliminə hazırlığı zamanı zədələnməmiş analizatorlardan istifadə etməklə ətraf aləmdəki əşyaları qavramaq və tanımaq bacarığının formalaşdırılması ilə yanaşı, həm də bu əşyaları təhlil və sadə ümumiləşdirmə bacarığının da inkişaf etdirilməsi nəzərə alınmalıdır. Yəni kor uşaqların məktəbə hazırlığı üçün mütləq müəyyən sensor, intellektual inkişaf səviyyəsi və məktəbdəki məşğələ şəraitində emosional-iradi sahənin hazırlığı tələb olunur. Buna görə də, insan həyatında görmə, eşitmə duyğularının rolu böyükdür. Məlumdur ki, duyğu və qavrayışlar bizim şüurumuzun əsas hissi əsasını təşkil edir və məhz, duyğu və qavrayış ətraf aləm haqqında biliklərimiz üçün ən başlıca mənbədir. Duyğuların müxtəlif növ və formaları arasında ən əsas yeri eşitmə və görmə duyğuları təşkil edir. Biz, səs, rəng və forma aləmində yaşayırıq. Bu aləm haqqında informasiya mənbələri televizor, kino, radio, musiqi və teatr ən çox eşitmə duyğularına əsaslanır. Əlbəttə, burada görmənin rolunu da danmaq olmaz. Lakin bu və ya digər səbəblərdən görmənin itirilməsi bu informasiya mənbələrindən normal qavramağa imkanlarını məhdudlaşdıraraq onun intellektual inkişafını ləngidir. Sonralar bu çatışmamazlıq pedaqoji praktikada müxtəlif xüsusi təlim – tərbiyə metod və üsullardan, texniki vasitələrdən istifadə etməklə müəyyən qədər kompensasiya olunur. Məlumdur ki, insan dünyaya fərd kimi gələrək, şəxsiyyətə çevrilir. Ətraf aləmi fəal dərk edən onu dəyişən insan şəxsiyyət adlanır. Deməli şəxsiyyət hesab etdiyimiz insanın baxışlar sistemi, əqidə və idealları, özünə və onu əhatə edən insanlara münasibətində müəyyən pozisiyası olmalıdır. Təbiidir ki, sosial varlıq olmasına baxmayaraq, yeni anadan olmuş uşaq şəxsiyyət adlana bilməz. Uşaq şəxsiyyəti tədricən cəmiyyətin sosial təcrübəsini mənimsəmə gedişində, böyüklərlə ünsiyyət prosesində formalaşır. Həmyaşları ilə müqayisədə kor uşaq şəxsiyyətinin formalaşması özünəməxsus xüsusiyyətlərə malikdir. Birinci, kor uşaqlar ətrafdakı normal insanlarla ünsiyyətdə çətinlik çəkməsələr də hərəkət və məkani bələdləşmədə onlardan geri qalırlar. İkinci, görmə analizatorunun fəaliyyət pozulması kor uşağın həyat təctübəsini kasadlaşdırır, emosional-iradi inkişaf üçün çox gərəkli olan gerçəkliyin, reallığın dərk edilməsində müəyyən çətinliklər törədir. Müəyyən xarakter və şəxsiyyət xüsusiyyətlərinə malik olan kor uşaq yalnız görənlərlə özləri arasında fərqi dərk edə bildiyi sosial situasiya şəraitində formalaşa bilər. Başqa sözlə desək, normal insanlar arasında yaşayaraq özlərinə münasibətdə həmyaşlarından fərqli yanaşmanı dərk etməklə onlarda müəyyən qədər az və ya çox davamlı xarakter və şəxsiyyət cizgiləri formalaşır. Onlarda emosional gərginlik tələb edən situasiyalara qarşı yüksək dözümlülük, utancaqlığın olması və s. qeyd edilir.
Kor uşaqların ətraf aləmin dərk edilməsində duyğu və qavrayışın rolu; 22.Görmə qüsurlu uşaqlarda duyğu və qavrayışın özəlliyi; 23.Görmə duyğusu qalığı və uşağın psixi inkişafına onun təsiri; 24.Tiflopsixologiyada görmə qavrayışının çatışmazlığı problemi; 25.Hissi duyğular və onun kor uşaqlarda kompensator funksiyaları; 27.Görmə pozulmaları olan uşaqlarda məkan və zaman qavrayışının xüsusiyyətləri; 58.Kor -kar uşaqların psixi inkişafında duyğu və qavrayışın rolu
Məlumdur ki, duyğu və qavrayışlar insan şüurunun əsas hissi əsasını təşkil edir və məhz, duyğu və qavrayış ətraf aləm haqqında biliklərimiz üçün ən başlıca mənbədir. Duyğuların müxtəlif növ və formaları arasında ən əsas yeri eşitmə və görmə duyğuları təşkil edir. İnsan həyatında, onun psixi inkişafında görmə və eşitmə duyğularının rolu çox böyükdür. Buna görə də, görmə qüsurlu uşaqların psixi inkişafının spesifik xüsusiyyətlərini müəyyən edən əsas amil elə görmənin pozulmasıdır. Belə ki, müəyyən səbəblərdən görmənin itirilməsi bu informasiya mənbələrindən normal qavramağa imkanlarını məhdudlaşdıraraq onun intellektual inkişafını ləngidir. Sonralar bu çatışmamazlıq müxtəlif xüsusi təlim – tərbiyə metod və üsullardan, texniki vasitələrdən istifadə etməklə müəyyən qədər kompensasiya olunur. Görməsini itirmiş insanlar üçün mühafizə olunmuş analizatorlar arasında duyğular psixikanın formalaşmasında xüsusi rol oynayır. Onların vasitəsi ilə görmənin itirilməsi və ya zəifləməsi nəticəsi olan informasiya çatışmazlıqları kompensasiya edilir, ətraf aləmdəki əşya və obyekt haqqında mürəkkəb və tam təsəvvürlər formalaşır. Eşitmə obyektin bütün xarakteristikalarını qavramağa imkan verir. Səs siqnallarının qəbulu sosial həyatda düzgün bələdləşməyə, əşyalarla manipulyasiya etməyə imkan verir. Görmə qüsurlu uşaqlarda səs siqnallarının differensasiyası uşaqlarda hissi sahədə əşyalarla fəaliyyətin formalaşdığı 5-7 aylarında meydana çıxmağa başlayır. Ümumi psixologiyada eşitmə duyğu qavrayışları və təsəvvürlərinin üç növü; nitqli, musiqili və küylü fərqləndirilir. Danışıq səslərini qavramaq, fərqləndirmək bacarığı dilin səs tərəfinə yiyələməyin əsasını təşkil edir. Korlarda fonematik eşitmənin inkişafı görənlərdə olduğu kimi uşaqların savad təliminə uğurla yiyələnməsini təmin edir. Fonematik eşitmə təlim prosesində, dilin səs tərkibi haqqında təsəvvürlərin formalaşması zamanı inkişaf edib, daha da təkmilləşir. B.M.Teplova görə musiqili eşitmə insan eşitməsinin xüsusi forması olub yalnız musiqi təlimi prosesində formalaşır. O, musiqili eitmənin kor insanlara anadangəlmə xas olan xüsusi bir istedad olması haqqında fikrirləri rədd edərək, göstərirdi ki, müsiqili eşitmə nörmal görənlərdə olduğu kimi korlarda da əsasən eyni templə inkişaf edir. Bundan əlavə təlim prosesində kor uşaqlarda eşitmə diqqətini cəmləmək bacarığının formalaşması, eşitmə yaddaşının məşq edilməsi də onlarda müsiqili eşitmənin inkişafına təkan verir. Qeyd etmək lazımdır ki, tiflopsixologiyanın inkişaf tarixində uzun zaman kor uşaqlarda görmə duyğularının yoxluğu barədə fikir formalaşmışdır. Lakin sonralar bir sıra tədqiqatçılar bu fikrin yanlışlığını sübut etdillər. Belə ki, kor uşaqlarda gormə qalığının olduğunu göstərirdilər. N.M.Laqovski yə görə kor uşaqlarda görmə qalığı duyğularını fəallaşdırmaq və inkişaf etdirmək olar. Sonralar texnikanın sürətlə inkişafı bu fikirlərin doğru olduğunu bir daha sübut etdi. Tədqiqatçılar ən müasir görmə cihazlardan istifadə edərək, görmə qüsurlu uşaqların təxminən 40 % -də bu və ya digər dərəcədə görmə qalığının olması faktını təsdiqləmişlər. Müşahidələr göstərir ki, görmə qalığı olan, işığı fərqləndirən kor uşaqlar ətraf aləmin qavranılmasında, bu isə öz növbəsində kor uşağın sosial mühitə adaptasiyasında mühüm rol oynayır. Görmə qalığı olanların və görmə qabiliyyəti zəif olanların sərbəst hərəkəti zamanı qarşlaşdıqları əsas çətinlik lər aşağıdakılardır:
ətrafdakılarla əlaqə yaratma çətinliyi;
yaşayış bina və inzibati tikililər üzərində yazı və göstəriciləri görmək çətinliyi;
alatoranda və ya geçə vaxtı ,yaxud parlaq gün işığında hərəkət etmə çətinliyi ;
nəqliyyat vasitələri və pilləkənlərdə hərəkət çətinliyi;
böyük məkanlarda orientasiya çətinliyi ;
Bu çətinliklər uzun müddət aparılan məşğələlər və çalışmalar prosesində görmə qüsurlu uşaqlarda görmə qalığı duyğusu və qavrayışının fəallaşması nəticəsində aradan qaldırılır. Uşaqlarda görmə qalığının inkişafı üzrə pedaqoj iş prosesində həkimlərin təlimatı, müalicə və eynək və linzaların istifadəyə göstəriş və əks-göstərişi nəzərə alınmalıdır. Bəzi görmə qalığı olan uşaqlara müxtəlif optik vasitələrdən eynək, lupadan idtifadə etmək məsləhər görülür.